Icma.az
close
up
RU
“Sovetski”dəki bu binaların görünüşünün dəyişdirilməsi və sökülməsi qadağandır RƏSMİ AÇIQLAMA FOTO

“Sovetski”dəki bu binaların görünüşünün dəyişdirilməsi və sökülməsi qadağandır RƏSMİ AÇIQLAMA FOTO

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Artıq bir müddətdir ki, “Sovetski” ərazisində söküləcək binalarla bağlı söz-söhbət səngimir. Bununla bağlı aidiyyəti qurumlar dəfələrlə açıqlama versə də, vətəndaşlar arasında söküləcək binalarla bağlı narazılıq yaradan nüanslar ortaya çıxır. Bu nüanslar isə tarixi abidələrlə əlaqədardır.

Avtosfer.az xəbər verir ki, Bakının Murtuza Muxtarov küçəsində yerləşən və Əbdül Kərim ağanın tikdirdiyi binanın sökülmə təhlükəsi yaranıb. Məsələ ilə əlaqədar dövlət qurumları tərəfindən araşdırma aparılır və binanın tarixi əhmiyyətinin olub-olmaması dəqiqləşdirilir.

Bununla yanaşı sökülməsi nəzərdə tutulan bir sıra küçələr var ki, onların da ərazisində xeyli tarixi abidələr var. Mövzuya daha da aydınlıq gətirmək üçün Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə sorğu ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarına əsasən Bakı şəhərinin Yasamal rayonu Azərbaycan prospekti, Süleyman Tağızadə, Mirzə Fətəli Axundov, Lev Tolstoy, Murtuza Muxtarov, Rza Quliyev, Nizami, Zərgərpalan, Həzi Aslanov, Əlövsət Quliyev, Bəşir Səfəroğlu, Vidadi və Çingiz Mustafayev küçələrində dövlət mühafizəsinə götürülmüş 72 tarixi-memarlıq abidəsi var.

“Əlavə olaraq, qeyd olunan ərazidə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilən monitorinqlər zamanı dövlət qeydiyyatında olmayan bir sıra tarixi, mədəniyyət və memarlıq əhəmiyyəti daşıyan tikililər yeni aşkar edilmiş abidə qismində qeydə alınıb. Həmçinin Azərbaycan Memarlar İttifaqı tərəfindən də həmin ünvanlarda yerləşən müəyyən tikililərin daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilməsi ilə bağlı Dövlət Xidmətinə müraciət ünvanlanıb.

Tarixi, mədəniyyət və memarlıq əhəmiyyəti kəsb edən həmin tikililərin Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert şurasında baxılaraq, Azərbaycan Milli Elmlər Akademiyasına təqdim olunub. AMEA tərəfindən isə 33 obyektin dövlət mühafizəsinə götürülməsinə müsbət rəy verilib.

Eyni zamanda, Dövlət Xidməti əvvəlcədən sözügedən ünvanlarda söküntü işləri ilə bağlı aidiyyəti dövlət orqanları ilə birgə yerində araşdırma aparıb. Tarixi abidələrin və yeni aşkar olunmuş abidələrin mühafizəsi məqsədilə onların siyahıları və müvafiq məlumatları aidiyyəti üzrə təqdim olunub. Eyni zamanda, söküntü işləri ilə əlaqədar yaradılmış komissiyada aidiyyəti dövlət orqanları ilə yanaşı, Dövlət Xidməti də təmsil olunur və abidələrin qorunması istiqamətində birgə tədbirlər görülür.

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.

Bir daha qeyd edirik ki, sözügedən ərazidə yerləşən dövlət mühafizəsində olan hər hansı tarix-mədəniyyət abidəsinin və yeni aşkar edilmiş abidənin sökülməsi nəzərdə tutulmur”.

Səfər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 08 Oktyabr 2025 20:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see203

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see181

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see179

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see157

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see142

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see135

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri