Icma.az
close
up
RU
Sosial şəbəkələri zibilləyib özlərindən həzz alanlar MÖVQE

Sosial şəbəkələri zibilləyib özlərindən həzz alanlar MÖVQE

Icma.az, Olke.az saytına istinadən bildirir.

“Sosial şəbəkələrdə ağıllı söz danışanlar, faydalı məsləhət verənlər, maraqlı xəbər yayımlayanlar və bir də “öz məharətini göstərənlər” var. Müvafiq olaraq ağıllı adamlar ağıllı söz danışanlara qulaq asır, faydalı iş görmək istəyənlər öyüd-nəsihət verən blogerləri izləyirlər. Dünyadan, ölkədən, maraqlı hadisələri tirajlayan blogerlərin də öz auditoriyası var”.

Ölkə.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

Deputat əlavə edərək deyib: “Bu sırada ən sonuncu gələn “öz məharətini göstərmək istəyən” blogerlərdir ki, onların da çoxu əsasən monoloq-çıxışları ilə sosial şəbəkə arxivlərini zibilləyib özləri özlərindən həzz alanlardır. Nə qədər ki, sosial şəbəkələr populyarlaşmamışdı bu qəbildən olan insanlar Londonun Hide Parkındakı “Natiqlər kürsüsü”ndə (Speaker Corner), taburetkanın üstündə çıxış edərdilər. Hide Parka ilk dəfə gələn turistlər şəstlə taburetkaya qalxan “natiqin” sanki nə isə ciddi bir şey danışacağını güman edərək onun həndəvərində toplaşanda “natiq” gözünü yumub ağzını açardı. Nə danışacağını əvvəlcədən bilməyən “natiq” sosial vəziyyətdən şikayətlənməkdən tutmuş Amerika prezidentinə istefa tələb etməyə qədər ağıla gələn və gəlməyən istənilən şüarı səsləndirə bilərdi. Elə bizdəki kimi. Bu isə turistləri əyləndirir, güldürür və sonda turistlər cibindəki xırda pullardan bir neçəsini taburetkanın qarşısındakı qutuya atıb təbəssümlə oradan uzaqlaşardılar. Yeri gəlmişkən o “natiqlər” bizim ölkədə olduğu kimi, Ingiltərədə də toxunulmaz sayılırdılar, çünki İngiltərə höküməti ağıldan kəm adamların hüquqlarının ən ciddi şəkildə qorunduğu bir ölkədir. Odur ki, onlar ağlına nə gəlsə danışa bilərdilər, məmurlar da onlara heç bir reaksiya verməz və üstəlik turistləri əyləndirdikləri üçün ürəyinin dərinliyində də olsa onlara minnətdar olardılar. Sosial şəbəkələr meydana çıxandan bəri vəziyyət dəyişib, artıq Speaker Corner boş qalıb, taburetkanı da yığışdırıblar. Öz məharətini göstərmək istəyənlər bütün ölkələrdə, o cümlədən bizdə də sosial şəbəkələrə köçüblər. Bizim parklarda “Speaker corner” olmasa da sosial şəbəkələrdə taburetkaya çıxıb monoloq vasitəsilə öz məharətini göstərənlər az deyil. Onlardan da ikisi “ala itdən məşhur”dur”.

Deputat qeyd edib ki, bu günlərdə “Youtube”da ən son xəbərləri axtararkən növbəti dəfə Əli Kərimlinin qəzəbli sifəti ilə rastlaşdım. Paylaşımın başlığını oxuyanda mən də üzümdə Hide Park turistlərinin təbəssümünü hiss etdim və “natiq”in monoloquna qulaq asmaq qərarına gəldim: “Əli Kərimli Hide Parkdakı Speaker corner natiqləri qədər ifadəli monoloq deyə bilməsə də məzmunundan onları yamsıladığı bəlli oldu.

Əli Kərimli tütün məhsullarının və spirtli içkilərin satış qiymətlərinin artmasını bəhanə gətirərək guya ölkədə sosial gərginliyin artdığını iddia edir. “Pensiyaların kəsildiyini və müavinətlərin azaldığını” iddia edən Əli Kərimli guya milyonlarla Azərbaycanlının öz evlərində soyuqdan donduğunu, az qala adamların küçədə acından öldüyünü iddia edir və bu kimi cəfəngiyyatlar danışmaqla bərabər üstəlik dövləti bir sıra xarici ölkələrlə iqtisadi – ticarət münasibətlərini gücləndirməkdə günahlandırırdı. Pensiyaların azalması haqqında ağ yalan danışan Əli Kərimli deyəsən unudub ki, onların hakimiyyəti illərində ümumiyyətlə ölkədə heç kimə nə maaş, nə də pensiya ödənilmirdi. Əli Kərimli hakimiyyətdə olduğu zaman heç bir evə təbii qaz verilmədiyini, Bakının çoxmərtəbəli binalarında odun sobasından istifadə edildiyini də unudub.

Xatırlayıram ki, keçən ilki monoloqlarından birində Əli Kərimli Azərbaycan hakimiyyətini Çin Xalq Respublikası ilə Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalamaqda günahlandırmışdı və bunu Çinin Kommunist partiyası tərəfindən idarə edilməsi ilə izah etmişdi. Vaxtilə hökümətdə ən yüksək vəzifələrdən birini tutmuş adamın belə absurd iddiası gülüşdən başqa nə doğura bilər. Sosial şəbəkədə onun qutusuna nə qədər pul atırlar, bilmirəm. Amma bu monoloqu Hide Parkda səsləndirsəydi “kapitalistlər” Əli Kərimlinin qutusuna bir pay yemək üçün yetərli qədər xırda pul atardılar. Cəmi bu qədər. Çünki Əli Kərimli məntiqinin və siyasətinin dəyəri bir neçə funtdan çox olmazdı.

O isə “öz məharətini” göstərməkdə davam edir. Pakistana sərmayə qoyulmasını, Gürcüstana qaz satılmasını, Fransanın müstəmləkə ərazilərində yerli xalqlara mənəvi-siyasi dəstəyimizi tənqid edən Əli Kərimli hətta spirtli içki qəbul edib ölənlərin də günahını dövlətin üstünə atmağa çalışır. Amma niyə görəsə bütün bunlardan danışdığı halda spirtli içkilərdən və digər zərərli vərdişlərdən ümumiyyətlə uzaq durmağı “öz xalqına” tövsiyə etmir. Bilirsiz niyə? Çünki onun monoloquna qulaq asanlar məhz o qəbildən olan başı daim dümanlı olanlardır. Onların qulaqlarını oxşayacaq sözlər söyləməsə tamamilə tək qalacağından qorxur.

Hərçənd burada da qorxulu bir şey yoxdur. Hətta bir gün Azərbaycandakı bütün başı dumanlılar da Əli Kərimlini dinləməkdən imtina etsələr onu dinləyəcək və absurd iddialarında ona dəstək səsini çıxaracaq birisi həmişə var – Hide Parkı tez-tez ziyarət edib kənardan həsrətlə “Speaker Corner” taburetkasına baxan “Kama-sutra elmləri doktoru” Cəmil Həsənli son nəfəsinə qədər onunla səs-səsə verib çığıracaq. Bu cılız çığırtılar təbiətdə əkiz quşlar kimi tanınan sağsağanların “həyasızlığını” xatırladır. Kiçik meşələrdə, parklarda, bağlarda, insanlara yaxın yerlərdə məskunlaşan, tez-tez yüksək səslə çığıra-çığıra ağacdan ağaca uçan və hətta tez-tez öz yuvalarını belə dağıtmaqdan vaz keçməyən sağsağanlar adətən sıx meşələrdən çəkinirlər.

Əli Kərimli və Cəmil Həsənli kimiləri isə anlamırlar ki, siyasət də elə bir növ sıx meşədir və bu meşədə sağsağanlara yer yoxdur”.

Mürtəza
Ölkə.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 Mart 2025 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see225

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see197

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see163

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see161

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see144

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see139

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see134

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see130

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see130

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see128

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri