Icma.az
close
up
RU
Sosial müdafiədə vətəndaşyönümlü xidmət

Sosial müdafiədə vətəndaşyönümlü xidmət

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Ölkəmizin davamlı iqtisadi tərəqqisi, maliyyə imkanlarının mütəmadi artması əhalinin sosial rifah halının daha da yüksəldilməsi istiqamətində həyata keçirilən siyasətə mühüm töhfə verir. Dövlət büdcəsinin 40 faizindən çoxu sosialyönümlü xərclərin maliyyələşdirilməsinə yönəldilir. Əməkhaqları, pensiya, təqaüd və müavinətlər, digər sosial ödənişlər ardıcıl olaraq artırılır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan sosial islahatların tərkib hissəsi olaraq əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə xidmətlərin göstərilməsində rəqəmsal həllərin, proaktiv xidmət mexanizmlərinin tətbiq geniş vüsət alıb. Bu transformasiyanın mühüm bir istiqaməti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyəti ilə bağlıdır.

Fondun fəaliyyət sahələrində həyata keçirilən islahatlar sosial müdafiə xidmətlərinin daha əlçatan, ədalətli və inklüziv olmasına imkan yaradıb. İslahatlar nəticəsində təqaüd, müavinət və pensiyaların təyinatı tam avtomatlaşdırılıb. Vətəndaşların pensiya, sosial müavinət və təqaüd hüquqları yarandığı halda onların müraciətinə, sənəd təqdim etmələrinə ehtiyac olmadan nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində formalaşan məlumatlar əsasında e-sistemlər üzərindən, proaktiv qaydada ödənişlər təyin edilir.

Bugünlərdə BMT-nin DSMF-ni Dövlət Xidmətləri Mükafatına layiq görməsinin əsasında da Fondun uğurlu təcrübəsi dayanır. Bu mükafat Azərbaycanın sosial müdafiə sahəsində formalaşdırdığı idarəetmə modelinin beynəlxalq standartlara uyğunluğunu və qabaqcıl təcrübələr sırasında yer aldığını təsdiqləyir.

Müasir dövrdə dövlət idarəçiliyinin səmərəliliyini müəyyən edən əsas meyarlardan biri xidmətlərin əlçatanlığı və şəffaflığıdır. İnformasiya texnologiyalarının sürətli inkişafı dövlət xidmətlərini daha çevik, operativ və vətəndaşyönümlü modelə çevirib. Bu transformasiyanın ən uğurlu nümunələrindən biri proaktiv xidmətlərin tətbiqidir.

Ümumilikdə, son illər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 150 xidmətindən 90 faizdən çoxu elektronlaşdırılıb. O cümlədən onlardan 50-dən çoxu proaktiv qaydada həyata keçirilir.

2019-cu ildən tətbiq olunan proaktiv mexanizmlər nəticəsində sosial ödənişlər hüququ yaranan şəxslərə müraciət və sənəd təqdim edilmədən elektron sistemlər üzərindən, proaktiv qaydada təyin edilir. Təyinat üçün uzun müddət gözləmə halları, bürokratik maneələr, məmur-vətəndaş təmasları, korrupsiya və subyektiv qərarvermə riskləri, artıq sənədləşmə və inzibati yük də aradan qalxıb.

Proaktiv təyinat mexanizminin effektiv işləməsi geniş rəqəmsal infrastrukturun yaradılmasını tələb edir. Bu məqsədlə 60-dan çox dövlət qurumunun 80-ə yaxın informasiya sistemi vahid rəqəmsal platformaya inteqrasiya olunub. Məlumat mübadiləsi real vaxt rejimində həyata keçirilir ki, bu da qərarların operativ qəbul edilməsinə imkan yaradır. Ənənəvi idarəetmə modelində vətəndaş hər hansı sosial təminat və ya dövlət xidmətindən yararlanmaq üçün müxtəlif dövlət qurumlarına çoxsaylı sənədlər təqdim edir, uzun gözləmə müddəti ilə üzləşirdi. Artıq dövlət vətəndaşın hüququnun yarandığını informasiya sistemləri vasitəsilə özü müəyyən edir və həmin hüququ avtomatik şəkildə reallaşdırır.

Bu model təkcə texnoloji yenilik deyil, həm də dövlət-vətəndaş münasibətlərində keyfiyyətcə yeni mərhələdir. Ekspertlərin qənaətinə görə, əslində, inteqrasiya olunmuş informasiya sistemləri rəqəmsal dövlətin "sinir sistemi" funksiyasını yerinə yetirir. Dövlət orqanları arasında məlumatların avtomatik dövriyyəsi idarəetmənin səmərəliliyini artırır.

Statistik göstəricilər islahatların real nəticələrini aydın göstərir. Belə ki, artıq 1,5 milyondan çox insan sosial ödənişlər üzrə proaktiv təyinat xidmətlərindən istifadə edib. Bu rəqəm, əslində, hər 3-4 vətəndaşdan birinin rəqəmsal sosial xidmətlərdən faydalandığını əks etdirir. Proaktiv xidmətlər üzrə məmnunluq səviyyəsinin 98 faizdən yüksək olması dövlət xidmətlərinin keyfiyyətində müsbət dəyişiklikləri ehtiva edir.

Proaktiv mexanizm sosial ədalətin təmin edilməsində də mühüm rol oynayır. Onu da qeyd edək ki, son illər inkişaf etmiş ölkələr də "proaktiv hökumət" modelinə keçidi sürətləndirir. Skandinaviya ölkələri, Estoniya, Sinqapur, Cənubi Koreya və digər qabaqcıl dövlətlər vətəndaşlara avtomatlaşdırılmış xidmətlərin göstərilməsi istiqamətində mühüm nailiyyətlər əldə ediblər. Bu kontekstdə ölkəmizdə sosial müdafiə sahəsində proaktiv təyinat mexanizmi qısa müddətdə geniş tətbiq olunub. Məlumat bazalarının inteqrasiyası, rəqəmsal infrastrukturun inkişafı və hüquqi bazanın təkmilləşdirilməsi bu uğurun əsas şərtlərindəndir.

Beynəlxalq təşkilatlar Azərbaycanın rəqəmsal dövlət idarəçiliyi sahəsində əldə etdiyi nəticələri müsbət qiymətləndirirlər. Xüsusilə sosial xidmətlərin rəqəmsallaşdırılması, elektron hökumət platformalarının inkişafı və vətəndaşyönümlü xidmət modelləri beynəlxalq hesabatlarda mütərəqqi təcrübə kimi qeyd olunur. DSMF-nin proaktiv, vətəndaşyönümlü xidmət təcrübəsi BMT-nin yoxsulluğun azaldılması, bərabərsizliyin aradan qaldırılması, şəffaf, ədalətli və güclü təsisatla bağlı Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunluğu da özündə ehtiva edir.

Mustafa KAMAL
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 İyul 2026 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see406

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see301

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see229

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see224

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see222

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see219

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see218

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see207

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see204

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see195

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see194

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see190

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see187

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see186

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see179

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see178

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see174

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see166

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see163

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri