Icma.az
close
up
RU
SOS: COVİD 19 a qarşı peyvənd alanlar OXUSUN!

SOS: COVİD 19 a qarşı peyvənd alanlar OXUSUN!

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Qlobal COVID-19 peyvənd kampaniyasının başlanğıcından bəri milyonlarla insanın həyatı xilas edilib. Peyvəndlər qaranlıq bir dövrdə bir ümid işığı verib. Lakin buna baxmayaraq, elm ictimaiyyəti və geniş ictimaiyyəti hələ də narahat edən bir sual var: COVID-19 -un uzunmüddətli yan təsirləri mövcuddurmu?

Bu barədə xarici media yazıb. Qeyd edilir ki, COVID-19-a qarşı peyvənd olunmuş insanların gözlənilməz bir risklə üzləşə biləcəyini göstərən yeni bir xəbərdarlıq ortaya çıxıb.

“Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Fransa Milli Dərman və Sağlamlıq Məhsullarının Təhlükəsizliyi Agentliyi (ANSM) kimi səhiyyə orqanları məlumatları yaxından izləyir. Tibbi araşdırmaya görə, COVID-19-a qarşı peyvənd olunmuş insanlarda müəyyən immun və ya ürək-damar xəstəliklərinin inkişaf riski bir qədər arta bilər”, - materialda vurğulanır.

Qeyd etmək vacibdir ki, bu, mütləq bir əminlik deyil, daha çox araşdırma tələb edən statistik bir korrelyasiyadır. Tədqiqatçılar bir neçə yüz min peyvənd olunmuş və peyvənd olunmamış xəstənin durumunu təhlil ediblər. Nəticələr göstərir ki, çox az sayda subyektdə ürək ritminin pozulması və ya xroniki iltihabi reaksiyalar kimi davamlı simptomlar müşahidə olunub. Bu hallar nadir olaraq qalır, lakin mövcuddur. Bununla yanaşı, xəstəlikləri olan şəxslər üçün daha çox sayıqlıq tövsiyə oluna bilər.

Bəs hansı qrup insanlar daha çox narahat olmalıdır?

Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti, SSRİ-nin ilk antioksidant preparatı “Meksidol”un həmmüəllifi Aydın Əliyev mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Peyvənd, o cümlədən COVID-19 əleyhinə peyvənd, virusun öldürülmüş və ya zəiflədilmiş formasının insan bədəninə daxil edilməsidir. Nəticədə virus bədənə daxil olduqda orqanizm artıq onun elementlərini tanıdığı üçün özünü qoruya bilir. Proses ümumilikdə belə işləyir.

Lakin burada yaş, cins, keçirdiyimiz xəstəliklər, infeksiyalara tez-tez yoluxma meyli, həmçinin ürək-damar xəstəlikləri və diabet kimi amillər mühüm rol oynayır. Əgər bədənimizdəki bu xəstəlikləri tam sağalda bilməmişiksə, istənilən halda mənfi nəticələr yarana bilər. İnsanın orqanizmində patologiya və ya zəif nöqtə varsa, peyvənd və ya digər təsir vasitələri xəstəliyin kəskinləşməsinə, tam sağalmamasına və xroniki xəstəliklərin daha uzun sürməsinə səbəb ola bilər. Çünki bunların hamısı RNT, DNT, yəni genetik faktorlarla bağlıdır. Düzdür, elm hələlik COVID peyvəndlərinin genimizə təsir etmədiyini desə də, bədənində digər xəstəlikləri olan insanlarda bu proses özünü müəyyən dərəcədə büruzə verə bilər. Bunlar hələ tam sübuta yetirilməmiş məsələlərdir.

Bəs bizim çıxış yolumuz nədir? Allahın bəşəriyyətə bəxş etdiyi dörd resept var ki, bunlar təbiətdəki dörd fəsildir. Biz yerli şəraitə və bu fəsillərə uyğun qidalanmalı, geyinməli və hərəkətlərimizi, işimizi buna görə tənzimləməliyik. Bu təbii reseptlərə uyğun yaşasaq, stressdən qorunarıq, sağlamlığımız daha yaxşı olar və xəstəliklərə qarşı güclü immun sistemimiz formalaşar. İmmun sistemi orqanizmin təpədən-dırnağa bütün orqanlarının qarşılıqlı və düzgün işləməsidir. Əgər bir orqanda fəsad varsa, sağlam orqanlar onun yükünü öz üzərinə götürməyə çalışır və bu da zamanla bədəni zəiflədir. Ona görə də ildə bir-iki dəfə müayinə olunmaq, təbiətlə, torpaqla, su ilə təmasda olmaq və fəsillərə uyğun hərəkət etmək lazımdır”.

Dosentə görə, immun sistemimizi zəiflədən əsas amillərdən biri də düzgün qidalanmamaqdır: “Diqqət yetirsək, heyvanların və quşların qidası göyərti və otdur. Biz də bu ət məhsullarını qəbul etməzdən əvvəl mütləq bol göyərti yeməliyik ki, orqanizmdə fermentlər əmələ gəlsin və həmin ət məhsullarını rahat həzm edə bilsin. Ət məhsulları bədəndə yaxşı həzm olunması üçün çox çeynənilməlidir. Biz hərəkətlərimiz və qidalanmamızla sağlamlığımızı qorumalıyıq.

Digər mühüm məsələ su içmək vərdişidir. Təəssüf ki, cəmiyyətimizdə su içmək mədəniyyəti olduqca zəifdir. Gün ərzində yaşa uyğun olaraq 1-2 litr su içmək lazımdır. Səhərlər limonlu su, bəzilərimiz üçün isə xırda bir sarımsaq dilimi çox faydalıdır. Sarımsaq qanı duruldur və mikrobları öldürür. Şərq ölkələrində, məsələn, Yaponiyada insanlar bu üsullarla sağlam yaşayırlar. Bizdə isə siqaret çəkənə normal baxıldığı halda, sarımsaq qəbul edənə mənfi münasibət bəslənilir.

Göründüyü kimi, düşüncəmizdə də problemlər var. Biz ilk növbədə sağlamlığımızı qorumalıyıq. Yalnız bundan sonra peyvəndlər və digər qoruyucu vasitələr barədə düşünmək olar. Biz özümüzü qorumağı bacarmalı, bir-birimizə mənəvi dəstək olmalı, həyatda təmkinli yaşamalı və bir-birimizin uğurlarına sevinməliyik. Belə olduqda immun sistemimiz də güclənər və heç bir infeksiya bizə ciddi təsir edə bilməz”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Avqust 2026 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see514

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see475

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see347

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see335

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see273

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see268

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see258

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see253

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see250

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see235

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see231

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see227

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see226

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see214

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see205

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see201

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see195

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see169

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri