Icma.az
close
up
RU
Sos kəndində yeni səhifə: Ümid dolu dönüş

Sos kəndində yeni səhifə: Ümid dolu dönüş

Icma.az, Azertag saytına istinadən bildirir.

Xocavənd, 16 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC

Sos kəndi işğaldan azad edildikdən sonra yenidən canlanır. Kənd əsl sahiblərinə qucaq açıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Sos kəndində 10 ailə olmaqla 46 nəfər doğma məkana qayıdıb. Ölkə rəhbərinin kəndə gəlişi isə sadəcə rəsmi bir səfər deyildi həm də Sosun öz taleyini yazdığı gün idi.

Dövlət başçısı kənddə görülən işlərlə tanış olub, yerli sakinlərlə görüşüb.

Kənddə məskunlaşan ailələrdən biri də Gülməmmədovlardı. Gözlərində uzun illərin həsrəti olan Hamlet Gülməmmədov deyir ki, buraya qayıdacaqları günü böyük ümidlə gözləyiblər. "Bu torpaq bizimdir, ata-babamızın yadigarıdır. Prezidentimizin dəstəyi ilə yenidən evimizdə yaşamaq çox böyük xoşbəxtlikdir. Uzun illər məcburi köçkün həyatı yaşadıq, ötən bu vaxtlarda çətinlikərimiz olsa da ümidimizi heç vaxt itmədik. İnanırdıq ki, mütləq doğma torpağımıza qayıdacağıq. Övladlarımızı da bu ümidlə böyütdük, Qarabağ haqqında, bu yerlərin mənzərəsi, gözəlliyi, səfası barədə onlara hər zaman danışdıq və onları torpaqlarımızın azad ediləcəyinə inandırdıq. Onlar da bu torpaqlara gələndə həsəd apardılar və bizim onlara təsvir etdiyimizdən də gözəl olduğuna şahidlik etdilər. Kəndimizdə yaşamaq üçün hər bir şərait yaradılıb. Dövlət başçımıza təşəkkür edirik ki, qısa müddətdə kənddə belə şərait yaradılıb”,-deyə o bildirib.

Kənd sakini məşğuliyyət barədə də artıq planlarının olduğunu deyir. "Bu torpaqlar çox münbit və məhsuldardır. Düşünürəm ki, burada üzüm bağı, meyvə bağı salım, eyni zamanda, heyvandarlıq təsərrüfat yaradım".

Qeyd edək ki, kəndin elektrik və qaz xətləri bərpa olunub, subartezian quyuları işə salınıb, üç su anbarı yenidən istifadəyə verilib. Beş kilometr uzunluğunda yeni qaz xətti çəkilib, iki transformator quraşdırılıb, sayğaclaşdırma işlərinə start verilib. Amma ən önəmlisi, bu texniki işlərin arxasında duran insan hekayələridir. Sosda 259 ev var: 70-i tam yararsız, 189-u qismən yararlı. Artıq 10 ev tam istifadəyə verilib, ilin sonuna qədər 75 ev, 2026-cı ildə isə 104 evin bərpası nəzərdə tutulur.

Sos kəndi indi təkcə bərpa olunmuş evlərdən ibarət deyil. Burada hər küçə, hər yol, hər həyət yeni ümidləri daşıyır. Bu kəndin hekayəsi həm də Azərbaycanın gücünün, dövlətimizin diqqətinin və insanların iradəsinin sübutudur. Sos kəndi artıq keçmişin xatirəsi deyil, gələcəyə ümid dolu yeni bir səhifədir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Sentyabr 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see304

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see241

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see236

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see230

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see230

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see229

Trabzonspor Fabinyonu istəyir

23 Avqust 2026 16:17see227

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see200

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see199

Rusiya itkilərinin 80 faizini bu şəhərdə verir

23 Avqust 2026 13:17see186

Mustafa Aşurov: Azərbaycan Özbəkistan mədəni əlaqələrində musiqinin xüsusi rolu var.

23 Avqust 2026 22:01see167

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see165

İlham Əliyev Şövkət Mirziyayevi təltif etdi

23 Avqust 2026 16:06see165

Klub prezidenti təcili toplantı keçirdi, baş məşqçiyə “çıx get” söylədi! SON DƏQİQƏ

23 Avqust 2026 16:02see165

ABŞ də keçirilən tennis turnirinin finalçıları müəyyənləşib

23 Avqust 2026 13:29see162

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see162

A Seriyası: Nəhənglər səfərdə sevindi

24 Avqust 2026 00:48see161

Yuri Vernidub: “Rəqibi doğru şifrələmək üçün yuxusuz gecələr keçirirəm”

23 Avqust 2026 23:53see161

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see157

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri