Şotlandiya millisinin sabiq qapıçısı karyerasını başa vurdu
Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Şotlandiya millisinin sabiq qapıçısı Kreyq Qordon futbolçu karyerasını başa vurub.
QOL.az xəbər verir ki, bu barədə onun son klubu "Harts"ın mətbuat xidməti məlumat yayıb.
43 yaşlı qolkiper ötən mövsüm "Harts"ın heyətində 3 oyuna çıxıb. O, bu matçların 2-də qapısını toxunulmaz saxlayıb, ümumilikdə isə 2 qol buraxıb.
Qordon peşəkar karyerası ərzində 685 rəsmi oyunda meydana çıxıb. O, bunların 249-da "quru oyun" keçirib və ümumilikdə 715 qol buraxıb. Təcrübəli qapıçı karyerası ərzində "Harts", "Seltik", "Sanderlend" və "Kaudenbit" klublarında çıxış edib.
Klub karyerasında o, "Seltik"lə 6 dəfə Şotlandiya çempionu olub, 4 dəfə Şotlandiya Kubokunu, 5 dəfə isə Şotlandiya Liqa Kubokunu qazanıb. "Harts"ın heyətində isə ölkənin ikinci divizionunun çempionluğunu yaşayıb. Qordon, həmçinin 2021/22 mövsümündə Şotlandiya Premyer Liqasının ən yaxşı futbolçusu seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 17 İyul 2026 12:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















