Icma.az
close
up
RU
Sosial xəbərlər

Sosial xəbərlər

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

576 işsiz peşə qazanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi daha 576 işsiz və işaxtaran şəxsi peşə hazırlığı kurslarına cəlb edib.

Onlardan 155 nəfəri üçün agentliyin Bakı, Gəncə, Göyçay və Qarabağ Peşə Hazırlığı Mərkəzlərində, 421 nəfəri üçün isə özəl tədris müəssisələrində peşə kursları təşkil olunub. Əmək bazarının tələblərinə uyğun peşələr üzrə təşkil olunan kurslarda müdavimlərə nəzəri və praktiki biliklər tədris olunur.

Kursları uğurla başa vuran şəxslərin işlə təminatına da dəstək göstəriləcək.

Fəal məşğulluq layihələri

Agentlik bu ilin yanvar–noyabr aylarında 366 min 900 şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib. Onlardan 149 min şəxs münasib işlərlə təmin olunub, 16 min 100 nəfər isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.

Cari ilin 11 ayında 14 min 500 işsiz peşə hazırlığı kurslarına cəlb olunub, 187 min 300 şəxsə peşəyönümlü xidmətlər göstərilib.

Kiçik təsərrüfatlar çoxalır

Qurum, eyni zamanda, özünüməşğulluq proqramı iştirakçılarının avadanlıqlarla təminatını davam etdirir. Son bir həftədə paytaxt və regionlarda 784 nəfər işsiz bu proqram çərçivəsində aktivlərlə təmin olunub.

Mal və materiallar formasında verilmiş aktivlər hesabına proqram iştirakçıları üçün kənd təsərrüfatı, istehsal, xidmət sahələri üzrə kiçik təsərrüfatlar qurulub.

Qarabağ DOST əlillərin dostudur

Bərdədədəki Qarabağ Regional DOST Mərkəzindəki “RehaPoint” – Reabilitasiya Məntəqəsində ötən dövrdə 1450-dək əlilə reabilitasiya xidmətləri göstərilib.

Ötən il dekabrın 1-dən fəaliyyətə başlayan məntəqədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşları əlilliyi olan bölgə sakinlərinə ambulator reabilitasiya xidmətləri göstərirlər. Həmin şəxslər burada ambulator formada müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və loqoped xidmətlərindən yararlanır.

Məntəqədə əlillərə ehtiyaclarına uyğun 800-dən çox reabilitasiya vasitəsi verilib.

Zərifə HÜSEYNOVA
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Dekabr 2024 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see393

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see383

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see336

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see311

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see305

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see244

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see244

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see242

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see239

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see219

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see213

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see210

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see206

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see202

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see201

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see201

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see197

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see197

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see190

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri