Icma.az
close
up
RU
Soydaşımız bu assosiasiyanın prezidenti seçildi

Soydaşımız bu assosiasiyanın prezidenti seçildi

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Floridada yaşayan soydaşımız xanım Pərvin Muradov Brevard Musiqi Müəllimləri Assosiasiyasının (The Brevard Music Teachers Association - https://www.brevardmta.org) prezidenti seçilib.

"Unikal" xəbər verir ki, Pərvin Muradov bölgənin musiqi həyatını canlandırmaq məqsədilə ustad dərsləri, müəllim və tələbə konsertləri, müsabiqələr və peşəkar inkişaf tədbirləri təşkil etməyi planlaşdırır. Bu təşəbbüs gənc istedadların daha geniş bir mühitdə tanınmasına  imkan yaradacaq, bölgənin musiqi mədəniyyətinə böyük töhfə verəcək. Soydaşımız bölgədəki musiqi müəllimləri arasında əlaqələr quraraq, təcrübə mübadiləsi və birgə layihələr həyata keçirməyi də nəzərdə tutur: “Musiqi vasitəsilə icmamızı gücləndirmək, müəllimləri dəstəkləmək və yeni nəsil musiqiçilərə ilham vermək mənim əsas missiyamdır,” – deyə o bildirib.

Musiqi Müəllimləri Milli Assosiasiyasının (Music Teachers National Association- MTNA) fəal üzvü olan Pərvin Muradov Florida Texnologiya Universitetinin professoru, Floridanın "Azərbaycan-Amerika Mədəniyyəti Cəmiyyəti"nin Mədəniyyət işləri üzrə direktorudur. O həmçinin ABŞ-də musiqi müəllimləri üzrə yüksək peşəkarlıq və tədris keyfiyyətinin göstəricisi olan “Musiqi Müəllimləri üzrə Milli Sertifikatlı Müəllim” (“Nationally Certified Teacher of Music-NTCM”) titulunun sahibidir. Soydaşımızın təşəbbüsü ilə hər il “Florida Keys” adlı beynəlxalq musiqi müsabiqəsi təşkil edilir. Tələbələri dünyanın müxtəlif ölkələrində keçirilən bir sıra müsabiqələrin qalibidirlər. İndiyədək ABŞ-nin bir sıra ştatlarında,  İsveç, İspaniya, Almaniya, İngiltərə, Avstriyada xeyriyyə konsertləri verib. 2015-ci ildə autizm spektrli musiqiçilərin yaradıcılıq imkanlarını dəstəkləmək üçün "Musiqi, Təhsil və Autizm Fondu"nu təsis edib. 

2018-ci ildə Nyu Yorkda Azərbaycan bəstəkarlarının musiqi əsərlərindən ibarət beynəlxalq müsabiqə təşkil edib. Tanınmış pianoçu, musiqi pedaqoqu və incəsənət təbliğatçısıdır.

Pərvin Muradov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən  “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://unikal.az
archiveBu xəbər 23 May 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri