Southampton , yoxsa Acunun Hull City isi, kim daha ŞANSLIDIR?
Icma.az bildirir, Milli.az portalına istinadən.
"Southampton FC" Championship play-off yarışında favorit göstərilir.
Milli.Az xəbər verir ki, Xarici mənbələrin və bukmeker şirkətlərinin proqnozlarına görə, komandanın Premyer Liqaya yüksəlmək şansı rəqiblərlə müqayisədə daha yüksək qiymətləndirilir.
Mütəxəssislər bunu "Southampton"un daha keyfiyyətli heyətə və yüksək səviyyəli oyun təcrübəsinə sahib olması ilə əlaqələndirirlər. Komandanın mövsüm ərzində daha stabil çıxış etməsi, güclü hücum xətti və geniş ehtiyat skamyası da əsas üstünlüklər arasında göstərilir.
Bununla yanaşı, Acun Ilıcalının sahibi olduğu "Hull City" də təhlükəli rəqib olduğu vurğulanır. Komanda son həftələrdə gözlənilməz nəticələri ilə diqqət çəkib və play-off mərhələsində nümayiş etdirdiyi oyunla azarkeşlərin rəğbətini qazanıb.
Sosial şəbəkələr və futbol forumlarında aparılan müzakirələrdə isə hazırkı psixoloji üstünlüyün və motivasiyanın daha çox "Hull City" tərəfində olduğu bildirilir.
Ekspertlər qeyd edirlər ki, play-off finalının bir oyundan ibarət olması sürpriz ehtimalını artırır. Bu səbəbdən favorit statusu nəticəyə tam zəmanət vermir.
Tural
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 14 May 2026 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















