Icma.az
close
up
RU
Sosial media gənclərin davranışını necə dəyişir? AÇIQLAMA

Sosial media gənclərin davranışını necə dəyişir? AÇIQLAMA

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Son dövrlər sosial şəbəkələrdə münasibətlər, şəxsi həyat və özəl mövzularla bağlı paylaşımlar daha açıq şəkildə müzakirə olunur. Xüsusilə “oğlanlar elə bilir çox sevgilisi olan təkcə onlardır, qızların da çox sevgilisi olur” kimi fikirlərin yayıldığı videolar cəmiyyətdə birmənalı qarşılanmır. Bir tərəf bunu fərdi azadlıq və açıq fikir kimi qəbul etsə də, digər tərəf sosial şəbəkələrdə əxlaqi dəyərlərin aşındığını və bu cür məzmunların gənclərə mənfi təsir etdiyini düşünür. Ekspertlər isə bildirirlər ki, sosial media artıq təkcə əyləncə yox, həm də davranış modellərini formalaşdıran əsas platformalardan birinə çevrilib.
Sosioloq Naib Niftəliyev məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında deyib ki, sosial şəbəkələr artıq əhəmiyyətli dərəcədə insanların fəaliyyətini və davranışını formalaşdırır:
“Yəni həyat hədəflərinin müəyyənləşdirilməsində əsas vasitələrdən biri kimi çıxış edir. Bu baxımdan kimlərin sosial şəbəkələrdən necə istifadə etməsi, hansı şərtlər daxilində bu məsələlərin gündəmə gətirilməsi də çox önəmlidir. Əslində bütün bunlar Azərbaycan televiziyasından, efir məkanından başlayan və sonradan sosial şəbəkələrə geniş şəkildə keçid edən prosesin tərkib hissəsidir. Yəni hər kəs görür ki, daha çox reklam olunan, gündəmdə olan və özünü kütləyə geniş təqdim edən şəxslər istər-istəməz diqqət mərkəzinə düşürlər. Bəzi hallarda isə təhqir və qeyri-etik ifadələr belə adi hal kimi qəbul olunur və bu, yanlış davranış modelinə çevrilir. Kiməsə özünü “əxlaq keşikçisi” kimi təqdim edən şəxslər də var. Lakin onların hədəfi çox zaman cəmiyyətin ümumi problemləri deyil, daha çox qarşı tərəfi, əks qütbü və ya əks cinsi tənqid etmək olur. Bu baxımdan həm oğlanlar, həm qızlar üçün dəyişməyən əsas qayda ondan ibarətdir ki, insan öz təhlükəsizlik və davranış çərçivəsini qorumağı bacarmalıdır. Yəni həm qızın, həm oğlanın müəyyən mənada “əlçatmaz” davranış sərhədi olmalıdır. İnsan hər zaman müəyyən qədər məsafə və ölçü saxladıqda daha sabit, daha qürurlu və daha güclü görünür. Bu isə yaşdan çox düşüncə, əxlaq və mənəviyyatla bağlı məsələdir. Sosial ünsiyyətin normal çərçivədə qurulması, insanlara bərabər yanaşma və gender fərqinə əsaslanmadan münasibət formalaşdırılması vacibdir”.
O bildirib ki, etika və əxlaq insanın şəxsi azadlığını müəyyən qaydalar daxilində tənzimləyir:
“Çünki azadlıq başqasının azadlığı başlayana qədər mövcuddur. Bu baxımdan münasibətlərin dəyərsizləşdirilməsi, onu sadəcə əyləncə və ya şəxsi maraq vasitəsinə çevirmək düzgün yanaşma deyil. Sosial şəbəkələrdə bu cür davranışlar artdıqca, cəmiyyətdə münasibətlərin keyfiyyətinə də mənfi təsir göstərir. Bu problem yalnız sosial şəbəkələrlə məhdudlaşmır, ümumilikdə cəmiyyətin sosial ünsiyyət sisteminə aiddir. Ünsiyyət imkanları genişləndikcə insanlar daha fərdiləşir və bu da bəzi hallarda ailə və sosial dəyərlərin dəyişməsinə səbəb olur. Bu dəyişikliklər tam aşınma kimi qiymətləndirilməsə də, müəyyən risklərin mövcudluğu aydındır. Ona görə də bu sahədə vaxtında preventiv və sosial-psixoloji tədbirlərin görülməsi vacibdir. Sosial mediada yanlış davranış nümunələrinə qarşı düzgün və pozitiv kontentin artırılması da mühüm rol oynayır. Çünki davranış nümunələri artdıqca onların təsir dairəsi də genişlənir və bu proses cəmiyyətə birbaşa təsir göstərir. Bu səbəbdən sosial media mühitinə ciddi yanaşmaq və onun məzmununu daim nəzarətdə saxlamaq zəruridir”.
Beləliklə, sosial şəbəkələrdə yayılan açıq məzmunlar fərdiləşməni sürətləndirərək ənənəvi ailə və cəmiyyət münasibətlərini risk altına qoyur. Virtual mühitin davranışlar üzərindəki güclü təsiri preventiv mənəvi tənzimləmələrin aparılmasını zəruri edir. Problemin həlli platformalarda qadağalar qoymaqla deyil, keyfiyyətli və maarifləndirici kontentlərin artırılması ilə mümkündür.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 İyun 2026 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see529

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see396

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see295

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see290

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see289

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see284

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see276

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see259

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see257

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see253

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see246

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see234

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see227

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see220

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see220

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see200

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see191

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see184

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see181

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri