Sosial Xidmətlər Agentliyindən övladını döyən ana ilə bağlı AÇIQLAMA
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Vətəndaş Aysu Verdiyeva bu il fevralın 27-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə ərizə ilə müraciət edərək övladı A.Verdiyevin ailə himayəsinə qaytarılmasını xahiş edib".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Bildirilib ki, agentliyin əməkdaşları tərəfindən uşağın ailə himayəsinə qaytarılmasına dair qiymətləndirmə aparılıb və qiymətləndirmənin nəticəsinə əsasən, uşağın ailə himayəsinə qaytarılması onun hüquq və mənafeyi baxımından uyğun hesab edilib.
Xatırladaq ki, bu il fevralın 11-də Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə özünün "Facebook" hesabından paylaşım edərək bildirmişdi ki, ötən il ana ikiyaşlı övladını dayənin yanına qoyaraq gedib və onunla 28 gün ərzində əlaqə saxlamayıb. Onun sözlərinə görə, dayə uşağın anasından xəbər çıxmadığını görəndə vəziyyətlə bağlı Azərbaycan Uşaqlar Birliyinin qaynar xəttinə müraciət edib. Bundan sonra polis əməkdaşlarının iştirakı ilə uşaq sığınacağa yerləşdirilib.
Onun sözlərinə görə, daha sonra sığınacağa yerləşdirilən uşağın qohumları onun valideyninə qaytarılması üçün Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə hədə-qorxu gəlib, intiharla təhdid ediblər.
Məsələ mediada işıqlandırıldıqdan sonra uşaq sığınacaqdan çıxarılaraq müəssisəyə yerləşdirilmişdi.
Aləmdə Nəsib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 17 Mart 2025 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















