Icma.az
close
up
RU
Sosial müavinət və təqaüdlər nə qədər artırılacaq? İqtisadçı AÇIQLADI

Sosial müavinət və təqaüdlər nə qədər artırılacaq? İqtisadçı AÇIQLADI

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ölkə başçısının tapşırığına əsasən, gələn ildən minimum əməkhaqqı və pensiya məbləğlərinin, həmçinin bir sıra təqaüd və sosial ödənişlərin də artırılmasını nəzərdə tutan 2019-cu ildən bəri həyata keçiriləcək sayca 5-ci sosial islahat paketi təqribən 3 milyon vətəndaşı əhatə edəcək.

Son 5 ildə Prezidentin müvafiq fərman və sərəncamları ilə 2018-2023-cü illər ərzində əməkhaqqı, pensiya və digər sosial ödənişlərin artırılması ilə nəticələnən 4 sosial islahat paketinin icrası sayəsində 4 milyondan çox vətəndaşın maddi rifahı yaxşılaşmış və bunun üçün illik, əlavə olaraq 7 milyard manata yaxın vəsait xərclənib.

Odur ki, 2019-dan bəri minimum aylıq əməkhaqqı göstəricisi 2.7 dəfə artaraq 130 manatdan 345 manata, minimum aylıq pensiya məbləği isə 2.5 dəfə artaraq 110 manatdan 280 manata çatıb. Ölkə üzrə orta aylıq nominal əməkhaqqında 70%-dən çox, median əməkhaqqında 2.1, əməkhaqqı fondunda 2.5, orta aylıq pensiyada 2 dəfə, sosial müavinət və təqaüdlər üzrə ayrılan illik vəsaitdə isə 5 dəfəyədək, ünvanlı sosial yardımın orta aylıq məbləğində 2.9 dəfə artım əldə olunub.

Bundan əlavə, qeyd olunan ötən müddət ərzində müvafiq qanunvericilik tələbindən irəli gələn və hər hansı bir sosial islahat paketinə daxil olmayan pensiyaların indeksləşdirilməsi adlı addım da, yəni, hər il əmək pensiyalarının sığorta hissəsinin əvvəlki ildə orta aylıq nominal əməkhaqqı göstəricisinin artım səviyyəsinə, o cümlədən işləyən vətəndaşların əməkhaqlarından tutulan məcburi dövlət sosial ayırmalarına əsasən formalaşan pensiya kapitalı məbləğlərinin də istehlak qiymətləri indeksinə uyğun hesablanması addımı da atılıb ki, növbəti ildə də bu təkrar olunacaq.

Sual yaranır ki, 2025-ci ildə artımlar nə qədər olacaq? Başqa sözlə, minimum əməkhaqqı və pensiya məbləğləri, həmçinin təqaüd və sosial müavinətlər nə qədər artırılacaq?

Bunu söyləmək çətindir. Hələ ki, dəqiq məlum olanı budur ki, minimum əməkhaqqı 345 manatdan 400 manata qaldırılacaq, yəni, təxminən 16%-dək artırılacaq. Minimum pensiya məbləği ilə bağlı isə məsələ aydın deyil.

Sosial müavinət və təqaüdlərə gəldikdə, qeyd etmək yerinə düşər ki, ölkə üzrə 2025-ci il üçün yaşayış minimumu və ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarı həddi 285 manat məbləğində müəyyən ediləcək. Müqayisə üçün xatırladım ki, cari il üçün hər iki göstərici 270 manat məbləğində təsdiq edilmişdi. Yəni, gələn il hər iki rəqəm 5%-dən çox artırılacaq.

Ümumiyyətlə, 2025-də əhalinin həssas təbəqəsinin xərcləri üçün dövlət büdcəsindən 2 milyard 600.2 milyon manat vəsait ayırmaq nəzərdə tutulub ki, buna yaşa, əlilliyə, ailə başçısının itirməyə və digər sosial müavinətlərin və müharibə əlillərinə, ümumi səbəbdən əlilliyi olan şəxslərə, müharibə veteranlarına, şəhid ailələrinə ödənilən Prezident təqaüdlərinin maliyyələşdirilməsi üçün 1 milyard 942.9 milyon manat (2024-cü ilə nisbətən 55.4 milyon manat və ya 2.9 faiz çox), ünvanlı dövlət sosial yardımlarının verilməsinə 457.3 milyon manat, "Azərbaycan Respublikası Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı"nin icrasına uyğun olaraq işsiz şəxslərin məşğulluq imkanlarını artırmaq məqsədilə haqqı ödənilən ictimai işlərlə bağlı xərclərəsə 200 milyon manat daxildir.

Odur ki, hansı sosial müavinət və təqaüd necə və nə səviyyədə artırılacaq, bunu Prezidentin verəcəyi müvafiq qərarlar bəlli edəcək. Yeri gəlmişkən, ölkədə 17 növ aylıq, 6 növ birdəfəlik sosial müavinət, 14 növ Prezident təqaüdü mövcuddur.

Diqqəti cəlb edən isə əsas odur ki, 2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 7 milyard 676.4 milyon manat təşkil edəcək. Bu, 2024-cü il üzrə təsdiq olunmuş proqnozla müqayisədə 10.45% çox deməkdir. Fondun gəlirlərinin 7 milyard 617.4 milyon manatı onun büdcə gəlirləri (13.3% çox), 59 milyon manatısa qurumun 2025-ci il yanvarın 1-nə yaranacaq ehtiyatı (74% az) hesabına formalaşmalıdır.

Büdcə gəlirlərinin strukturunda əsas yeri həmişəki kimi məcburi dövlət sosial sığorta haqları tutacaq ki, gələn il bu istiqamətdə daxilolmaların bu ilə nisbətən 9.5% çox - 5 milyard 997.4 milyon manat olacağı nəzərdə tutulub. Fondun büdcəsini balanslaşdırmaq məqsədilə dövlət büdcəsi öhdəliklərini maliyyələşdirmək üçün ayrılacaq vəsaitsə 29.9% artaraq 1 milyard 600 milyon manat təşkil edəcək.

2025-ci ildə DSMF-nin xərclərinin də 2024-cü illə müqayisədə 10.45% çox - 7 milyard 676.4 milyon manat təşkil edəcəyi gözlənilir ki, xərclərdə əsas yeri həmişəki kimi əhaliyə ödənişlər tutacaq. Belə ki, gələn il bu istiqamətdə xərclərin bu ilə nisbətən 10.5% çox - 7 milyard 408.9 milyon manat olacağı gözlənilir ki, o cümlədən, əmək pensiyalarının ödənilməsi xərcləri 10.5% artaraq 7 milyard 210.5 milyon manat, məcburi dövlət sosial sığorta haqları hesabına müavinət xərcləri isə 9.25% çox - 198.4 milyon manat təşkil edəcək.

Sözün qısası, sosial müavinət və təqaüdlər belə görünür yaxşı artırılacaq. Ona görə ki, Maliyyə naziri Samir Şərifov da qeyd etmişkən, ölkəmizin tarixində xərc baxımından gələnilki səviyyədə büdcə yoxdur və olmayıb. 2021-ci illə müqayisədə 2025-ci il üçün təklif olunan dövlət büdcəsi xərcləri səviyyəsi 50% artıq təşkil edir.

Ölkəmizin 2025-ci il üçün dövlət büdcəsi gəlirləri 38 milyard 316 milyon, xərcləri isə 41 milyard 367 milyon 600 min manat proqnoz edilib.

Pərviz Heydərov, iqtisadçı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Noyabr 2024 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see182

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see154

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see144

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see141

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see132

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see132

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see128

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see128

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see127

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see124

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see124

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see123

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see122

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see121

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri