Icma.az
close
up
RU
“Sovxoz Ramana” gölünü qurudan şəxs həbs edildi VİDEO/FOTO

“Sovxoz Ramana” gölünü qurudan şəxs həbs edildi VİDEO/FOTO

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı şəhəri, Sabunçu rayonunun Maştağa qəsəbəsinin “Sovxoz Ramana” adlanan ərazisində yerləşən gölün doldurulması faktı ilə bağlı hüquqi tədbirlər görülüb.
SİMDNX-dən Demokrat.az-a verilən məlumata görə, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4.1-ci maddəsi ilə cinayət işi başlanılıb. Təqsirkar şəxs barəsində məhkəmənin müvafiq qərarı ilə 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən 4 mart 2026-cı il tarixində aparılan monitorinq zamanı sözügedən ərazidə su hövzəsinin qanunsuz şəkildə doldurulması faktı aşkar olunmuşdu. Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinə göndərilmişdi.
Araşdırma nəticəsində müəyyən edilmişdi ki, əsasən gecə saatlarında daşınan bərk və qarışıq süxur tullantıları vasitəsilə su hövzəsinin 0,34 hektar hissəsi doldurularaq akvatoriya süni şəkildə kiçildilib.
Qeyd edək ki, sözügedən ərazi su, bataqlıq və digər köçəri quşların məskunlaşdığı ekoloji həssas zona hesab olunur. Sututarın doldurulması və qurudulması ətraf ərazilərdə yerləşən yaşayış evləri üçün də ciddi risklər yaradır. Belə ki, su hövzəsi təbii su tənzimləyici rolunu oynadığından onun ləğvi həyətyanı sahələrin və zirzəmilərin subasmasına, bioloji müxtəlifliyə zərər vurulmasına və ekoloji tarazlığın pozulmasına səbəb ola bilər.



Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Mart 2026 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see285

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see257

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see250

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see249

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see245

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see240

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see231

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see228

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see222

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see216

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see212

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see212

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see208

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see208

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see205

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see196

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see194

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see194

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see194

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri