Şotlandiyada marafonçu yarış zamanı həlak olub FOTO
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
35 yaşlı keçmiş dəniz piyadası və təcrübəli ultramarafonçu Devid Perriş Şotlandiyada yerləşən Keyp-Rot adlı ekstremal 234 millik (370 kilometrdən çox) cığırda dünya rekordu qırmağa cəhd edərkən həlak olub.
Moderator.az bu barədə "Daily Mail" nəşrinə istinadən xəbər verir.
İdmançı qaçışı dostunun xatirəsinə həsr etmək və eyni zamanda dağlarda xilasetmə əməliyyatları ilə məşğul olan xeyriyyə təşkilatı üçün vəsait toplamaq niyyətində idi. Devid Perrişin cəsədi Şotlandiyanın Kinteyl rayonunun ucqar ərazisində aşkar edilib.
Qaçış daha əvvəl onun dostu Lyuk Ayrlendin axtarışlarında iştirak etmiş "Scottish Mountain Rescue" təşkilatı üçün vəsait toplamağa həsr olunmuşdu. Məlumata görə, Kral Dəniz Piyadalarında xidmət etmiş Lyuk Ayrlend 2014-cü ildə Qlen-Klovada qaçış zamanı hipotermiyadan həlak olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 15 Aprel 2026 20:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















