Icma.az
close
up
RU
Sosial təminatın gücləndirilməsinə yönəlmiş siyasət

Sosial təminatın gücləndirilməsinə yönəlmiş siyasət

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dövlət başçısının Sərəncamı ilə ən yüksək nəticələr göstərmiş tələbələrə Prezident təqaüdü veriləcək

Müasir Azərbaycan gəncliyi yaşadığımız zamanın ən məsuliyyətli bir dövrünü yaşayır. Qloballaşmanın vüsət aldığı və informasiya cəmiyyətinin sürətlə inkişafda olduğu bir zamanda müasir zamanın çağırışlarına cavab vermək gənclərdən böyük məsuliyyət tələb edir. Azərbaycan bayrağına bağlı olan gənclik respublikamızda sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə fəal iştirak edir və hər bir sahədə izi, əməlləri görünür. Demək, işıqlı sabahımızın gəncliyi fəal gənclikdir, yeniliyə meyl edən gənclikdir. Əlbəttə ki, müasir gəncliyin dövlətin diqqət və qayğısı ilə əhatə olunması onların bütün potensialarından düzgün istiqamətdə istifadəsinə imkanlar açır. Prezident İlham Əliyevin son 22 ildə Azərbaycanda gənclərlə işin inkişaf etdirilməsi ilə bağlı verdiyi göstəriş və sərəncamlar sözügedən təbəqənin öz üzərinə düşən məsuliyyəti daha dərindən dərk etməsinə əhəmiyyətli təsir göstərir. "2025–2026-cı tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı təhsilə və gənclərə ayrılan diqqətin davamıdır. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında" 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanına uyğun olaraq, 2025–2026-cı tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdü veriləcəkdir.

DÖVLƏTİN GƏNCLƏRƏ DİQQƏT VƏ QAYĞISI

Azərbaycan Prezidenti İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də 2013-cü il 2 iyul tarixində ölkədə ilk dəfə "Gənclər üçün Prezident Mükafatı"nın təsis edilməsi oldu. Prezident Mükafatı elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən 10 nəfər gəncə ildə bir dəfə verilir.

Onu da bildirək ki, ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə dövlət büdcəsinin vəsaiti hesabına ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələr və doktorantlar üçün təqaüdlərin artırılıb. Bu addım sosial təminatın gücləndirilməsinə və vətəndaş rifahının artırılmasına yönəlmiş siyasətin davamıdır. Qərara əsasən, elmlər doktoru hazırlığı üzrə təqaüd – 450 manat, fəlsəfə doktoru hazırlığı üzrə – 300 manat, magistraturada 91–100 bal – 240 manat, 71–100 bal – 180 manat, 51–100 bal – 120 manat, bakalavriatda 91–100 bal – 200 manat, 71–100 bal – 160 manat, 51–100 bal – 110 manat, orta ixtisasda 91–100 bal – 110 manat, 71–100 bal – 90 manat, 51–100 bal – 70 manat olaraq müəyyənləşib. Bu artım 2025-ci ildən etibarən reallaşan beşinci sosial paketin tərkib hissəsidir.

Yeri gəlmişkən onu da bildirək ki, 1996-cı il 22 iyun tarixində Ulu Öndər Heydər Əliyevin imzaladığı Fərmanla elmi və mədəni tərəqqinin müstəqil Azərbaycanın gələcəyi üçün müstəsna əhəmiyyətini nəzərə alaraq istedadlı gənclərə Azərbaycan Respublikası Prezidentinin şəxsi himayəsini, onların yaradıcılıq potensialını inkişaf etdirmək üçün dövlət qayğısını təmin etmək məqsədilə Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı" və "Qızıl kitab"a adları yazılmış gənc istedadlara təqdim etmək üçün xüsusi təqaüd təsis edilib.

YETİŞƏN SAĞLAM GƏNCLİK

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev gənclərin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında onların intellektual və yaradıcı potensiallarının ümummilli məsələlərin həllinə yönəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Təbii ki, müasir dövrümüzün tələbləri nəzərə alınaraq dövlətin gənclərə diqqət və qayğısı da artır. Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, istedadlı gənclərin qabiliyyətlərini inkişaf etdirə bilmələri üçün şəraitin yaradılması, gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, gənclər təşkilatlarının beynəlxalq əlaqələrinin qurulması və s. istiqamətində tədbirlər həyata keçirilir. Təbii ki, gənclər ölkədə baş verən proseslərdə həm təşəbbüskar, həm də iştirakçıdırlar.

Bu gün tam əminliklə deyə bilərik ki, müstəqil Azərbaycanda dövlətin diqqət və qayğısı sayəsində sağlam bir gənclik yetişib. "2007-2015-ci illərdə Azərbaycan Gənclərinin təhsili üzrə Dövlət Proqramı" gənclərin təhsil səviyyəsinin yüksəldilməsinin daha bir ifadəsidir. Prezident İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə növbəti "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının təsdiq edilməsi gənclərə olan qayğının bariz nümunəsidir. Prezident İlham Əliyev gənclərin dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi, onların potensialından düzgün istifadə məqsədilə 2005-ci il avqustun 30-da "Azərbaycan Gəncliyi Dövlət Proqramı"nı (2005-2009-cu illər) təsdiq etdi ki, bu da gənclərə dövlət qayğısının artırılmasını təmin etmiş oldu. Gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, onların ahəngdar inkişafı və asudə vaxtının təşkili və s. məqsədilə "Gənclər Evi" sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması da elə gənclərə dövlət qayğısıdır. İlk "Gənclər Evi" 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlasa da, bu gün onların sayı artmaqdadır.

Azərbaycanda geniş vüsət almış könüllülər hərəkatının aparıcı gücü məhz gənclərdir. Gənclərimizin potensialının, fəallığının, məsələlərə yeni baxışlarının cəmiyyət üçün çox lazımlı olduğunu diqqətə alan Prezident İlham Əliyev 2019-cu il dekabrın 30-da Azərbaycan Respublikasında 2020-ci ilin "Könüllülər ili" elan edilməsi haqqında Sərəncam imzaladı. Ölkəmizdə təxminən 20 min gənc könüllü olaraq çalışmış və indi onlar ayrı-ayrı təşkilatlarda müxtəlif vəzifələrdə işləyirlər. Könüllülər hərəkatının cəmiyyətin inkişafında xüsusi əhəmiyyəti var. Bu, cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir. Könüllülər hərəkatı "ASAN xidmət"dən başladı və bu gün "ASAN xidmət"də işləyənlərin mütləq əksəriyyəti gənclərdir.

Azərbaycan gəncliyi dövlət proqramlarının davamı olaraq ölkə başçısının 26 yanvar 2015-ci il tarixli Sərəncamı ilə "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nı təsdiq etdi. Sərəncama əsasən, Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirilərək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırıldı. Azərbaycanın qısa müddətdə iqtisadi, sosial sahədə əldə etdiyi uğurları müəyyənləşdirilmiş düzgün siyasət və strategiyanın uğurlu addımları kimi dəyərləndirən gənclər dövlətin onlara göstərdiyi diqqəti əməli fəaliyyətləri ilə doğrultmaqla, əsl vətəndaşlıq məsuliyyətlərini ölkənin ictimai-siyasi həyatında tutduqları sağlam mövqe ilə təsdiqləyirlər. Bu gün təqdirəlayiq hal isə odur ki, gənclər də dövlət tərəfindən onlara göstərilən diqqət və qayğını, onlara olan etimadı yüksək qiymətləndirərək var qüvvələri ilə çalışır, ölkənin inkişafı naminə öz töhfələrini verirlər.

Nəzakət ƏLƏDDİNQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Oktyabr 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see339

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see226

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see216

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see212

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see209

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see207

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see197

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see197

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see193

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see193

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see191

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see174

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see171

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see170

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see167

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see164

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see163

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see163

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see162

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri