Icma.az
close
up
RU
Şou biznes aləmini VƏLVƏLƏYƏ SALACAQ kitab gəlir KONKRET

Şou biznes aləmini VƏLVƏLƏYƏ SALACAQ kitab gəlir KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Şou-biznes haqqında kitab yazmaq qərarına gəldim. Çünki illərdir pərdəarxasında baş verənləri yalnız içəridə olanlar bilir. Tamaşaçı isə səhnədə gördüyü parıltıya aldanır.

KONKRET.az xəbər verir ki, bunu tanınmış müğənni Nura Suri qeyd edib.

O bildirib ki, tamaşaçıların “canlı ifa” hesab etdiyi çıxışların çoxu əslində playback-in müxtəlif formalarıdır:

“Konsertdən əvvəl studiyada vokal yazılır, double səslər əlavə olunur, nəfəs səsləri təmizlənir, səs düzəldilir, hündür notlar bərkidilir. Yəni artıq bir “ideal vokal paketi” hazırlanır. Konsertdə isə həmin paketin üzərinə canlı oxunur ki, səhvlər – deton, nəfəs çatmaması, yorğunluq – eşidilməsin.

Bu proses o qədər ustalıqla həyata keçirilir ki, tamaşaçı bunun playback olduğunu heç vaxt hiss etmir. Çünki mikrofonun içində belə xüsusi efektlər olur. Pulun varsa, konsert günü səhnəyə əlavə aparat gətizdirirsən, səs rejissoru da həmin anda ifanın üzərinə “reverb”, “delay”, “harmonizer” və digər effektləri qoyur. Tamaşaçı isə düşünür ki, “bu nə gözəl canlı səsdir”.

Söhbət bununla da bitmir”.

Nura Suri qeyd edib ki, konsert yazısı YouTube və televiziya üçün hazırlananda proses yenidən studiyaya qayıdır:

“Bütün alətlər, back vokallar, hətta zaldan gələn alqış-küy də ayrıca təmizlənir. İfaçının səsi səs proqramlarına salınır, notlar düzəldilir, çatışmayan yerlər yenidən oxudulur və montaj olunur. Sonda ideal, qüsursuz bir “canlı konsert” ortaya çıxır.

Və siz də elə bilirsiniz ki, həmin müğənni 2–3 saat konsertdə yorulmadan, bir dəfə belə detona düşmədən, tərtəmiz canlı oxuyub”.

“Mən isə illərdir bu proseslərin içindəyəm və yaxşı bilirəm ki, həqiqət tam başqa tərəfdədir. Tamaşaçıya göstərilən “canlı ifa” adətən çox peşəkar şəkildə hazırlanmış, lakin bir o qədər də manipulyasiya olunmuş səsdir.

Bu kitabda bütün bunları, həmçinin səhnə arxasındakı intriqaları, konsertlərin necə qurulduğunu, hansı müğənninin kimləri pulla qabağa çəkdirdiyini, kimlərin kimə qarşı qapı arxasında kampaniya apardığını, pərdəarxasında hansı mübarizələrin getdiyini açıq şəkildə yazacağam” – müğənni əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://konkret.az
archiveBu xəbər 15 Noyabr 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see358

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see239

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see227

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see191

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see177

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see172

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see162

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see161

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see156

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see155

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see154

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see139

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see139

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see136

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see135

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see134

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see133

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see133

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri