SOS hesabat: Dünya əhalisinin üçdə biri artıq dözülməz istilərlə yaşayır
Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
"Environmental Research Health" jurnalında dərc olunan yeni araşdırmaya görə, dünya əhalisinin təxminən üçdə biri gündəlik fiziki fəaliyyətləri ciddi şəkildə məhdudlaşdıran həddindən artıq isti bölgələrdə yaşayır.
Sherg.az xəbər verir ki, 1950–2024-cü illərə aid temperatur və rütubət məlumatlarının təhlili göstərir ki, xüsusilə 65 yaşdan yuxarı insanlar üçün isti hava şəraiti açıq havada təhlükəsiz fəaliyyət imkanlarını ildə orta hesabla 900 saat azaldır. 1950-ci ildə bu göstərici təxminən 600 saat idi.
Hesabatda Asiya, Afrika, Avstraliya və Şimali Amerikanın bəzi bölgələrində yaşlı insanlar üçün “yaşanması çətin şərait” yarandığı vurğulanır və qlobal istiləşməni artıran neft, qaz və kömür istifadəsinin azaldılması üçün təcili tədbirlər görülməsi çağırışı edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 14 Mart 2026 10:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















