Sosial şəbəkələr bağlanmayacaq, nəzarət gücləndiriləcək Nazir müavini
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Statistik məlumatlara görə, valideynlərin 43 faizi uşaqların sosial şəbəkələrdən istifadəsinə tam nəzarət edə bilmir”.
Redaktor.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə İnzibati Xətalar Məcəlləsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlara dəyişiklik edilməsi barədə qanun layihəsinin ictimai müzakirəsində deyib.
O bildirib ki, təklif edilən qanun sosial şəbəkələrin bağlanmasını deyil, onların istifadəsinə nəzarətin gücləndirilməsini nəzərdə tutur: “Layihə çərçivəsində 16–18 yaşlı istifadəçilər üçün nəzarətli istifadə mexanizmlərinin tətbiqi planlaşdırılır. Yaş məhdudiyyəti ilə yanaşı, hədəfli reklamların və zərərli məzmunun göstərilməsinə də imkan verilməməsi nəzərdə tutulur. Yaş məlumatlarının kommersiya məqsədi ilə istifadəsi də qadağan ediləcək”.
Rəşad Həsənov qeyd edib ki, sosial media platformalarının bu prosesə tam hazır olmadığı bildirilir, tələblərə əməl olunmadığı halda sanksiyaların tətbiqi gözlənilir.
O vurğulayıb ki, Azərbaycanda məktəbyaşlı övladı olan valideynlərin 93 faizi bu dəyişiklikləri dəstəkləyir:
“Bununla belə, qanunvericilikdə edilən dəyişikliklərin problemin tam həllinə gətirib çıxarmayacağı da qeyd olunur. Bu istiqamətdə həm dövlət orqanlarının, həm də valideynlərin üzərinə mühüm vəzifələr düşür”.
Baxış sayı:167
Bu xəbər 10 İyun 2026 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















