Sosial Xidmətlər Agentliyi Bakı Zooloji Parkına ekskursiya təşkil edib
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 2 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ahılların və uşaqların Bakı Zooloji Parkına ekskursiyası təşkil edilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin və Uşaq evi sosial xidmət müəssisələrinin sakinlərinin cəlb olunduğu ekskursiyanın məqsədi iştirakçılar arasında empatiya quraraq dəstək mühiti yaratmaq, nəsillərarası əlaqəni möhkəmləndirmək, cəmiyyətə inteqrasiyasına dəstək olmaq və asudə vaxtlarını səmərəli təşkil etməkdir.
Ahıl şəxslərin və uşaqların psixososial inkişafını dəstəkləyən gəzinti zamanı 30 nəfərdən ibarət qrup Zooloji Parkda məskunlaşan fərqli cins, rəng və xüsusiyyət malik olan heyvanları izləmək, onlar haqqında dolğun məlumat almaq imkanı qazanıblar.
Agentliyin mütəxəssislərinin müşayiəti ilə təşkil edilən səfər, həmçinin uşaqlarda münasibət qurmaq, analizetmə, problem həll etmə kimi psixoloji və emosional bacarıqların inkişafına hesablanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 02 Oktyabr 2025 18:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















