Icma.az
close
up
RU
“SÖVDƏLƏŞMƏ YOXDUR”: MÜHARİBƏ DAVAM EDƏCƏK “Tramp məğlub olmadı, amma Putin qalib gəldi”

“SÖVDƏLƏŞMƏ YOXDUR”: MÜHARİBƏ DAVAM EDƏCƏK “Tramp məğlub olmadı, amma Putin qalib gəldi”

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Alyaska sammiti başa çatdı və pessimist proqnozlar özünü doğrultdu. Qısa desək, Ukrayna ilə bağlı heç bir ciddi razılaşma əldə edilmədi, atəşkəs yoxdur, Ukraynada savaş davam edəcək…

ABŞ Prezidenti görüşdən sonra hər nə qədər optimist görünməyə çalışsa da, məyusluğunu gizlətməkdə çətinlik çəkirdi.

Putin yenə “müharibənin ilkin səbəbləri” nağılını təkrarladı

Putin isə ona verilən kürsüdən və fürsətdən istifadə edərək, növbəti dəfə köhnə tələblərini - “müharibənin ilkin səbəblərinin aradan qaldırılması” nağılını təkrarladı. Həmin “səbəblər” isə yaxşı məlumdur. Bu, Ukraynanın suveren dövlət kimi mövcudluğudur ki, Putin Rusiyası bunu qəbul etmir!

Qeyd edək ki, Vladimir Putinlə Donald Tramp arasında Alyaskada baş tutan görüş nəzərdə tutulan vaxtın yarısı qədər davam edib. Bunun özü də görüşün nə dərəcədə “uğurlu” olmasından xəbər verir. Dmitri Peskovun danışıqlar ərəfəsində dediyi 6-7 saat əvəzinə görüş cəmi 3 saatdan bir qədər çox çəkib. Görüşdən sonra jurnalistlərin suallarına cavab verməkdən imtina edilib. Eləcə də, danışıqlardan sonra nəzərdə tutulan işgüzar yemək də ləğv edilib…

Vladimir Putin mətbuat konfransında demək olar, yeni heç nə deməyib, əvvəlki şablon ifadələri işlədib. O deyib ki, Donald Trampla danışıqları “konstruktiv atmosferdə keçib, söhbət hərtərəfli olub”.

Putin amerikalı həmkarına Alyaskaya dəvətinə görə təşəkkür edib. O, 4 ilə yaxındır bu səviyyədə Rusiya - Amerika görüşlərinin keçirilmədiyini vurğulayıb: “Rusiya - Amerika görüşləri 4 ildən artıqdır ki, baş tutmur. Münasibətlər soyuq müharibədən bəri ən aşağı həddə düşüb... Trampla mən çox yaxşı, birbaşa təmaslar qurduq. Biz bir-birimizə zəng etdik... Əsas məsələlərdən biri Ukrayna ətrafındakı vəziyyət idi... Biz Trampın münaqişənin mahiyyətinə varmaq istəyini görürük. İndiki şəraitdə nə qədər qəribə səslənsə də, biz Ukrayna xalqını həmişə qardaş xalq hesab etmişik və edirik. Bugünkü şəraitdə ölkəmiz buna son qoymaqda səmimidir, lakin biz əminik ki, nizamlanmanın davamlı olması üçün bütün əsas ilkin səbəblər aradan qaldırılmalıdır... Mən Trampla razıyam ki, Ukraynanın təhlükəsizliyini təmin etmək lazımdır və biz bunun üzərində işləməyə hazırıq. İnanmaq istəyirik ki, əldə olunan anlayış Ukraynada sülhə yol açacaq. Ümid edirik ki, Kiyevdə və Avropada gözlənilən inkişafı əngəlləməyə cəhd etməyəcəklər. Trampa söhbətin mehriban tonu üçün təşəkkür edirəm… Tramp nəyə nail olmaq istədiyini bilir, lakin Rusiyanın milli maraqlarını da başa düşür. Xatırlayıram ki, 2022-ci ildə Baydeni hərbi əməliyyatlarla nəticələnə biləcək bir vəziyyətə gətirməyə ehtiyac olmadığına inandırmağa çalışırdım. Bu, böyük səhv idi...”

Putin ABŞ-nin indiki Prezidentinin “könlünü xoş etmək” üçün əlavə edib ki, həmin vaxt prezident kürsüsündə Tramp olsaydı, müharibə olmayacaqdı. Bunla da görüşdən əvvəlki Trampı “sığallayacağına” dair proqnozları doğruldub...

“Heç bir sövdələşmə yoxdur!”

Trampın görüşdən sonrakı çıxışı isə daha konkret olub və ABŞ Prezidenti açıq deyib ki, Ukraynada atəşkəsə nail olunmayıb. Həmçinin əsas vacib məsələlərdə heç bir anlaşma əldə edilməyib: "Biz tam bir anlayış tapa bilmədik. Bizim məhsuldar danışıqlarımız oldu. Sülh əldə etmək üçün yaxşı şansımız var, hələ ki, heç bir razılaşma yoxdur, lakin şanslar yüksəkdir. Biz hələ orada deyilik, lakin orada olmaq şansımız yüksəkdir. Hələ ki, sövdələşmə baş tutmadı, sövdələşmə yoxdur!”

Eyni zamanda o qeyd edib ki, tərəflər bir çox məqamlarda razılığa gəliblər. "Çox məhsuldar görüş keçirdik. Mən Putinə və onun komandasına təşəkkür etmək istərdim. Biz insanları öldürməyi dayandıracağıq. Putinə təşəkkür edirəm. Sizi tezliklə görməyə ümid edirəm".

Daha sonra Putin Trampa Moskvada görüşməyi təklif edib. Tramp təklifi “maraqlı” adlandırsa da, bunun baş verib-verməyəcəyini dəqiq bilmədiyini ifadə edib.

Kremlin sözçüsü Dmitri Peskov həmişəki şablon ifadələrdən istifadə etməklə, görüşü “məhsuldar” kimi dəyərləndirib və “bu, bizə nizamlanma variantlarının axtarışı yolunda inamla irəliləməyə imkan verən söhbətdir”, - deyə bildirib.

Putinlə Trampın görüşündən sonra Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriev isə sadəcə, müsbət və konstruktiv dialoqun baş tutduğunu” bildirib. O, həmçinin ABŞ Prezidentinin “Moskva ilə Vaşinqton arasında iqtisadi sahədə mühüm potensialı” qeyd etməsinin vacibliyini vurğulayıb.

“Sövdələşməni yekunlaşdırmaq Zelenskidən asılıdır”

Donald Tramp görüşdən sonra “Fox News”-a açıqlama verib. O deyib ki, Alyaskada keçirilən görüşdə mühüm məqamlarda razılığa gəlmək mümkün olmayıb. Tramp qeyd edib ki, Vladimir Putinlə razılığa gələ bilmədiyi “bir-iki kifayət qədər vacib məqam” var. Lakin bunun təfərrüatlarını açıqlamaqdan imtina edib.

Bununla yanaşı, Trampın sözlərinə görə, danışıqlarda böyük irəliləyiş əldə olunub. Onun fikrincə, Putin Ukrayna ilə bağlı razılığa gəlmək istəyir. Tramp bundan sonrakı məsuliyyəti isə Ukrayna Prezidentinin üzərinə ataraq deyib: "Biz bir çox məqamlarda razılaşdıq... İndi sövdələşməni yekunlaşdırmaq Zelenskidən asılıdır. Avropa ölkələri də bir az işə qarışmalıdır"

“Rusiyaya qarşı sanksiyalar olmayacaq”

Tramp “Fox News”-a açıqlamasında həmçinin bildirib ki, Rusiya və onun ticarət tərəfdaşlarına qarşı hələlik yeni sanksiyalar tətbiq etməyi planlaşdırmır. Rusiyaya və Rusiya neftinin alınmasına görə Çinə qarşı ikinci dərəcəli sanksiyalarla bağlı sualı cavablandıran Tramp deyib: "Bu gün baş verənlərə görə, məncə, hələlik bu barədə düşünməyə ehtiyac yoxdur. Putinlə görüş yaxşı keçdi".

Eyni zamanda, Amerika Prezidenti qeyd edib ki, o, “iki və ya üç həftə ərzində” Çinə əlavə tariflər barədə düşünməli ola bilər.

“Putin açıq-aydın qalib gəldi”

Göründüyü kimi, danışıqlarda daha çox Putinin istədiklıəri baş verdi, nəinki Trampın. Yəqin ki, bu görüşə ən konkret qiyməti Donald Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton verib. Təcrübəli diplomat deyib ki, Amerika lideri ilə Vladimir Putin arasında keçirilən görüşdə kimin qalib gəldiyi ona aydındır: "Tramp uduzmadı, amma Putin açıq-aydın qalib gəldi. Tramp yeni görüşlərdən başqa heç nə qazanmadı”.

Onun sözlərinə görə, Putin “əsas məqsədi olan münasibətləri bərpa etməkdən ötrü çox səy göstərib”: "O, sanksiyalardan yayındı. Onun üçün atəşkəs təhlükəsi yoxdur. Növbəti görüşün tarixi bəlli deyil… Müharibə hələ bitməkdən çox uzaqdır. Amma deyərdim ki, Putin istədiyinin əksəriyyətinə nail oldu, Tramp isə çox az şeyə nail oldu".

Beləliklə, görüşdən əsas gözləntilər özünü doğrultmadı. Atəşkəs yoxdur və Volodimir Zelenskinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsinə dair heç bir razılaşma əldə olunmayıb. Demək olar ki, Kreml Trampdan istədiklərinin çoxunu almaqdadır. Putin növbəti dəfə vaxt qazandı. Bu vaxt isə ona Ukraynanı viran qoymaq, “sındırmaq”, ukraynalıları öldürmək, Ukrayna ərazilərinin işğalını davam etdirmək üçün lazımdır…

Cəlal Məmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 Avqust 2025 09:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see358

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see239

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see227

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see191

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see177

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see172

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see162

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see161

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see156

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see155

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see154

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see139

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see139

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see136

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see135

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see134

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see133

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see133

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri