“Sosial şəbəkə qadağan ediləcəksə, uşaqlara alternativ təklif etməliyik”
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Hər bir qadağa özü bu yaşda uşaqlarda bir reaksiya yaradacaq. Qadağa edildiyi halda onların həmin vaxtı nə ilə məşğul olacaqları barədə alternativ təklifimiz olmalıdır. Bu, çox vacibdir”.
Bizim.Media xəbər verir ki, bunu Tibb Universitetin rektoru, professor Gəray Gəraybəyli Milli Məclisin İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında deyib.
"Hazırda sosial şəbəkədən istifadə edən bir uşağa bir ildən sonra bunun qadağan olunduğunu desək, onun reaksiyası və bunun fəsadlarını biz necə aradan qaldıracağımızı düşünməliyik. Müsbət haldır ki, layihədə 16-18 yaş arası keçid dövrü də nəzərə alınıb" - deyə o qeyd edib.
Günay Şahmar, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 08 İyun 2026 12:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















