Sosioloq: Təmtəraqlı məzarlara meylli insanların sayı artıb
Icma.az bildirir, Demokrat.az portalına istinadən.
"Sosial şəbəkələrdə bu kimi hallar tez-tez müzakirə edilir. Xüsusən kriminal avtoritetlərin təmtəraqlı məzarları müzakirə səbəbi olur. Sovetlər dövründə də, ötən əsrdə belə hallar mövcud olub. Xüsusən bu kimi şəxslərin daha təmtəraqlı büstləri qoyulurdu, hətta onların müəyyən orda tanıtma nişanələri də əks olunurdu".
Bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib.
O bildirib ki, indi isə bu hal tək kriminal aləmdəki avtoritetlərlə bağlı deyil:
"Ümumiyyətlə, təmtəraqlı məzarlara meylli insanların sayı artıb. Mən dinşünas deyiləm, amma bir sosioloq kimi deyə bilərəm ki, cəmiyyətdə bu dəbin yayılması, yas adət-ənənələrində bu kimi halların təmtəraqlı şəkildə tətbiqi yaxşı hal deyil.
Əgər biz bir sosioloji sorğu keçirsək və ictimai rəyi öyrənsək, görərik ki, ictimaiyyətin əksəriyyəti bu halları yaxşı hesab etmir. Ancaq fərdi qaydada insanlar hər biri təmtəraqlı məzarın təşkilinə üstünlük verirlər".
Ekspert deyib ki, tanınan şəxslərin məzarlarının necə olması məsələsi onların ailəsinə aid bir məsələdir:
"Lakin həmin şəxslərin məzarlarının sosial şəbəkələrdə müzakirəyə çıxarılması və paylaşılması düzgün deyil. Hüquqi baxımdan da bu, qanuni hal deyil. Bilirsiniz, istənilən halda bu, gənclərin və yeniyetmələrin təfəkküründə yaxşı təsir yaratmır və xoş iz buraxmır".
Qeyd edək ki, sosial şəbəkələrdəki ictimai müzakirələrdə kriminal avtoritetlərə təmtəraqlı qəbirüstü abidələr qoyulması əsas mövzulardan biri olub.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Sosioloq: Getdikcə sırf əyləncə üçün yaşayan insanların sayı artır
29 May 2025 15:22
Şəbəkələşmə insanların bir araya gəlməsidir SOSİOLOQ DANIŞDI
13 Noyabr 2025 18:04
Fatimə təmtəraqlı ad günü edəcək
30 Mart 2025 11:29
Təmtəraqlı toyları üçün ada kirayələdilər
21 İyun 2025 15:45
“İnsanların media savadsızlığından dələduzlar qazanc əldə edir” SOSİOLOQ
03 Aprel 2025 18:09
Baxış sayı:98
Bu xəbər 03 Sentyabr 2025 17:32 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları