Icma.az
close
up
RU
Şotlandiyalı şair Robert Börnsin doğum günü qeyd olundu FOTOLAR

Şotlandiyalı şair Robert Börnsin doğum günü qeyd olundu FOTOLAR

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Dünən axşam Birləşmiş Krallığın Azərbaycandakı səfirliyində Şotlandiyanın məşhur şairi Robert Börnsin doğum günü qeyd olundu.

Gununsesi.info xəbər verir ki, azərbaycanlı şair-yazıçı Aqşin Yenisey, tərcüməçi-şair Azad Yaşar da doğum gününə dəvət olunan şairlər sırasında olub.

Aqşin Yenisey bu barədə yazıb:

“Dünən axşam Birləşmiş Krallığın Azərbaycandakı səfirliyində Şotlandiyanın məşhur şairi Robert Börnsin doğum günü qeyd olundu. Dəvət olunanda artıq bu gecənin necə keçiriləcəyini təsəvvür edirdim. Çünki Börnsin doğum gününün Şotlandiyada, milli həmrəylik günü kimi təşkil olunduğundan xəbərim vardı. Hətta Börs gecəsində süfrəyə kartof və şalğamdan hazırlanan kasıb yeməklərinin verildiyini də oxumuşdum haradasa. Çünki Börs yoxsulların şairi idi. Ancaq səfir Fergus Auldinin Azərbaycan türkcəsində danışacağını gözləmirdim, düzü. Börnsə şotlandların Puşkini demək olar, özləri icazə versələr. Puşkin qədər də ömür yaşayıb. 37 il. Və Börns öləndə dostları yığışıb onun xatirəsini yad etmək üçün belə bir gecə təşkil edəndə bu gecənin şotlandların milli bir adətinə çevriləcəyini, bir yalqız şairin gecəsinin bir xalqın həmrəylik günü olacağını ağıllarına da gətirmirdilər. Xalq onun dili əsasında ədəbi dil yaratmış şairini unutmadı, ona verdiyi nə vardısa, hamısını geri alıb milliləşdirdi. O cümlədən onun ölümü qeyd olunan bu gecəni də. Amma sonra ölüm günü şairin doğum günüə dəyişdirildi. Səfirliyin təşkil etdiyi bu gecə şairin bir xalq üçün nə demək olduğunun aydın mənzərəsiydi. O şair ki, yazırdı: “Həyat sahib olunacaq şeyler üçün yaşamağa dəyməz”.”

Gununsesi.info

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 29 Yanvar 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri