Icma.az
close
up
RU
Sovet hərbçiləri 5 il fərqlə bu ölkənin 2 sərnişin təyyarəsini vurublar FOTO

Sovet hərbçiləri 5 il fərqlə bu ölkənin 2 sərnişin təyyarəsini vurublar FOTO

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarəsinin raketlə vurulması xəbərində bütün ekspertlər bu məsələdə həmfikirdir. Bəs Rusiya tarixində əvvəllər belə hallar olubmu?

Avtosfer.az xəbər verir ki, Koreya Respublikası (Cənubi Koreya) ilə SSRİ arasında diplomatik münasibətlər 1990-cı ildə qurulub. O vaxtadək SSRİ bu ölkəni KXDR-in bir hissəsi hesab edirdi (Bunu Azərbaycan Sovet Ensiklopediyasında da görmək olar). 

1960-cı illərdə Sovet ittifaqı pul qazanmaq üçün hava məkanını tranzit uçuşlara açdı. Avropadan Asiyaya uçan təyyarələr üçün bu yol qısa idi. Beləliklə, 1 may paradına hazırlaşan SSRİ-də 20 aprel 1978-ci ildə dünyanın diqqətini cəlb edəcək hadisə baş verdi. Paris-Seul reysi ilə uçan Koreya Hava Yollarına məxsus “Boeing 707” Kareliya üzərində (Finlandiya sərhədindən 80 km məsafədə) vuruldu. Sovet mənbələrinə görə, təyyarə kursdan yayınaraq Sovet İttifaqının hava məkanına daxil olub. Radarlarda naməlum obyekt göründüyü üçün qırıcılar havaya qaldırılıb. Hərbi dairə komandanlığı obyektin məhv edilıməsi əmrini verib. Su-25 təyyaəsinin pilotu kapitan Aleksanbdr Bosov “Boeing”in arxa hissəsinə keçərək hava-hava raketi ilə atəş açıb. Raker təyyarənin sol qanadı yaxınlığında partlayaraq onu qoparıb. Bu zaman sovet radarları qopub düşən qanadı qanadlı raket hesab edərək ona tərəf 2 raket buraxıblar (tanış mənzərə deyilmi?). 

İdarəetməni itirən “Boeing” göl sahilinə düşüb. Hadisə nəticəsində təyyarədə olan 109 nəfərdən ikisi ölüb, 13 nəfər xəsarət alıb. Ertəsi gün TASS təxminən bu səpkidə xəbər yaydı: “aprelin 20-dən 22-nə keçən gecə naməlum təyyarə Barens dənizi istiqamətində SSRİ-nin hava məkanını pozub. Qayda pozan təyyarəyə görə havaya qaldırılan qırıcı  naməlum təyyarədən onu izləyərək ən yaxın limana enməyi tələb etsə də, ekipaj hava gəmisini suya endirməyə qərar verib. Enişdən sonra təyyarənin Cənubi Koreyaya aid olduğu təsbit edilib”.

Hadisə nəticəsində həlak olan 2 nəfərin cəsədi krematoriyaya göndərilib, yaralılara yardım edilib. Ertəsi gün pilotlardan başqa hamı avtobusla Murmanska, ordan da ABŞ-a məxsus təyyarə ilə Helsinkiyə yola salınıb. 
SSRİ təxliyəyə görə Cənubi Koreyadan 100 000 dollar tələb edib. Koreya bu vəsaiti ödəməyib, evakuasiya xərcinə görə təyyarənin qalıqlarını da aparmayıb. Vurulmuş “Boeing”in qalıqlarından sovet aviasiya mühəndisləri öz işlərində istifadə etdilər.  

İstintaq təyyarəyə atəş açmaq əmri verən generallar və əmri icra edən hərbi pilotların şəraitə uyğun və adekvat davrandığı qənaətinə gəlib. Koreyalı pilotlar isə guya bağışlanmaq üçün SSRİ Ali Sovetinə məktub yazdıqları üçün onlar barədə cinayət təqibi dayandırılıb, SSRİ hüdudlarından kənara çıxarılıblar. Halbuki, sonradan belə bir müraciətin olmadığı üzə çıxıb. 

Nə Koreya Respublikası, nə də beynəlxalq Mülki Aviasiya Təşkilatı SSRİ-yə qarşı iddia qaldırdı. Hadisədən 5 il sonra SSRİ bu dəfə Koreyanın başqa təyyarəsini vurdu. Amma bu dəfə ölkənin Şərqində. Bu isə ayrı xəbərin mövzusudur.

Vüqar Yaşaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 21 Aprel 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see258

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see170

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see154

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see144

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri