Icma.az
close
up
RU
Sosial media qazancına görə vergi var?

Sosial media qazancına görə vergi var?

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Sosial şəbəkələrdə fəaliyyət göstərən bloqerlərin reklam gəlirlərindən nə qədər vergi ödəməsi son dövrlərdə ən çox müzakirə olunan mövzulardan biridir. Rəqəmsal platformaların sürətlə böyüməsi ilə bu sahədə qazanc əldə edənlərin sayı artdıqca vergi öhdəlikləri də aktuallaşır. Məsələ həm fərdi gəlirlərin şəffaflığı, həm də dövlət büdcəsinə töhfə baxımından diqqət mərkəzindədir.
Mövzu ilə bağlı iqtisadçı Asif İbrahimov Demokrat.az-a bildirib ki, rəqəmsal iqtisadiyyat sürətli inkişaf etdikcə bloqerlik və influenser fəaliyyəti artıq sadəcə sosial media məşğuliyyəti deyil, iqtisadi fəaliyyət növünə çevrilib:
"Dünyanın bir çox ölkəsində reklam, sponsorlu məzmun, tərəfdaşlıq proqramları və digər rəqəmsal xidmətlərdən əldə olunan gəlirlər ənənəvi biznes gəlirləri ilə eyni qaydada vergiyə cəlb edilir.
Beynəlxalq təcrübədə dövlətlər bu sahəni vergi sistemindən kənarda saxlamırlar. Məsələn, ABŞ-də influenserlər əldə etdikləri gəlirlərə görə həm gəlir vergisi, həm də sosial sığorta ödənişləri edirlər. Avropa ölkələrində isə reklam müqabilində alınan pul vəsaitləri ilə yanaşı, məhsul, avtomobil, səyahət və digər maddi üstünlüklər də vergi tutulan gəlir hesab olunur. Nəticədə bir çox inkişaf etmiş ölkələrdə bloqerlərin ümumi vergi yükü gəlirin həcmindən asılı olaraq 20-40 faiz, bəzi hallarda isə daha yüksək olur".
İqtisadçı deyib ki, Azərbaycan qanunvericiliyində bloqerlər üçün ayrıca vergi rejimi nəzərdə tutulmasa da, reklam fəaliyyəti nəticəsində əldə olunan gəlirlər vergi öhdəliyi yaradır:
"Fəaliyyətini rəsmiləşdirən şəxslər fərdi sahibkar kimi qeydiyyatdan keçərək qanunvericiliyin təqdim etdiyi imkanlardan istifadə edə bilərlər. Bu baxımdan Azərbaycanda vergi yükü bir çox inkişaf etmiş ölkələrlə müqayisədə nisbətən aşağı hesab edilə bilər.
Bununla belə, əsas məsələ vergi dərəcəsindən daha çox fəaliyyətin şəffaflığının təmin edilməsidir. Sosial media üzərindən həyata keçirilən reklam bazarı ildən-ilə böyüyür və artıq milyonlarla manatlıq iqtisadi dövriyyə formalaşdırır. Bu gəlirlərin uçota alınması həm vergi ədalətinin təmin olunması, həm də rəqabət mühitinin qorunması baxımından vacibdir.
Hesab edirəm ki, yaxın illərdə Azərbaycanda da rəqəmsal iqtisadiyyatın genişlənməsi fonunda bloqer və influenser fəaliyyətinin daha sistemli tənzimləməlidir. Burada əsas məqsəd əlavə inzibati maneələr yaratmaq deyil, gəlirlərin şəffaf uçotunu təmin etmək, vergi bazasını genişləndirmək və rəqəmsal bizneslərin hüquqi statusunu daha aydın müəyyənləşdirmək olmalıdır", - deyə o qeyd edib. 
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 İyun 2026 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri