Icma.az
close
up
RU
Sosial müvainətlərlə bağlı ŞAD XƏBƏR Artım faizi AÇIQLANDI

Sosial müvainətlərlə bağlı ŞAD XƏBƏR Artım faizi AÇIQLANDI

Icma.az, News24 portalına istinadən məlumat verir.

Azərbaycan Respublikasının Milli Məclisi sosial müdafiə sisteminin təkmilləşdirilməsi və cəmiyyətin həssas təbəqələrinin rifahının daha effektiv şəkildə təmin olunması məqsədilə “Yaşayış minimumu haqqında” Qanuna mühüm dəyişiklikləri təsdiqləyib. Qəbul edilən yeni dəyişikliklər ölkənin sosial siyasətində institutsional boşluqların aradan qaldırılması baxımından əhəmiyyətli yeniliklər vəd edir.

Belə ki, dəyişikliklərə əsasən, artıq yalnız tibb və təhsil müəssisələri deyil, həm də sosial sahəyə aid müəssisələrdə yaşayan və ya orada uzun müddət qalan şəxslər üçün də qida normalarının hüquqi əsasla təsdiqi mümkün olacaq. Qeyd edək ki, indiyədək qüvvədə olan qanunvericilik sosial sahəyə aid müəssisələr – məsələn, internat evləri, qocalar evləri və digər bu qəbildən olan müəssisələr üçün qida normalarının müəyyən edilməsini nəzərdə tutmurdu. 

Məsələ ilə bağlı News24.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Nazirlər Kabineti yaxın zamanda qanunun icrası ilə bağlı dəqiq mexanizmləri və hesablama parametrlərini müəyyənləşdirməlidir:

"Əsas məsələ yaşayış minimumunun hansı metodologiya əsasında hesablanacağıdır. Yaşayış minimumunun hesablanması qaydaları dəyişməlidir. Bunlar dəyişəcəksə və hansı formada dəyişəcəksə, çox güman ki, digər sosial müavinətlərin ödənilməsində də artım müşahidə olunacaq".

Natiq Cəfərli vurğulayıb ki, bu dəyişikliklərin hansı səviyyədə olacağını indidən proqnozlaşdırmaq çətindir. Çünki yeni hesablamaların hansı göstəricilər və meyarlar əsasında aparılacağı barədə hələlik rəsmi məlumat açıqlanmayıb:

“Biz hansı qaydalar və hansı parametrlərlə hesablamaların dəyişəcəyini bilmirik. Amma Nazirlər Kabineti bununla bağlı yaxın zamanda məlumat verəcək. Daha sonra həm sosial müavinətlər, həm də digər müavinətlərlə bağlı artım olacaq. Amma indidən onun faizini söyləmək mümkün deyil".

Qeyd edək ki, yeni dəyişikliklər sosial sahədə uzun müddətdir gözlənilən institutsional islahatların bir hissəsi kimi dəyərləndirilir. Yaşayış minimumunun daha şəffaf və real statistik göstəricilərlə hesablanması, xüsusilə aztəminatlı və sosial həssas əhali qruplarının rifahına birbaşa təsir göstərə bilər.

Aqil Qarayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://news24.az
archiveBu xəbər 24 İyun 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see351

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see213

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see212

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see194

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see187

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see181

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see175

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see170

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see168

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see160

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see147

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see139

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see135

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see134

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see134

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see133

Hərbçilər və ədliyyə əməkdaşları üçün müavinət ödənişlərində YENİLİK VİDEO

04 Yanvar 2026 23:21see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri