Icma.az
close
up
RU
SOS: Hantavirus sürətlə yayılır KONKRET

SOS: Hantavirus sürətlə yayılır KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Son günlər dünyada hantavirusla bağlı yayılan xəbərlər narahatlıqları artırıb. Xüsusilə, virusun yüksək ölüm göstəricisinə malik bəzi ştammları barədə yayılan məlumatlar cəmiyyətdə yeni pandemiya qorxusunu yenidən gündəmə gətirib. Mütəxəssislər bildirirlər ki, hantavirus əsasən gəmiricilər vasitəsilə yayılır və bəzi hallarda ağır fəsadlara səbəb ola bilir.

Bəs, hantavirus həqiqətən yeni qlobal təhlükəyə çevrilə və COVID-19 kimi pandemiya yarada bilərmi?

KONKRET.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, hazırda yayılan hantavirus ştammlarının genişmiqyaslı pandemiya yaratmaq potensialı müşahidə olunmur.

Adil Qeybulla

“Hantavirus ilk dəfə 1993-cü ildə müəyyən edilib və əsasən gəmiricilər arasında yayılır. Virus daha çox marala bənzər siçanlarda aşkarlanır və adi ev siçanlarında demək olar ki, rast gəlinmir. Bu gəmiricilər əsasən Afrika və Amerika qitəsində yayılıb.

Hazırda “Andes” və “Sin Nombre” adlı ştammlar daha təhlükəli hesab olunur. Xüsusilə “Sin Nombre” ştammı ürək və ağciyər ağırlaşmaları yaratdığı üçün ölüm göstəricisi yüksəkdir. Bu ştammla bağlı ölüm halları bəzi mənbələrdə 30-50 faiz arasında göstərilir”.
Mütəxəssis bildirib ki, virus əsasən yoluxmuş gəmiricilərin sidik və nəcisindən havaya qalxan hissəciklərin tənəffüs yolu ilə insan orqanizminə daxil olması nəticəsində yayılır.

“İnsandan insana yoluxma isə yalnız çox yaxın təmas zamanı -qucaqlaşma və öpüşmə kimi hallarda mümkündür.
Hazırda yayılan “Andes” ştammı müəyyən hallarda insanlar arasında keçə bilsə də, onun COVID-19 kimi qlobal pandemiya yaratmaq potensialı yoxdur
Bu, qətiyyən arxayınlaşmaq anlamına gəlmir. Virus vaxtında lokallaşdırılmalı, xüsusilə zəif səhiyyə sisteminə malik ölkələrə həm texniki, həm də maarifləndirici dəstək göstərilməlidir”.

Adil Qeybulla hesab edir ki, beynəlxalq səhiyyə qurumları hantavirusla bağlı vəziyyəti nəzarətdə saxlaya biləcək gücdədir. Onun fikrincə, əsas məsələ virusun yayılmasının erkən mərhələdə aşkarlanması və koordinasiyalı mübarizə tədbirlərinin görülməsidir.

Aynurə İsmayıl
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://konkret.az
archiveBu xəbər 09 May 2026 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see296

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see282

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see267

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see258

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see257

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see246

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see236

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see232

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see229

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see228

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see226

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see219

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see191

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri