Icma.az
close
up
RU
Sosial və tibbi sığorta ilə bağlı yeni qaydalar qəbul ediləcək

Sosial və tibbi sığorta ilə bağlı yeni qaydalar qəbul ediləcək

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

2026-cı il dövlət büdcəsi zərfinə daxil olan bir sıra qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul edilib.

Milli.Az xəbər verir ki, qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

"Sosial sığorta haqqında" Qanunda dəyişiklik edilməsi üzrə

1. Sahibkarların sosial sığorta yükünün optimallaşdırılması istiqaməti üzrə

Minimum aylıq əməkhaqqının 15 faizindən az 100 faizindən çox olmamaq şərtilə fərdi sahibkarlar dövriyyədən 2% dərəcə ilə məcburi dövlət sosial sığorta haqqı ödəyirlər;
Kənd təsərrüfatı sahəsində mövcud rejim saxlanılır və dərəcələr qismən artırılır (5 ha-dək minimum əmək haqqının 5 faizi, 10 ha-dək 7,5 faizi, 10 ha-dan çox olduqda 12,5 faizi);
Fərqlənmə nişanı almaqla sərnişin daşıma fəaliyyəti üzrə mövcud rejim saxlanılır (minimum əmək haqqının 6 faizi);
Sabit qəbz alan şəxslər üzrə mövcud rejim saxlanılır və dərəcələr qismən artırılır (minimum əmək haqqına tətbiq edilən 3%-in 5%-ə, 5%-in isə 8%-ə qaldırılması, regional əmsallar tətbiq edilməklə);
Vəkillər kollegiyasının üzvləri, sərbəst mediatorlar üzrə xərclər çıxılmaqla gəlirlərinin 10 faizi miqdarında ödənilən sosial sığorta haqqının dərəcəsi 10 faizdən 15 faizə artırılır.

2. Naxçıvan Muxtar Respublikasında ödənilən məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılması istiqaməti üzrə

Naxçıvan Muxtar Respublikasında sığortaedənlər tərəfindən işçilərə görə ödənilən məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılmasının yalnız qeyri-dövlət sektoruna aid edilən, Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilmiş iqtisadi fəaliyyət növləri təsnifatına uyğun olaraq bilavasitə istehsal, o cümlədən emal və hasilat (neft-qaz sahəsi istisna olmaqla) sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə münasibətdə tətbiq edilməsi və ilkin dövrdə tam şəkildə (100 faiz həcmində), növbəti illərdə isə qismən (illərə görə 80, 60 və 40 faiz həcmində) subsidiyalaşdırılması;

Naxçıvan Muxtar Respublikasının rezidenti olan və qeyri-dövlət sektoruna aid edilən (neft-qaz, maliyyə və avtonəqliyyat vasitələri ilə yükdaşıma sahələrində fəaliyyət göstərən, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına malları (işləri və xidmətləri) təqdim edən podratçılar (Naxçıvan Muxtar Respublikasında istehsal fəaliyyətini həyata keçirən rezident podratçılar istisna olmaqla) sığortaedənlər tərəfindən özlərinə görə ödənilən məcburi dövlət sosial sığorta haqlarının 2036-cı il yanvarın 1-dək tam şəkildə tam şəkildə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması təklif edilir.

"Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında", "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında", "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında", "Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının dövlət icbari şəxsi sığortası haqqında" və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanunlarda dəyişiklik edilməsi üzrə

1. Hazırda icbari şəxsi sığorta vəsaitləri dövlət icbari şəxsi sığorta ödənişlərinin verilməsi və qanunda göstərilən digər istiqamətlərlə yanaşı müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatına da yönəldilir. Bu vəsaitin istifadə istiqaməti genişləndirilərək yalnız müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə deyil, əlilliyi olan bütün şəxslərə yönəldilməsi təklif edilir.

2. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna təklif olunan dəyişikliyə əsasən, dövlət icbari şəxsi sığorta vəsaitləri əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsinə də yönəldilə biləcək.

"Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında", "Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında", "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında", "Uşaqların icbari dispanserizasiyası haqqında" qanunlarda dəyişiklik edilməsi üzrə

1. Talassemiya irsi qan xəstəliyi olan şəxslərin dövlət tibb müəssisələrində müayinə və müalicəsi dövlət büdcəsi vəsaiti hesabına, hemofiliya irsi qan xəstəliyi olan şəxslərə münasibətdə isə icbari tibbi sığorta vəsaiti hesabına maliyyələşdiriləcək.

"Tibbi sığorta haqqında" qanunda dəyişiklik edilməsi üzrə

1. Qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər sığortalıların ayrıca kateqoriyası olaraq müəyyən edilir, onlar sığortalı qismində özləri çıxış edəcəklər və onlar tərəfindən ödənilməli olan icbari tibbi sığorta haqqının məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.

2. Qeyri-dövlət sektoruna (neft-qaz sahəsi istisna olmaqla) aid edilən sığortaedənlərdə işləyən şəxslər üzrə əmək haqqının 2 500 manatdan yuxarı hissəsi üzrə tibbi sığorta haqqı daha aşağı dərəcə ilə müəyyən ediləcək:

sığortalı tərəfindən işçinin əməkhaqqının 2500 manatadək olan hissəsindən 2 faiz, 2500 manatdan yuxarı olan hissəsindən 0,5 faiz;
sığortaolunan tərəfindən əməkhaqqının 2500 manatadək olan hissəsindən 2 faiz, 2500 manatdan yuxarı olan hissəsindən 0,5 faiz.
3. Aksizli mallar üzrə hesablanmış aksiz məbləğinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi, habelə yanacağa görə müəyyən edilmiş icbari tibbi sığorta haqqı ləğv ediləcək.

4. Siyahısı və illik xərci müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən səhiyyə sahəsində dövlət proqramları və tədbirləri icbari tibbi sığorta fondunun vəsaitləri hesabına maliyyələşdiriləcək.

"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanunda dəyişiklik edilməsi üzrə

1. Dövlət orqanlarında, bələdiyyələrdə, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərdə və büdcə təşkilatlarında çalışan şəxslərin, habelə istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlərin, könüllülərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) həyata keçiriləcək. Qeyd olunan sığorta olunanların və sığortalıların sığortaçıda (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) uçotu sığortalıların təqdim etdiyi məlumatlar əsasında aparılacaq.

2. Sığorta vəsaitləri sığorta olunanlara sığorta ödənişlərinin verilməsi ilə yanaşı, əmək şəraitinin və əməyin mühafizəsi səviyyəsinin yüksəldilməsi məqsədilə Dövlət Əməyin Mühafizəsi Fonduna ayırmalara, müəyyən edilən hallarda əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə, sığorta ehtiyatı fondunun yaradılmasına və digər istiqamətlərə yönəldiləcək.

"Nağdsız hesablaşmalar haqqında" Qanunda dəyişiklik edilməsi üzrə

1. Vergi ödəyicisi olmayan fiziki şəxslərdən nağd qaydada satın alınan malların siyahısına tullantı yağlarının əlavə edilməsi təklif edilir.

"Dövlət rüsumu haqqında" Qanunda dəyişiklik edilməsi üzrə

1. Fiziki şəxs tərəfindən təqvim ili ərzində ölkəyə gətirilən bir ədəddən artıq istənilən mobil cihaza görə 100 manat məbləğində (hər biri üçün) dövlət rüsumu müəyyən ediləcək. Bu halda fiziki şəxs tərəfindən şəxsi istehlak üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumları (mobil cihazın dəyərinə əsasən müəyyən olunan dövlət rüsumları) tətbiq olunacaq.

"Gömrük tarifi haqqında" Qanunda dəyişiklik edilməsi üzrə

1. Gömrük rüsumlarından azad etmə hallarının daha dəqiq tənzimlənməsi, yeni azadetmə hallarının müəyyən olunması

Yeni azad olmalara aiddir:

müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), Azərbaycan Respublikası Baş Prokurorluğunun verdiyi təsdiqedici sənəd əsasında müdafiə və dövlət təhlükəsizliyi məqsədləri üçün istifadə olunan bütün növ texnika və texniki vasitələrin, onların ehtiyat hissələrinin, xüsusi proqram təminatlarının və silah-sursatın idxalı;
müvafiq təsdiqedici sənəd əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə yük avtomobillərinin ehtiyat hissələrinin (2026-cı il yanvarın 1-dən 7 il müddətinə) idxalı. Qeyd etmək lazımdır ki, Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən Azərbaycan Respublikasının ərazisində istehsal olunan yük avtomobillərinin satışı və onların ehtiyat hissələrinin idxalı eyni müddətə ƏDV-dən azad olunur.
Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştlərinin verilməsinin və "Sosial sığorta haqqında" Naxçıvan Muxtar Respublikasında ödənilən məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılmasının davamı olaraq 2026-cı il yanvarın 1-dən 10 il müddətinə:
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı və Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq təsdiqedici sənəd əsasında istehsal, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədilə xammal və materialların idxalı;
Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye məhəllələrinin rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq təsdiqedici sənəd əsasında istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı;
investisiya təşviqi sənədini almış Naxçıvan Muxtar Respublikasının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq təsdiqedici sənəd əsasında istehsal və xidmətlərin göstərilməsi (işlərin görülməsi) məqsədilə xammal və materialların idxalı.
"Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik üzrə

1. Dəyişiklik "Sığorta fəaliyyəti haqqında" qanunun müddəalarının "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan münasibətlərə şamil olunmaması məqsədilə hazırlanlb. Həmin maddə dövlət orqanlarında, bələdiyyələrdə, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərdə və büdcə təşkilatlarında çalışan şəxslərin, habelə istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlərin, könüllü fəaliyyətin iştirakçısı olan könüllülərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) icbari sığorta olunmasını nəzərdə tutur.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 21 Noyabr 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see738

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see224

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri