Icma.az
close
up
RU
Sosial şəbəkələrdə uşaqları gözləyən təhlükə Valideynlərə XƏBƏRDARLIQ

Sosial şəbəkələrdə uşaqları gözləyən təhlükə Valideynlərə XƏBƏRDARLIQ

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Uzun müddətdir ki, sosial şəbəkələrdə uşaqların davranışları müzakirə obyektina çevrilib.

Uşaqların internet subyektlərinə inteqrasiyası real həyatla əlaqələrin nə dərəcədə inkişaf etməsinə təsiri mövzunun müqayisə predmetinə çevrilib.

Bir çoxu internet oyunlarının və sosial şəbəkələrin uşaqlara mənfi təsir etdiyini deyirsə, bir qrup insan isə onların müasir dövrə adaptasiyasını əsas gətirərək inkişafın qaçılmaz hissəsi kimi görür.

Bəs mütəxəssislər nə düşünür?

Respublika Pediatriya Mərkəzinin Uşaq Bərpa Mərkəzinin psixoloqu Nigar Əhmədova BAKU.WS-ə mövzu ilə bağlı açıqlamasında bildirdi ki, sosial şəbəkələrin təsiri də ikitərəflidir.

Mütəxəssisin sözlərinə görə, internetin uşaqlara həm müsbət, həm də mənfi təsirləri var:

"Bir tərəfdən uşaqlar daha çox ünsiyyət və informasiya imkanı əldə edir, digər tərəfdən isə neqativ nümunələr, zorakılıq və müqayisə hissi uşaqların özünü dəyərsiz görməsinə gətirir. Əgər nəzarətsiz buraxılsa, sosial media uşağın psixoloji sabitliyini poza bilər", - deyə Nigar Əhmədova bildirib.

Nervpotoloq, həkim Vüsalə Nuriyeva isə BAKU.WS-ə açıqlamasında bildirib ki, sosial şəbəkələrin uşaqlara mənfi təsirləri daha çoxdur.

Onun sözlərinə görə, uşaqların artıq çox erkən yaşda telefon, planşet və internetdən istifadəsi diqqət dağınıqlığına səbəb olur.

"Sosial mediada aqressiv, zorakı və sürətli dəyişən görüntülər uşağın beynini həddindən artıq stimullaşdırır, sakit fəaliyyətlərə adaptasiyanı çətinləşdirir.

Uzun müddət ekran qarşısında qalmaq həm yuxu pozuntusu, həm də hiperaktivlik yaradır", - deyə həkim vurğulayıb.

Vüsalə Nuriyeva valideynlərə xüsusi olaraq bunları tövsiyyə edir:

"Telefon və planşet istifadəsini məhdudlaşdırın, aktiv oyunları artırın.

Uşağın dost seçiminə diqqət edin, aqressiv mühitdən uzaq saxlayın".

Həkim son olaraq onu vurğulayıb ki, valideynlər sosial şəbəkələrdən uşaqlar üçün ancaq maarifləndirmə məqsədilə istifadə edə bilərlər:

"Sosial şəbəkələrdə, internet resurslarında maraqlı kampaniyalar, elm və təhsil yönümlü matreallarla tanış olmaq üçün istifadə oluna bilər. Bu zaman da, uşaqlar valideynlərin nəzarəti altında internetdən istifadə edə bilərlər".

Ziya SƏCCAD

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://baku.ws
archiveBu xəbər 17 Oktyabr 2025 20:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see234

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see202

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri