Icma.az
close
up
RU
Sosial media abituriyent üçün həmişə zərərlidir...?

Sosial media abituriyent üçün həmişə zərərlidir...?

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İllərdir sosial şəbəkələrin və mobil telefonların abituriyentlərə mənfi təsir etdiyi barədə fikirlər səsləndirilir. Bir çox mütəxəssislər hesab edir ki, bu texnologiyalar diqqət dağınıqlığına və vaxt itkisinə səbəb olur.

Lakin bəzi ekspertlər düşünür ki, düzgün istifadə olunduqda sosial şəbəkələr və mobil tətbiqlər abituriyentlərin təhsilinə müsbət təsir göstərə bilər. Məsələn, onlayn dərslər, sınaq imtahanları və tədris platformaları abituriyentlər üçün əlavə bilik mənbəyinə çevrilib.

Sosial şəbəkələrdəki təhsil qrupları və müzakirə forumları tələbələrin motivasiyasını artırır. Eyni zamanda, mobil proqramlar vasitəsilə abituriyentlər vaxtlarını daha səmərəli planlaya bilirlər.

Modern.az-a danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rasif Dünyamalıyevin sözlərinə görə, sosial medianın istifadəsi birbaşa mənfi təsir edir deyə bir şey yoxdur:

“Sosial medianın idrak etmədən, məqsədsiz istifadəsi zərərlidir. Yoxsa sosial medianın məqsədli istifadəsi hətta uşağa müsbət təsir edə bilər. Məsələn onun üçün motivasiya ola bilər. Uşaq hansısa "podcast"lar çəkir, təhsildə aldığı bilikləri bu şəkildə yoldaşları ilə paylaşır və təqdir görürsə, bu onun motivasiyasına səbəb olur. Bu sosial medianın müsbət tərəfidir”.

Müsahibimiz qeyd edib ki, sosial medianın əsas zərərli tərəfi “scrolling”, yəni sürüşdürmədir:

“Uşaq saatlarla sürüşdürərək paylaşımları izləyirsə, bu zərərlidir, çünki uşağın vaxtı səmərəsiz keçir. Amma sosial mediada hansısa uşaq kontent yaradırsa, digər insanların maariflənməsinə səbəb olursa, özünü reallaşdırırsa, yaxud oradan nəsə öyrənirsə, bu müsbət təsir edir. Bizim valideynlərə dediyimiz odur ki, uşaqlarınız sosial mediadan istifadə etdiyi zaman nədən istifadə etdiyinə baxın. Bunu nəzarətdə saxlamaq lazımdır. Məsələn, 300 bal toplayan bir şagirdimiz deyir ki, ümumiyyətlə sosial mediadan və telefondan istifadə etməyib. Belə nümunələr də var. Məsələni qoymaqla ki, sosial media zərərdir, valideynlər bunu düzgün anlamır”.

“Gələcəyin bacarıqlarına baxanda əsas bacarıqlar süni intellektdən istifadədir, proqramlaşdırma və kodlaşdırmanı bilməkdir, avtomatlaşdırmanı anlamaqdır. Bunlar isə virtual dünyaya qoşulmadan mümkün olası bir şey deyil. Bunu hazırda nə məktəbdə öyrədirlər, nə də bir yerdə danışılır. Uşaq bunu haradan öyrənəcək?! Virtual aləmdən, rəqəmsal dünyadan, sosial medidadan öyrənəcək. Ona görə də informasiya ötürəndə ehtiyatlı olmaq lazımdır. Valideynlər ötürülən fikri yanlış anlayıb tamamilə uşaqları bu sistemdən kənaşlaşdıra bilir. ABŞ-də birinci sinifdən uşaqlar virtual aləmlə tanış olur, alqoritm qururlar. Bizim məntiqimizlə baxsaq o uşaqların heç bir uğurlu nəticəsi olmamalıdır. Amma görürük ki, heç də elə deyil” - R.Dünyamalıyev bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:199
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Aprel 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri