Icma.az
close
up
RU
Sosial media hesablarınızı belə qoruyun Ekspertdən məsləhətlər

Sosial media hesablarınızı belə qoruyun Ekspertdən məsləhətlər

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Rəqəmsal platformaların gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə sosial media hesablarının təhlükəsizliyi daha da aktual məsələyə çevrilib. Son vaxtlar müxtəlif şəxslərin, o cümlədən tanınmış simaların sosial media və mesajlaşma platformalarındakı hesablarının ələ keçirilməsi halları artıb.
Bəs bu cür halların qarşısını almaq üçün istifadəçilər hansı təhlükəsizlik tədbirlərinə əməl etməli, hesablarını kibercinayətkarlardan necə qorumalıdırlar?
Demokrat.az-a mövzu ilə bağlı açıqlama verən İT mütəxəssisi Əmrah Mövsümzadə bildirib ki, rəqəmsal dövrdə hesabların təhlükəsizliyi hər bir istifadəçinin prioritet məsələsi olmalıdır:
“Kibercinayətkarlardan qorunmaq və hesabların ələ keçirilməsinin qarşısını almaq üçün bir sıra əsas təhlükəsizlik tədbirlərinə riayət etmək tövsiyə olunur. İlk növbədə, iki faktorlu autentifikasiyanı (2FA) aktivləşdirmək vacibdir. Bu, hesabın təhlükəsizliyini əhəmiyyətli dərəcədə artırır. Hətta şifrəniz ələ keçirilsə belə, SMS kodu, autentifikasiya tətbiqi və ya təhlükəsizlik açarı vasitəsilə həyata keçirilən ikinci təsdiq mərhələsi icazəsiz girişin qarşısını alır. Bununla yanaşı, hər bir platforma üçün güclü və unikal şifrələrdən istifadə edilməlidir. Şifrələrdə ad, doğum tarixi və ya ardıcıl rəqəmlər kimi asanlıqla təxmin edilə bilən məlumatlardan istifadə etməkdən çəkinmək lazımdır".
Mütəxəssis fişinq hücumlarına qarşı da diqqətli olmağın vacibliyindən bəhs edib:
"Şübhəli e-poçtlara, mesajlara və ya tanımadığınız mənbələrdən göndərilən keçidlərə daxil olmamaq tövsiyə edilir. Kibercinayətkarlar çox vaxt rəsmi qurumların və ya platformaların adından istifadə edərək istifadəçiləri saxta giriş səhifələrinə yönləndirirlər. Hesabınıza bağlı cihazları və üçüncü tərəf tətbiqlərini mütəmadi yoxlamaq da təhlükəsizliyin vacib hissəsidir. Hesab ayarlarından aktiv cihazları nəzərdən keçirmək, tanımadığınız cihazları dərhal hesabdan çıxarmaq tövsiyə olunur. Eyni zamanda, istifadə etdiyiniz tətbiqləri və əməliyyat sistemini mütəmadi yeniləmək vacibdir. Yeniləmələr adətən təhlükəsizlik boşluqlarını aradan qaldırır və kibertəhdidlərə qarşı daha etibarlı müdafiə təmin edir”.
Fidan Hacızadə
 
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 31 İyul 2026 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see641

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see320

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see310

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see303

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see299

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see298

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see283

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see272

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see265

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see257

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see249

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see244

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see235

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see235

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see235

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see231

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see231

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see229

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see227

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri