Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Ötən onilliklərin solmayan kinolentləri

Ölümdən sonra insanı nə gözləyir?

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

Soyqırım günü doğulan, terrorda həlak olan dahi

Soyqırım günü doğulan, terrorda həlak olan dahi

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Bu gün Xalq artisti, bəstəkar Rafiq Babayevin anım günüdür.

Kulis.az onun haqqında materialı təqdim edir.

Rafiq Babayev 1936-cı il martın 31-də Bakıda xüsusi xidmət orqanı əməkdaşı olan Fərzi Babayevin ailəsində dünyaya gəlib. O, doğulandan bir il sonra atası həbs olunur və güllələnir. Beş uşaqlı ailənin sonbeşiyi olan Rafiq atasının üzünü görmür.

Rafiq Babayev repressiya və müharibə dövrünün ağır sınaq günlərini anası Şahbəyim xanım və digər bacı-qardaşı ilə birlikdə keçir. Şahbəyim xanım çox böyük əziyyətlərlə övladlarını böyüdüb sənət sahibi edir və ömrünün sonuna qədər oğlu Rafiqin evində yaşayır.

Beləliklə, Babayevlər ailəsində övladların hər biri peşəkar musiqi təhsili alırlar. 1937-ci ildə həyat yoldaşının güllələnməsindən sonra evdəki əşyalar müsadirə edilərkən Şahbəyim xanım böyük çətinliklə də olsa uşaqlar üçün ən qiymətli əşyanı - pianonu qoruyub saxlaya bilir.

***
1943-cü ildə Rafiq musiqi məktəbinə daxil olur. Musiqi istedadı ilə yanaşı, o riyaziyyat fənnini gözəl bilirdi. Məktəbin direktoru, tanınmış pianoçu Kövkəb Səfərəliyeva Rafiqə paralel olaraq 160 saylı orta məktəbdə də təhsil almağa icazə verir. 1950-ci ildə Rafiq Asəf Zeynallı adına musiqi məktəbinin fortepiano sinfinə daxil olur. Pedaqoq R. S. Levinanın sinfində təhsil alan Rafiq öz qabiliyyəti sayəsində başqalarından seçilir.

***

Ailə üzvlərinin demək olar ki, hamısı musiqi ilə məşğul olduğundan bir müddət sonra Babayevlərin evi musiqi ocağı kimi Bakı gənclərinin diqqətini cəlb edir. Əzizbəyov küçəsindəki bu mənzildə müzakirələr səhərə qədər davam edirdi. Rafiq Babayev caz musiqisi ilə də maraqlanır və improvizasiya ustalığını təkmilləşdirir. Hətta 160 saylı məktəbdə o, özünün “caz-band”ını da yaradır. 1954-cü ildə buraxılış imtahanında onun ifa etdiyi proqrama klassik əsərlərlə yanaşı, amerikalı caz pianoçusu Bill Evensin kompozisiyası da daxil edilir.

Rafiq Babayev bəstəkar Fikrət Əliyevin məsləhəti ilə konservatoriyaya daxil olmağa hazırlaşır. Lakin onun riyaziyyata olan marağı Rafiqi seçim qarşısında qoyur. Lakin Rauf Atakişiyevin səyləri nəticəsində o, musiqini seçir. Tələbəlik illərindən Rafiq Babayevlə müəllimi, professor Rauf Atakişiyev arasında möhkəm dostluq başlayır və bu münasibətlər uzun müddət davam edir.

***

Özünü bütünlüklə caz musiqisinə həsr edən sənətçi konservatoriyanı bitirdikdən sonra musiqi qrupu yaradır.

Sovet İttifaqının müxtəlif şəhərlərinə uzunmüddətli qastrol səfərlərinə çıxan qrup 1962-ci ildə dağılsa da, musiqiçilər üçillik turnedə xeyli pul qazanırlar. Demək olar, həmin vaxta qədər heç bir azərbaycanlı caz ifaçısı o qədər pul qazanmamışdı.

Gənc sənətçi qazandığı pulla anasına mebel, özünə royal alır.
Həm də bu üç il sənətçinin yaradıcılığında mühüm rol oynayır: onun yaradıcılıq fəaliyyətinin coğrafiyası genişlənir, vətənin sərhədlərini aşır.

Bəstəkarın qızı Fərizə xanım xatırlayır: “Nənəm evində olan bütün əşyalarını satıb ki, uşaqları acından ölməsin. Sonralar evi dolandıra bilmək üçün tikiş fabrikində üç növbə ilə işləyib. Atam danışırdı ki, “payok”la alınan çörək doğranandan sonra yerdə qalan qırıntıları yemək üçün qardaş və bacılar arasında növbətçilik müəyyən olunubmuş. Hər gün bu qırıntıları ailə üzvlərindən biri ovcuna yığıb yeyirmiş. Yadıma gəlir ki, sonralar da nənəm heç vaxt çörək qırıntılarını atmırdı. Atamın o biri qardaş və bacıları işləsə də, onlar yenə də kasıb olublar. Təsəvvür edin ki, onların evində mebel olmayıb. Ona görə də atam istəyib ki, anasına maddi kömək etsin. Üç illik qastrolu seçməyinin səbəbi də maddiyyat olub. Nənəm həmişə xatırlayırdı ki, atam qastroldan qayıdanda cibindəki pulları “paçka” ilə çıxarıb göyə səpələyib, anasını qucaqlayıb deyib ki, ana get, evimizə ürəyin istəyən hər şeyi al.
Atamın xüsusi partitura, yaxud nəsə geniş musiqi yazmaqla arası yox idi. Təzə bir şeyi məşq edirdilərsə, əlüstü hər kəsin parçasını fərdi qaydada onun tonallığına, ifa qabiliyyətinə uyğun şəkildə işləyib verirdi və sonra həmin kağızlar atılırdı. Bu səbəbdən evdə onun not yazıları qalmayıb. Səhər yeməyindən sonra onun idmanı Şopenin etüdlərinin ifası olurdu. Şopen onun üçün əvəzolunmaz düha idi. Bir də Raxmaninov. Müəllimi Rauf Atakişiyev ona royal bağışlamışdı, həmin royalda moderator funksiyası vardı, royalın səsini almaq olurdu. Atam alətin səsini alıb qonşuları narahat etmədən gecələr də rahat məşğul ola bilirdi”.

***

20 yanvar hadisələri, ardınca baş verən Qarabağ müharibəsi bəstəkara dəhşətli dərəcədə təsir edir. Qarabağ müharibəsi başlananda, səfərbərlik elan olunur. Bu zaman musiqiçiləri də müharibəyə aparırlar. Rafiq Babayev isə buna kəskin etiraz edir. Deyir, onsuz da müharibə insanları öldürür, heç olmasa, musiqiçiləri qorumaq lazımdır. Çünki onlar mədəniyyətin formalaşmasına xidmət edən insanlardılar. Onlar olmasa bu xalqın mədəniyyətini kim təbliğ edəcək. Həmin vaxtı o, vağzala qədər gedib müharibəyə aparılan musiqiçiləri, rəqqasları qatardan düşürdür.

Sonralar Cəbrayıl Lotfi adlı mesenat ona kollektivini saxlamaq üçün hər ay lazım olan vəsaiti ayıracağını, köməklik edəcəyini deyir və bunu yerinə yetirir. Onun köməkliyi sahəsində bəstəkar kollektivini genişləndirir, böyük heyətli ansambl yaradır.

***

Rafiq Babayev çox vətənpərvər adam olub. Ona dəfələrlə Amerikada, Avropada yaşamaq təklif olunsa da, onunla müqavilə bağlamaq, müəyyən işlər görmək istəsələr də o, razı olmayıb. Bakıdan kənara çıxmayıb. Hətta ən çətin vaxtlarda, maddi çətinlik çəkdiyi dövrlərdə belə bu kimi təkliflərdən imtina edir.

1994-cü il martın 19-da erməni xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə Bakının “20 Yanvar” metro stansiyasında dəhşətli terror aktı törədilir. Bu terror nəticəsində həlak olan 14 nəfərdən biri də Rafiq Babayevdir...

***

Qızı Gülarə Babayeva xatırlayır: “Metroda terror baş verməsi xəbəri ildırım sürətilə yayılmışdı. Atam həmin gün səsyazma studiyasına, sonra Mahnı Teatrına getməli idi. Axşamüstü onu Mahnı Teatrından axtarmağa başlamışdılar. Bakıda böyük faciə baş vermişdi, bütün şəhər ayaqda idi, hamı narahat olmuşdu. Ağlımıza gəmirdi ki, atamız da o qatarda ola bilər, amma vaxt keçdikcə narahatlıq pik həddə çatırdı. Bacımın yoldaşı morqları axtarmağa başladı. Bir şey olan kimi bayıra cumurduq. Hər xəbərə hazır idik, bircə buna yox. Səs eşidən kimi hamımız küçəyə cumduq, mərhum kürəkənimiz həkim idi, atamla çox doğma münasibətləri vardı. Onu görən kimi hər şeyi başa düşdüm. Çiyinləri sallanmışdı, gözlərindən yaş axırdı...”

"1905-1918-ci illərdə türk əleyhinə çevrilən genosid..." - Yaşar Qarayev Əli bəy Hüseynzadə haqqında nə yazırdı? MEMİM “Sənət dialoqu” adlı yeni layihəyə başlayır “Onu məndən başqa heç kim ala bilməz” - Sevdiyim qızın atası məni niyə öldürmək istəyirdi?
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://kulis.az
archiveBu xəbər 19 Mart 2026 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see280

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see244

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see227

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see190

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see189

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see167

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

25 Sentyabr 2026 13:48see162

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see159

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see159

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see158

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see158

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see157

Ötən onilliklərin solmayan kinolentləri

25 Sentyabr 2026 13:18see156

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see155

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see154

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see150

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see149

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see148

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see148

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

25 Sentyabr 2026 12:04see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri