Sosial Xidmətlər Agentliyində struktur dəyişikliyi olub
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyində struktur dəyişikliyi olub.
Moderator.az "Unikal"a istinadla xəbər verir ki, bununla bağlı agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov əmr imzalayıb.
Belə ki, Sosial Xidmətlər Agentliyinin Bakı filialı ləğv edilib. İki yeni filial - Sosial ehtiyacların qiymətləndirilməsi üzrə Mərkəzi Filial və İxtisaslaşdırılmış sosial xidmətlər üzrə Mərkəzi Filial yaradılıb.
Raqif Arif oğlu Zamanov Sosial ehtiyacların qiymətləndirilməsi üzrə Mərkəzi Filialın müdiri təyin edilib. O buna qədər Bakı filialının müdiri olub.
Dördüncü "Yüksəliş" müsabiqəsinin qalibi Nicat Qocayev isə İxtisaslaşdırılmış sosial xidmətlər üzrə Mərkəzi Filialın müdir müavini təyin olunub.
Qeyd edək ki, Sosial Xidmətlər Agentliyi bütün ölkəni əhatə edən 14 filialı və 21 müəssisəsi ilə vətəndaşlara səyyar, stasionar və yarımstasionar xidmətlər göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 06 May 2026 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















