Icma.az
close
up
RU
Sosial şəbəkələrdə ən aktiv siyasi PARTİYALAR SİYAHI

Sosial şəbəkələrdə ən aktiv siyasi PARTİYALAR SİYAHI

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2022-ci ildə Azərbaycanda “Siyasi partiyalar haqqında” qanun qəbul edilib. 6 fəsil və 30 maddədən ibarət qanunda siyasi partiyaların yaradılması və fəaliyyəti üçün əvvəlki qanunla müqayisədə daha sərt tələblər müəyyən edilib. Əvvəlki qanunla siyasi partiyanın qeydiyyatı üçün 1000 üzv kifayət idisə, yeni qanunla bu tələb 5 dəfə artırılıb.


Qanunun qəbul edilməsindən sonra 30-dan çox siyasi partiya fəaliyyətini dayandırıb. Bəzi partiyalar 5000 üzv tələbini yerinə yetirmədiyi üçün qeydiyyata alınmayıb. Hazırda Azərbaycanda 26 siyasi partiya qeydiyyatdadır.
Azərbaycanda partiyaların fəaliyyəti ilə bağlı bəzi məsələlərə Ədliyyə Nazirliyi nəzarət edir. Qeyd edək ki, qanuna əsasən 5000-dən az üzvü olan partiyaların fəaliyyəti dayandırıla bilər.

Bu gün ölkədə fəaliyyət göstərən partiyalar sosial şəbəkələrdə nə qədər aktivdir?

Modern.az bununla bağlı siyasi partiyaların sosial şəbəkə aktivliyini, izləyicilərin sayını araşdırma edib.

Hakim partiya olan Yeni Azərbaycan Partiyası izləyici sayına görə liderdir. Belə ki, YAP-ın “Facebook” izləyiciləri 96 mindir. “İnstagram”da 34,60, “X” platformasında isə 24080-dir. Partiyanın sosial şəbəkələrdə bəyənmə ortalaması 2-4 mindir. 


Azərbaycan Milli İstiqlal Partiyası isə sosial şəbəkələrdən sadəcə “Facebook”da təmsil olunur. Belə ki partiyanın burda izləyicilərinin cəmibsayı 303-dür. Partiyanın əsas postları təbriklərdən və şərhlərdən ibarətdir. Bəyənmə sayı isə maksimum 50-dir.


Ana Vətən Partiyası isə “İnstagram” və “Facebook” da təmsil olunur. Belə ki, “İnstagram”da partiyanın 267 izləyicisi, digər platformada isə 16 min izləyicisi var. Partiyanın bəyənmə sayı 30-100 arasıdır.

Vətəndaş Həmrəyliyi Partiyası da iki platformada çıxış edir. Partiyanın “Facebook” da 8 min 600,  “İnstagram”da 2057 izləyicisi var. Partiyanın sosial şəbəkə hesablarında görüşlər, şərhlər yer alır. Bəyənmə ortalaması isə 50-100 arasındadır.

Müsavat Partiyası isə üç sosial şəbəkə platformasında hesabı var. Partiyanın “Facebook” da 22 min, “İnstagram”da 29,4 min, “X”da isə 1229 izləyicisi var. Bəyənmə ortalaması isə 200-dür.


Ağ Partiya isə əsasən "Facebook”da (2,7 min) aktivdir. Əsas məzmun isə partiya sədrinin çıxışlarıdır. 

Azərbaycan Ümid Partiyası da iki platformada təmsil olunur. Belə ki, partiyanın “İnstagram”da 1218 nəfər, “Facebook” da isə 4,5 min nəfər izləyicisi var.  Azərbaycan Xalq Cəbhəsi Partiyasının isə “X” platformasında 3603 nəfər, “Facebook” da 10 min izləyicisi var. 


Azərbaycan Demokrat Partiyasının isə sadəcə “Facebook” da 2,1 min izləyicisi var.  Azad Vətən Partiyası ən az izləyiciyə sahib partiyadır. Belə ki, partiyanın “Facebook”da 120, “İnstagram”da isə cəmi 62 izləyicisi var. 


Haqq Ədalət Partiyası 2 min izləyici ilə sadəcə “Facebook”da var. Bəyənmə sayı ortalaması isə 100-150-dir.

Gələcək Azərbaycan Partiyası da təkcə “Facebook”da 17 min izləyici ilə təmsil olunur. 

Sosial şəbəkələrdə ən aktiv partiyalardan biri isə Respublikaçı Alternativ (REAL) Partiyasıdır. Belə ki, partiya üç platfotmada da var. “Facebook”da 41 min,  “İnstagram”da 2753, “X”da isə 55 izləyicisi var. 


Milli Cəbhə Partiyasını (MCP) isə “Facebook”da 1,9, “X” da 8734,  “İnstagram”da 851 nəfər izləyir.

Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP) sadəcə “Facebook”da 2,6 izləyiciyə sahibdir. Digər platformalarda təmsil olunmur. 

Klassik Xalq Cəbhəsi Partiyasının isə (KXCP) “Facebook”da 1,1 min izləyicisi var. Bəyənmə ssyı isə aşağıdır. 


Böyük Azərbaycan Partiyasının (BAP) “Facebook”da 422, Ədalət, Hüquq, Demokratiyasının  (ƏHD) 803, Demokratik İslahatlar Partiyasının 1,8 min, Azərbaycan Demokrat Partiyasının 5 min, Vəhdət Partiyasının (VP) isə 1,9 izləyicisi var.

Yeni Zaman Partiyası (YZP) və Azərbaycan Demokratik Maarifçilik Partiyası isə heç bir sosial şəbəkə platformasında təmsil olunmur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Noyabr 2024 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri