Icma.az
close
up
RU
Sosial şəbəkələr ailə institutu üçün böyük təhdiddir, ancaq... Sosioloq

Sosial şəbəkələr ailə institutu üçün böyük təhdiddir, ancaq... Sosioloq

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

...Qadağalar, məhdudiyyətlər problemi həll etməyəcək

Sosial media platformaları böyük təsir qüvvəsinə malikdir. Uşaqlar və yeniyetmələr bəzən sosial şəbəkələrin mənfi təsirlərinə məruz qala bilirlər. Bu səbəbdən bir sıra ölkələr uşaq və yeniyetmələrə sosial media məhdudiyyətləri tətbiq etməyə çalışır. Avstraliya 10 dekabr 2025-ci ildə 16 yaşdan kiçiklərə sosial media məhdudiyyətləri tətbiq etdikdən sonra Avropada da oxşar addımlar nəzərdən keçirilməyə başlayıb. Fransa Milli Assambleyası prezident Emmanuel Makron tərəfindən dəstəklənən və 15 yaşdan kiçik uşaqların sosial mediaya çıxışının qadağan edilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Qanun layihəsi Senatdan da keçərsə, qüvvəyə minəcək. Britaniya, Danimarka, Yunanıstan, İspaniya və İrlandiya da oxşar məhdudiyyətləri nəzərdən keçirir. Dünyanın aparıcı dövlətlərindəki belə təşəbbüslər ağıllara bu sualı gətirir: Azərbaycanda da belə məhdudiyyətlərə ehtiyac var? 

Sosioloq Üzeyir Şəfiyev mövzu ilə bağlı “Sherg.az”a açıqlamasında bildirib ki, bu cür məhdudiyyətlər problemi həll etmir:

“Biz rəqəmsal cəmiyyətdə yaşayırıq. Hesab edirəm ki, məhdudiyyətlərlə, qadağalarla sosial mediadakı problemləri həll edə bilmərik. Bu platformaların həm mənfi, həm də müsbət tərəfləri var. Biz insanlarımızda sosial şəbəkədən istifadə mədəniyyəti formalaşdırmalıyıq. Sosial şəbəkələr informasiyaya əlçatanlıq, faydalı bilgilərin öyrənilməsində həyati əhəmiyyət daşıyır. Ancaq sosial şəbəkələrdən istifadə neqativ hallara da səbəb ola bilir. Məsələn, Çində mütəxəssislər sosial media platformalarından həddindən artıq istifadənin insanlarda, xüsusilə də uşaq və yeniyetmələrdə asılılıq yaratdığını aşkarlayıb”. 

Ekspert sosial şəbəkələrdən istifadə asılılığının uşaqlarda klip düşüncə sindromu yarada biləcəyini deyib:

“Bu da onlarda məntiqi-riyazi təfəkkürün ləngiməsinə səbəb ola bilər. Elə bu səbəbdən Çində sosial media platformalarında uşaqlar üçün 45 dəqiqəlik limit var. Ancaq mən məhdudiyyətlərin problemləri həll etdiyini düşünmürəm. Çünki belə məhdudiyyətlər çox da effektiv olmur. Uşaqlar valideynlərinin telefonundan istifadə edərək, ya da başqa üsullarla məhdudiyyətləri aşa bilirlər. Hesab edirəm ki, hökumətlər sosial şəbəkə operatorları ilə elə bir müqavilə bağlamalıdır ki, bu platformalarda hüquqa və əxlaqa zidd paylaşımlar yer almasın. Filtr, süzgəc mexanizmləri tətbiq olunsun. Hətta mən hesab edirəm ki, bu yalnız uşaqlar üçün yox, hər kəs üçün olsun. Çünki sosial şəbəkələr xüsusilə son vaxtlar ailə institutu üçün böyük təhdid yaradır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Yanvar 2026 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri