Icma.az
close
up
RU
“Soydaşlarımız məqsədli şəkildə hədəf alınıb” Deputatdan SƏRT AÇIQLAMA

“Soydaşlarımız məqsədli şəkildə hədəf alınıb” Deputatdan SƏRT AÇIQLAMA

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

İyunun 27-də Rusiya Federasiyasının Yekaterinburq şəhərində baş verən qanlı hadisə təkcə hüquq-mühafizə orqanlarının əməliyyat tədbiri kimi deyil, həm də sistemli ayrı-seçkiliyin, islamofobiyanın və etnik zəmində zorakılığın bariz nümunəsi kimi dəyərləndirilir.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlıların yaşadığı ünvanlara basqını nəticəsində iki azərbaycanlının həyatını itirməsi və bir neçə nəfərin saxlanılması, hadisənin təsadüfi deyil, məqsədyönlü və sifarişli xarakter daşıdığını göstərir. 

Bu insident fonunda Rusiya cəmiyyətində son dövrlər artan ksenofobiya, islamofobiya və qeyri-ruslara qarşı dözümsüzlük meylləri diqqətə çarpır. Müsəlman və Qafqaz mənşəli xalqlara qarşı mediada aparılan sistemli qarayaxma kampaniyaları, hüquq-mühafizə orqanlarının qəddar davranışları, miqrantlara qarşı şantaj və təzyiqlər Rusiya dövlət siyasətinin tərkib hissəsinə çevrilmiş kimi görünür. Bu vəziyyət xüsusilə müharibə ilə üz-üzə qalan, daxili sosial-iqtisadi çətinliklərlə mübarizə aparan Rusiya üçün "xarici düşmən" obrazı yaratmaq və cəmiyyətin diqqətini yayındırmaq cəhdlərinin bir hissəsi kimi şərh olunur.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan Milli Məclisin deputatı Fatma Yıldırım bildirib ki, hadisənin başvermə detalları bu cinayətin sifarişli və məqsədli şəkildə həyata keçirildiyinə dair ciddi əsaslar yaradır:

"Soydaşlarımıza qarşı göstərilən işgəncələr, hüquqi prosedurların kobud şəkildə pozulması və Rusiya mediasında aparılan məqsədli kampaniya baş verənlərin sadəcə bir əməliyyat deyil, daha dərindən düşünülmüş, ideoloji çalarlar daşıyan bir siyasətin parçası olduğunu sübut edir. Rusiya bu gün qeyri-ruslara, xüsusilə də müsəlmanlara qarşı dözümsüzlük və şovinist yanaşma ilə çıxış edir. Müharibə və daxili sosial-iqtisadi böhran fonunda azərbaycanlı miqrantlara qarşı uydurma ittihamlarla təzyiq və şantaj vasitələri işə salınır. Bu, nə insan hüquqlarına, nə də beynəlxalq humanizm prinsiplərinə sığır".

Deputatın sözlərinə görə, Azərbaycan bu hadisəyə susmayacaq və buna yalnız hüquqi aspektdən deyil, milli qürur və dövlət vətəndaş həmrəyliyi kontekstində yanaşır.

Fatma Yıldırım, Milli Məclisin deputatı

Müsahibimiz qeyd edib ki, bu məsələ tək hüquqi deyil, bizim milli ləyaqət məsələmizdir:

"Bizim arxamızda xalqın iradəsi və onu təmsil edən güclü lider dayanır. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı dövlətin himayəsindədir. Bu, yalnız söz deyil, bu, praktik siyasətdir. Yekaterinburqda qətlə yetirilən soydaşlarımız da bu himayənin daşıyıcıları idilər. Son dövrlər Rusiya tərəfindən edilən kiberhücumlar, deputatlarımızın ölkəyə buraxılmaması, azərbaycanlı miqrantlara qarşı artan basqılar və islamofob çıxışlar narahatedici və təhlükəli tendensiyadır. Solovyov kimi şəxslərin ritorikası isə bu düşmənçilik siyasətinin açıq media ifadəsidir".

Fatma Yıldırım əlavə edib ki, Rusiya öz daxili böhranlarını ört-basdır etmək üçün "xarici düşmən" obrazı axtarır və bu kontekstdə növbəti hədəf Cənubi Qafqaz ola bilər:

"Əfsuslar olsun ki, Ermənistanda revanşist qüvvələrin fəallaşması da bu ssenarinin bir hissəsi ola bilər. Lakin Azərbaycan bu təxribatlara qarşı dayanıqlı və güclü mövqedədir. Prezident İlham Əliyev təkcə Azərbaycan Respublikasının deyil, dünya azərbaycanlılarının lideridir. Onun qətiyyətli siyasəti bizi milli maraqlar ətrafında birləşdirir və dövlətimiz soydaşlarımızın hüquqlarının müdafiəsi üçün bütün mövcud imkanlardan istifadə edəcək".

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 01 İyul 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri