Sosial şəbəkələrdə bağçada zorakılıqla bağlı görüntülər yayıldı Dayə işdən çıxarıldı
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Sosial şəbəkələrdə yayılan Tovuz rayonu Qovlar şəhəri 2 nömrəli körpələr evi-uşaq bağçasında uşağa qarşı yolverilməz davranışı əks etdirən video ilə bağlı araşdırma aparılıb.
Bu barədə Oxu.Az-a Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, araşdırma nəticəsində görüntülərdəki hadisənin təxminən iki il əvvəl baş verdiyi məlum olub:
"Təlim-tərbiyə prosesinə uyğun olmayan bu kimi halların yolverilməzliyi nəzərə alınaraq videoda yer alan sanitar-dayə 30 oktyabr 2025-ci il tarixində müvafiq əmrlə işdən azad edilib.
Məktəbəqədər təhsil müəssisələrində təlim-tədrisə cəlb edilən uşaqların fiziki və psixoloji təhlükəsizliyi bizim üçün prioritet istiqamətlərdəndir. Uşaqlara qarşı uyğunsuz davranışlar qəbuledilməzdir və belə hallara qarşı barışmaz mövqedəyik.
Məktəbəqədər təhsil müəssisələrində müvafiq məsələlərin tənzimlənməsi zamanı uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür".
17:34
Tovuz rayonunda fəaliyyət göstərən bağçada azyaşlıya qarşı şiddət göstərilməsini əks etdirən görüntülər yayılıb.
Oxu.Az xəbər verir ki, görüntünün Tovuz rayonunun Qovlar şəhərində yerləşən 2 nömrəli körpələr evi-uşaq bağçasında qeydə alındığı iddia edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, hazırda məsələ ilə bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun hadisəyə hüquqi qiymət veriləcək.
Qeyd edək ki, məsələ ilə bağlı digər aidiyyəti qurumlara sorğu ünvanlanıb.
Sözügedən görüntünü təqdim edirik:
Aygün Mirakif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 30 Oktyabr 2025 18:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















