Icma.az
close
up
RU
“Sosial media: Məsuliyyət və həssas yanaşma” mövzusunda təlim təşkil olunub

“Sosial media: Məsuliyyət və həssas yanaşma” mövzusunda təlim təşkil olunub

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 14 oktyabr, AZƏRTAC

Oktyabrın 14-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə bloger, rəqəmsal platforma təsirçiləri (influenserlər) və media orqanlarının sosial media menecerləri üçün “Sosial media: Məsuliyyət və həssas yanaşma” mövzusunda təlim keçirilib.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, təlimin təşkilində məqsəd sosial mediada qadın və uşaq mövzularına məsuliyyətli, etik və həssas yanaşmanı təşviq etmək, həmçinin bloger, rəqəmsal platforma təsirçiləri və media orqanlarının sosial media menecerlərinin bu istiqamətdə peşəkar bilik və bacarıqlarını artırmaq olub.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Analitik təhlil və informasiya şöbəsinin müdiri, BMT-nin CEDAW Komitəsinin üzvü Elgün Səfərov qadın və uşaq hüquqlarının təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə, eləcə də Dövlət Komitəsinin Kommunikasiya Strategiyası haqqında məlumat verib. O, bu sahədə sosial medianın əhəmiyyətini, mövcud tendensiyaları qeyd edib, problemlərdən söz açıb. Cəmiyyətin maarifləndirilməsində bloger və rəqəmsal platforma təsirçilərinin rolundan danışıb.

İki sessiyadan ibarət təlimin ilk sessiyası “Mediada qadın və uşaq mövzularına yanaşma: maarifləndirmə, yoxsa dağıdıcılıq?” mövzusuna həsr edilib.

Təlimçi - Azərbaycan Televiziyasının Teleradio Akademiyasının rektoru, Media və İnformasiya Savadlılığı Mərkəzinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Almaz Mahmud medianın ictimai fikrə təsir gücü, qloballaşma və milli dəyərlər balansı, eləcə də qadınlar və uşaqlarla bağlı kontentlərin təqdimatında medianın məsuliyyətinə diqqət çəkib.

İkinci sessiya isə “Sosial media – informasiya mənbəyi, yoxsa təxribat platforması?” mövzusunda keçirilib. A.Mahmud jurnalist, bloger və məzmun yaradıcıları üçün etik davranış kodeksi, azyaşlılarla bağlı məlumatların yayımlanmasının hüquqi və etik çərçivəsi, eləcə də beynəlxalq təşkilatların və konvensiyaların bu sahədə müəyyən etdiyi tələblər barədə məlumat verib.

İştirakçılar praktik tapşırıqlarla qadın və uşaq mövzularına həssas yanaşmanın vacibliyi, sosial məsuliyyətli jurnalistikanın prinsipləri ilə bağlı biliklərini möhkəmləndirmək imkanı əldə ediblər.

Sonda iştirakçılara Dövlət Komitəsinin beynəlxalq təcrübəni əsas götürərək hazırladığı qadın və uşaq mövzularının mediada işıqlandırılması prinsiplərini özündə əks etdirən maarifləndirici vəsait təqdim olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Oktyabr 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri