“Sovetski”də park edilən maşının buferinə ayağını qoyub şalvarını düzəltdi ANBAAN VİDEO
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Yasamal rayonunda sürücü avtomobilinə qarşı xoşagəlməz hərəkətlə üzləşib.
Avtosfer.az xəbər verir ki, hadisə “Sovetski” adlanan ərazidə baş verib.
Sürücü şikayətində bildirib ki, Süleyman Tağızadə küçəsində avtomobilini parkinq edərək ərazidən uzaqlaşıb. Daha sonra o, avtomobilə qurlaşdırılmış videoqeydiyyat vasitəsilə görüntüləri izlədikdə, maşının qarşısında dayanan 50-EZ-465 dövlət qeydiyyat nişanlı “Toyota” markalı nəqliyyat vasitəsinin sürücüsü və sərnişininin maşına toxunduğunu görüb.
Kadrlarda həmin şəxslərin avtomobilin ön hissələrinə baxaraq onu qurdalayıb, hətta şəxslərdən biri ayağını digər avtomobilin buferinə qoyduğu əks olunub.
Avtomobil sahibi bildirib ki, bu davranış onun qəzəbinə səbəb olub:
“Bu insanlar kimə güvənərək başqasının əmlakına toxunur, hətta ayağını maşının üstünə qoyur? Belə halların qarşısı alınmalı, məsuliyyət tətbiq olunmalıdır ki, bu cür hörmətsiz hərəkətlər təkrarlanmasın”.
Fidan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 27 Oktyabr 2025 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















