Icma.az
close
up
RU
Sosial xidmətlərlə bağlı nələr dəyişdi? Nazirlikdən ŞƏRH

Sosial xidmətlərlə bağlı nələr dəyişdi? Nazirlikdən ŞƏRH

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Prezident İlham Əliyev "Sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Qanunu təsdiq edib və qanunun tətbiqi, bununla əlaqədar bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Oxu.Az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, yeni qanunvericilik aktları sosial xidmət sisteminin təkmilləşməsi və əhatə dairəsinin genişlənməsinə, sosial xidmətlərin keyfiyyətinin və bu xidmətlərə əlçatanlığın daha da artırılmasına xidmət edir. Qanunun 9-cu maddəsində qeyd edilən çətin həyat şəraitində olan şəxsin (ailənin) vəzifələri sırasına sosial işçilərin və sosial xidmətçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq da əlavə edilib.

Həmçinin 19.1-ci maddədəki ("Evdə (səyyar) sosial xidmət əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, əlilliyi olan, xəstəliyin terminal (son) mərhələsində olan şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada göstərilir") "eyni yaşayış məntəqəsində" sözləri "Bakı şəhəri üzrə eyni inzibati ərazi vahidində, digər şəhər və rayonlar üzrə isə eyni inzibati ərazi dairəsində" sözləri ilə əvəz olunur.

Bu da evdə (səyyar) göstərilən sosial xidmətlərə əlçatanlığın artırılmasına və bu xidmətlərlə təmin edilənlərin əhatəsinin genişlənməsinə yönəlib.

Qanunda sosial xidmətin növləri sırasına sosial-mədəni xidmətlər də əlavə olunub. Məqsəd çətin həyat şəraitində olan şəxslərə göstərilən xidmətlərin təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.

Yeni qanunvericilik aktları habelə sosial xidmət müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə və səmərəliliyinə nəzarətin həyata keçirilməsi qaydalarının, yarımstasionar (günərzi) sosial xidmət anlayışının daha da təkmilləşdirilməsini, sosial xidmətə olan tələbatının qiymətləndirilməsi və sosial xidmətin göstərilməsi barədə qərarın qəbul edilməsi üçün müddətlərlə bağlı texniki düzəlişləri nəzərdə tutur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 May 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see200

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see167

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see162

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see159

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see146

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri