Icma.az
close
up
RU
“Sosial vəziyyət məişət zorakılığını doğuran hallardan biridir”millət vəkili

“Sosial vəziyyət məişət zorakılığını doğuran hallardan biridir”millət vəkili

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

“Ölkəmizdə məişət zorakılığına qarşı ciddi mübarizə aparılır. Müvafiq dövlət orqanları bu kimi neqativ halların qarşısını almaq üçün mümkün olan hər şeyi edirlər. Hörmətli Hicran Hüseynova statistik rəqəmlərə istinad eədərək, qeyd elədi ki, daha çox qadınlar məişət zorakılığına məruz qalır. Amma, “qadınlar daha çox fiziki zorakılığa məruz qalır”,-söyləməsi daha doğru olardı”.
Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı səsləndirib.
Millət vəkili “mən deməzdim ki, ümumən qadınlar daha çox məişət zorakılığına məruz qalırlar”-deyə əlavə edib: “Qısa bir müddətdə müstəntiq vəzifəsində çalışmşam. Cinayət prosessual qanunvericilik də müstəntiqlərdən tələb edirdi ki, cinayəti doğuran səbəb və şərait mütləq öyrənilməlidir və onun profilaktikası, gələcəkdə bu kimi cinayətlərin baş verməməsi üçün müvafiq tədbirlər görülməlidir. Bir çox hallarda qadınlar ailədə öz həyat yoldaşlarına, uşaqlarına münasibətdə dözülməz vəziyyət yaradırlar. Gənclər çox vaxt bir-birini yaxşı tanımadan ailə qururlar. Ailənin büdcə planlaması çox vaxt düzgün həyata keçirilmir. Onlar nəzərə almırlar ki, aldıqları maaşla ailə qurandan sonra uşaqlar dünyaya gələrsə, uşaqların problemlərini necə həll edəcəklər. Və sonradan müəyyən maliyyə problemləri yaranır, uşaqların tələbatlarını ödəyə bilmirlər. Bu da ailədə əlavə gərginliyə, psixoloji problemlərə yol açır və insanlar daha emosional, əsəbi olurlar. Yəni, sosial vəziyyət də məişət zorakılığını doğuran hallardan biridir. Ona görə də, ölkədə həm elm adamları, həm müvafiq sosioloji araşdırmalar aparan müvafiq qurumlar bu istiqamətdə ciddi araşdırmalar aparmalıdırlar. Məsələn, indi psixoloqların iştirakı ilə bağlı müzakirə aparırıq. Hesab edirəm ki, bir çox ölkələrdə bəzən cinayət tərkibinin əlamətləri olmadıqda şikayətlərə baxılma zamanı məsələ qoyulur ki, tutaq ki, 10-15 seans psixoloqun yanında olmalısan, ya da sənin haqqında müvafiq tədbirlər görüləcək. Yəni, psixoloqun iştirakı məcburi qaydada təmin olunur. Yaxud, burada qeyd edirik ki, psixoloq zərərçəkmişin razılığı ilə prosesə cəlb oluna bilər. Hesab edirəm ki, araşdırmanı aparan müvafiq vəzifəli şəxsin qərarı ilə də psixoloqun iştirakı təmin olunmalıdır”.
Millət vəkili həmçinin bildirib: “Hörmətli sədr, əlbəttə, sizin o fikrinizlə razıyam ki, məişət zorakılığının baş verməsində əsas faktor mədəni səviyyə məsələsidir. Amma sosial məsələlər də az rol oynamır. Bu, ümumiyyətlə hər bir xalqın sosial inkişaf indeksinə bağlıdır. Qadinlar zorakılıqla üzləşdikdə bir çox hallarda hüquq–mühafizə orqanlarına müraciət etməsələr də, öz valideynlərinə, yaxınlarına bu barədə məlumat verirlər və bu tipli hadisələr haqqında onlar tərəfindən müvafiq dövlət orqanlarına məlumat verilir. Amma mentalitetimiz belədir ki, ümumiyyətlə kişilər bu barədə danışmağı özlərinə sığışdırmırlar. Bəlkə də kişilərin az yaşamasının səbəblərindən biri də budur. Onlar daha çox çox əziyyət çəkir. Xanımlarımızdan üzr istəyirəm, belə bir lətifə var və görünmür bu lətifə də elə belə yaranmayıb. Qadınlar öləndə deyirlər ki, bu, Allahın işidir, kişilər öləndə isə deyilir ki, bu qadınların işidir. Bu, zarafatla deyilmiş bir sözdür. Amma bəzən, qadınlar ailədə dözülməz vəziyyət yaradırlar. Qadınlar hər birimizin anamız, bacımız, həyat yoldaşımız, qızlarımızdır. Amma, o fikrin tərəfdarıyam ki, qanunvericilikdə bu tipli məsələlərdə psixoloqların iştirakından geniş və bir çox hallarda məcburi qaydada istifadə nəzərdə tutulsun”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 07 Noyabr 2024 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see166

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see131

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see130

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see127

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see127

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri