Şotlandiyada yardımlı ölümlə bağlı qanun layihəsi ilkin mərhələdə təsdiqlənib
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
London, 14 may, AZƏRTAC
Şotlandiyada ölümcül xəstəlikdən əziyyət çəkən insanların həyatlarına son qoymaq üçün yardım istəməsinə imkan verən “Assisted Dying” (yardımlı ölüm) qanun layihəsi parlamentin ilkin müzakirəsindən keçib.
AZƏRTAC “BBC”yə istinadla xəbər verir ki, qanun layihəsinə əsasən, sağalmaz xəstə olan şəxslərə öz həyatlarına tibbi yardım vasitəsilə son qoymaq imkanı veriləcək. Layihənin məqsədi ağrılı və geridönməz xəstəliklərlə yaşayan insanlara daha ləyaqətli şəkildə həyatdan ayrılmaq seçimini təqdim etməkdir. Qanun hələ iki mərhələdən- düzəlişlər, müzakirələr və təhlillərdən keçməlidir. Bundan sonra Şotlandiya Parlamentində yekun səsvermə keçiriləcək.
Bu məsələ uzun illərdir Şotlandiyada həm ictimaiyyət, həm də siyasətçilər arasında geniş müzakirə olunur. Cəmiyyətdə qanunun həm tərəfdarları, həm də əleyhdarları olan ciddi fikir ayrılığı mövcuddur.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 14 May 2025 08:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















