Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

“Sosial inkişafın dayanıqlılığı təhsilin keyfiyyəti ilə sıx bağlıdır“ EKSPERT DANIŞDI

“Sosial inkişafın dayanıqlılığı təhsilin keyfiyyəti ilə sıx bağlıdır“ EKSPERT DANIŞDI

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Təhsilin keyfiyyəti cəmiyyətin sosial inkişafının əsas strateji dayağı kimi çıxış edir və bu təsir həm qısa, həm də uzunmüddətli perspektivdə özünü göstərir. Təhlil göstərir ki, təhsil keyfiyyəti yüksəldikcə cəmiyyətdə sosial bərabərlik, vətəndaş məsuliyyəti və iqtisadi dinamika güclənir. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununda qeyd olunur ki, təhsilin əsas məqsədi “cəmiyyətin sosial, iqtisadi, mədəni və mənəvi inkişafına xidmət edən bilikli, bacarıqlı və vətənpərvər şəxsiyyətin formalaşdırılmasıdır”. Bu prinsip göstərir ki, dövlət səviyyəsində təhsilin keyfiyyəti sosial inkişafın ideoloji və praktiki əsası kimi qəbul olunur”. Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.

O bildirib ki, son illərin statistik göstəriciləri də bu istiqamətdə müəyyən irəliləyişlərin əldə olunduğunu təsdiqləyir: “Dövlət Statistika Komitəsinin məlumatına görə, son beş ildə ali təhsilli şəxslərin payı 19 faizdən 26 faizə yüksəlib, 15-24 yaş qrupunda təhsil alanların payı isə 72 faizə çatıb. Bu göstəricilər sosial modernləşmə prosesinin artdığını və təhsil sisteminin cəmiyyətin gələcək strukturuna təsir gücünü nümayiş etdirir. Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Rəqəmsal məktəb”, “SABAH qrupları”, “Tələbə krediti fondu” kimi təşəbbüslər sosial bərabərliyin təmin olunması, aztəminatlı ailələrin uşaqlarının təhsilə çıxış imkanlarının genişlənməsi baxımından müsbət addım kimi dəyərləndirilir. Bu layihələr təhsilin keyfiyyət göstəricilərinin yalnız akademik biliklə deyil, həm də sosial ədalət prinsipi ilə ölçülməsinin vacibliyini ön plana çəkir.

Lakin təhlil göstərir ki, hələ də təhsilin sosial təsir mexanizmlərində ciddi uyğunsuzluqlar qalmaqdadır. Regionlar arasında təhsil imkanları baxımından bərabərlik tam təmin olunmayıb. PISA 2022 nəticələrinə əsasən, Azərbaycan şagirdlərinin təxminən 43 faizi oxu və riyaziyyat üzrə minimum səviyyəyə çatmır. Bu, sosial inkişafda bərabərsizliyin bir göstəricisidir, çünki aşağı təhsil göstəriciləri gələcəkdə sosial və iqtisadi inteqrasiyanı məhdudlaşdırır. Bu mənada təhsilin keyfiyyəti sadəcə məktəblərin infrastruktur səviyyəsi ilə deyil, müəllimlərin hazırlıq səviyyəsi, dərs proqramlarının müasirliyi və sosial ədalət prinsiplərinin qorunması ilə ölçülməlidir.

Elm və Təhsil Nazirliyi bu istiqamətdə ardıcıl və sistemli işlər aparır. Sertifikasiya prosesi, məktəb direktorlarının seçim mexanizmlərinin şəffaflaşdırılması və müəllim maaşlarının mərhələli artırılması təhsilin keyfiyyətinə və nəticə etibarilə sosial inkişafa birbaşa müsbət təsir göstərir. Nazirliyin son illərdə “Müəllimlərin peşəkar inkişafı konsepsiyası”nı qəbul etməsi, müəllimlərin pedaqoji, psixoloji və sosial kompetensiyalarını inkişaf etdirməklə sosial bərabərliyin təmin olunmasına yönəlmiş mütərəqqi siyasətdir. Bu yanaşma sosial inklüzivliyin – yəni hər bir uşağın təhsildən bərabər faydalanma imkanının – reallaşması üçün təməl baza yaradır.

Dünya təcrübəsi göstərir ki, sosial inkişafın dayanıqlılığı təhsilin keyfiyyəti ilə sıx bağlıdır. Finlandiyada təhsil bərabərliyi və pulsuz ali təhsil siyasəti nəticəsində sosial təbəqələr arasındakı fərq 30 faiz azalaraq Avropada ən aşağı səviyyəyə enib. Sinqapurda isə təhsil strategiyası innovasiya və texnoloji biliklər üzərində qurulduğu üçün sosial rifah səviyyəsi 20 il ərzində 3 dəfə yüksəlib. Bu nümunələr göstərir ki, təhsilin keyfiyyəti həm sosial rifahın artması, həm də milli birlik və tolerantlığın formalaşmasında həlledici rola malikdir. Azərbaycan da bu istiqamətdə mühüm addımlar atır. “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” və “Peşə təhsili islahatları” çərçivəsində həyata keçirilən layihələr sosial adaptasiyanı və gənclərin əmək bazarına hazırlığını artırır. Nazirliyin “Yaşıl STEAM”, “İnklüziv təhsil” və “Uşaqlarda yaradıcılıq potensialının inkişafı” kimi təşəbbüsləri də sosial inteqrasiya baxımından müsbət təsir yaradır və sosial bərabərliyin praktik reallaşmasına xidmət edir.

Təhsil keyfiyyətinin sosial inkişafa mənfi təsir yarada biləcəyi halları da istisna etmək olmaz. Keyfiyyətsiz tədris, biliklərin formal ölçülməsi və sosial mənşəyə görə fərqli münasibətlər cəmiyyətdə ədalətsizlik və təbəqələşmə yaradır. Bu, sosial gərginliyin artmasına və gənclərin ölkədən miqrasiyasına səbəb olur. Buna görə də gələcək mərhələdə keyfiyyət anlayışı yalnız imtahan nəticələri ilə deyil, təhsilin sosial nəticələri – vətəndaş məsuliyyəti, etik davranış, əmək vərdişləri və sosial faydalılıq meyarları ilə qiymətləndirilməlidir.

Hesab edirəm ki, təhsilin keyfiyyətinin yüksəldilməsi sosial inkişafın həm səbəbi, həm də nəticəsidir. Keyfiyyətli təhsil sosial sabitlik, iqtisadi artım, bərabər imkanlar və vətəndaş cəmiyyətinin möhkəmlənməsi üçün əsas mexanizmdir. Elm və Təhsil Nazirliyinin son illərdə həyata keçirdiyi struktur islahatları, şəffaf müəllim seçimi, inklüziv təhsil layihələri və beynəlxalq əməkdaşlıq təşəbbüsləri Azərbaycanın sosial inkişafında yeni mərhələnin başlanğıcını formalaşdırır. Bu siyasətin davamlılığı təmin olunduğu halda, ölkədə sosial kapitalın keyfiyyət göstəriciləri, əmək məhsuldarlığı və vətəndaş məsuliyyəti səviyyəsi yüksələcək, təhsil sosial transformasiyanın ən güclü vasitəsinə çevriləcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 Oktyabr 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see288

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see281

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see270

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see263

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see263

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see261

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see260

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see255

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see251

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see248

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see234

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see232

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see229

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see224

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see222

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see222

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see219

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see214

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see212

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri