Icma.az
close
up
RU
Sosial şəbəkələrdə YENİ TREND İnsanlar buna görə adlarını dəyişirlər

Sosial şəbəkələrdə YENİ TREND İnsanlar buna görə adlarını dəyişirlər

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

İnsan öz adını seçə bilmək imkanına qadir deyil. Çünki doğulanda valideynlər övladlarına istədikləri adı verirlər. Onların ad seçimi həm də onların dünya görüşündən, maraq dairələrindən, etiqad etdikləri dindən xəbər verir. Ona görə də toplumda fərqli, rəngarəng adlar meydana çıxır. Lakin bu adların heç də hamısı qəbulolunan deyil. Ölkəmizdə də qəribə adlara rast gəlinir.
Bu səbəbdən böyüdükdən sonra insanlar öz adlarının dəyişdirilməsi ilə  bağlı müvafiq qurumlara müraciət edərək, qanuni şəkildə istədikləri adı daşıya bilərlər.
 

MÖVZU İLƏ BAĞLI:
Sosial şəbəkələrin “gözəllik tələsi” - Gənc qızlar niyə özlərini bəyənmirlər?


Ədliyyə Nazirliyindən verilən məlumata görə, bu ilin ilk 6 ayı ərzində 645 nəfər adını dəyişdirib. Bu şəxslərin hansı səbəbdən ad dəyişdirməsi bildirilməsə də son zamanlar sosial şəbəkələrdə adların uğursuzluğu barədə tez-tez məlumatlar paylaşılır. Bəzi psixoloqlar və ya falçılar insanları adlarını dəyişdirsələr yaşadıqları ağır həyatın da sona yetəcəyinə inandırırlar.
Bəs adın insan həyatına nə qədər təsiri var? Psixoloji olaraq belə təsir mümükündürmü?
Mövzu barədə Bizim.Media-ya danışan psixoloq Nabat Mirzəyeva deyib ki, adımız həyatımıza yön vermir:
“Bunun elmi və inanc forması var. Biz dünyaya gələndə valideynlərimiz artıq qoyacağı adlarla bağlı xəyallar qurur və ya nənə-babalarımızın adını qoymağı seçirlər. İndiki dövrdə bir düşüncə var ki, nəsildən-nəslə ötürülən hər hansı bir addırsa və o adın sahibi ağır həyat yaşayıbsa, adını daşıdığı insanın həyatının ağırlığı da bundan qaynaqlanır. Ad insanın həyatında onun şəxsiyyətinin formalaşmasına birbaşa təsir göstərmir.
Yaşadığı zaman boyunca bəzi adlar var ki, onlar bizim həyatımıza təsir göstərir. Bəzi hallarda adımız bizim qürur mənbəyimiz, bəzi hallarda isə lağ obyekti ola bilir. İnkişafımızda isə psixioloji olaraq təsir göstərməməlidir və göstərmir. Biz adımızın bizdə olan təsirini sevmirik və ona görə də adımızı dəyişməyə qərar veririk. Adımızı dəyişərək hər şeyin dəyişəcəyini düşünürük. Bu da inancla bağlıdır.
Biz nəyə inanırıqsa, ona doğru addımlayırıq. Biz adımızın bizə güc, qüvvət vermədiyini, uğursuzluq gətirdiyini düşünürüksə, biz o adı dəyişdirməyənə qədər o inanc altında əzilirlər. Amma onlar istəsələr adlarına yeni bir məna, hədəf yükləyə bilərlər”.
Onun sözlərinə görə, hələ də valideynlər lağ obyekti olan adları övladlarına verirlər:
“Ad xoşlarına gəlmədiyi zaman, söylənməsi çətin olanda və ya lağ obyektinə çevriləndə dəyişdirmək mümkündür. Bu adlar həqiqətən də onun şəxsiyyətinə, daxili dünyasına çox ağırlıq edirsə, dəyişdirilə bilər. Bu ad mənə qoyulduğu üçün həyatım yolunda getmir düşüncəsi ilə ad dəyişdirmək isə doğru deyil”.
Günay Şahmar, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://bizim.media
archiveBu xəbər 26 Oktyabr 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see237

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see223

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see193

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see182

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see162

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see162

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see152

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see150

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see147

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see141

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see137

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri