Icma.az
close
up
RU
Sosial şəbəkələrdə hansı paylaşımlar qadağandır? Hüquqşünas AÇIQLADI

Sosial şəbəkələrdə hansı paylaşımlar qadağandır? Hüquqşünas AÇIQLADI

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün sosial şəbəkələr gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Hər kəs müxtəlif mövzularda canlı yayım açır, fikir bildirir, məlumat paylaşır, status yazır. Lakin rəqəmsal mühitdə paylaşılan hər bir məlumat hüquqi məsuliyyət yarada bilər. Qanunvericilik çərçivəsindən kənara çıxıldığı halda isə inzibati və ya cinayət məsuliyyəti tətbiq oluna bilər.  Maraqlıdır, bəs görəsən ümumilikdə sosial şəbəkələrdə hansı məzmunlu paylaşımlar qadağan oluna və məsuliyyət yarada bilər?
Məsələ ilə bağlı hüquqşünas Ramil Süleymanov Avtosfer.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin təsdiqlədiyi “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna Azərbaycan Respublikasının Prezidentinin imzası ilə 30 dekabr 2025-ci il tarixdə 13-2.3.6-1-ci maddə əlavə edilmişdir:

“Həmin maddəyə görə, kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyəti təhqir edən, cəmiyyətə açıq hörmətsizliyi ifadə edən hərəkətlərin edilməsi, yəni əxlaqsız ifadələrin səsləndirilməsi və ya belə təəssürat yaradan jestlərin edilməsi, insan bədəninin müəyyən hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatların yayılması məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə görə, bu əməl birinci dəfə törədildikdə 500 manatdan 1000 manatadək cərimə və ya şəxsin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs nəzərdə tutulur. Əgər əməl il ərzində təkrar törədilərsə, ikinci dəfə 1000 manatdan 2000 manatadək cərimə və ya şəxsin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək inzibati həbs tətbiq oluna bilər. Şəxslərin birbaşa şəxsi həyatına aid olan, onların şəxsi həyatını səciyyələndirən, eləcə də konkret bir şəxsə məxsus fərdi məlumatlar var ki, həmin məlumatlar barədə danışmaq və onları paylaşmaq qadağandır”.
Nurcan Babək

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 25 Fevral 2026 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri