Icma.az
close
up
RU
Soyqırımı qatilləri necə azad gəzə bilərlər?

Soyqırımı qatilləri necə azad gəzə bilərlər?

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Xalqımız “Bakı Nürnberqi”nin ikinci mərhələsini səbirsizliklə gözləyir

Dünyada getdikcə genişlənən münaqişələrin bir qismi onilliklər boyu həllini tapmır, humanitar fəlakətlər davam edir, milyonlarla insan doğma yurdlarından didərgin düşür. Bu mənzərə müasir beynəlxalq münasibətlər sisteminin ciddi narahatlıq doğuran problemlərindən birini ortaya qoyur: beynəlxalq hüquq mövcuddur, lakin onun norma və prinsiplərinin icrası heç də bütün hallarda gerçəkləşmir.

Beynəlxalq hüququn əsas məqsədi dövlətlər arasında münasibətləri hüquqi normalar əsasında tənzimləmək, güc tətbiqinin qarşısını almaq, dövlətlərin suverenliyini və ərazi bütövlüyünü qorumaq, mübahisələrin sülh yolu ilə həllini təmin etməkdir. Ancaq hüququn kağız üzərində təsbit edilməsi ilə onun real həyatda işləməsi arasında ciddi fərq nəzərə çarpır. Əgər imzalanan qərarlar icra olunmursa, təcavüzkar dövlət beynəlxalq öhdəlikləri pozduğuna görə məsuliyyət daşımırsa, haqsızlığa məruz qalan tərəf isə illərlə ədalət gözləməyə məhkum edilirsə, bu zaman beynəlxalq hüququn çəkindirici gücü zəifləyir. Belə bir şəraitdə hüququn yerini güc amili, ədalətin yerini siyasi maraqlar, məsuliyyətin yerini isə cəzasızlıq tutur.

Prezident İlham Əliyevin Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) toplantısında səsləndirdiyi fikirlər məhz bu ziddiyyətlərin mahiyyətinə diqqət çəkir. Dövlət başçısının mövqeyi təkcə Azərbaycanın üzləşdiyi münaqişənin tarixindən doğan nəticələri ifadə etmir. Bu mövqe, eyni zamanda, beynəlxalq təhlükəsizlik sisteminin nə üçün bir sıra hallarda öz əsas funksiyasını yerinə yetirə bilmədiyini, qəbul edilən qərarların icrasının niyə siyasi iradədən asılı vəziyyətə düşdüyünü və cəzasızlıq mühitinin hansı təhlükəli nəticələr doğurduğunu anlamaq baxımından əhəmiyyətlidir.

Azərbaycanın təcrübəsi göstərir ki, beynəlxalq hüququn səmərəliliyi yalnız onun normalarının mövcudluğu ilə deyil, həmin normaların bütün dövlətlərə bərabər tətbiqi, pozuntuların qarşısının alınması və hüquqi məsuliyyətin gerçəkləşdirilməsi ilə ölçülür.

Qətnamələr qəbul edildi, ədalət isə 30 il uzandı

Azərbaycan xalqı beynəlxalq hüququn işləməməsinin nəticələrini uzun illər öz taleyində yaşadı. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, ərazilərimizin işğalı, etnik təmizləmə siyasəti, yaşayış məntəqələrinin dağıdılması və yüz minlərlə insanın doğma yurdlarından didərgin salınması regionun müasir tarixində ən ağır humanitar faciələrdən birinə çevrildi.

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalı nəticəsində insanlar evlərini, mülklərini, tarixi və mədəni irslərini itirdilər. Şəhərlər və kəndlər dağıdıldı, infrastruktur məhv edildi, tarixi abidələrə ciddi ziyan vuruldu. Uzun illər ərzində qaçqın və məcburi köçkün həyatı yaşayan insanlar doğma torpaqlarına qayıtmaq hüquqlarının gerçəkləşəcəyinə ümid edirdilər.

Bu müddətdə beynəlxalq ictimaiyyət baş verənlərdən xəbərsiz deyildi. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Azərbaycanın ərazilərinin işğalı ilə əlaqədar 822, 853, 874 və 884 nömrəli qətnamələri qəbul etdi. Həmin sənədlərdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü təsdiqlənir, işğal edilmiş ərazilərdən qüvvələrin çıxarılması və münaqişənin sülh yolu ilə həlli ilə bağlı tələblər irəli sürülürdü.

Lakin əsas problem qətnamələrin qəbul edilməsində deyil, onların icrasının təmin olunmamasında idi. Sənədlərdə ifadə olunan tələblər uzun illər yerinə yetirilmədi. Beynəlxalq hüququn prinsipləri təsdiqlənsə də, həmin prinsiplərin müdafiəsi üçün zəruri siyasi təsir mexanizmləri işə salınmadı. Beləliklə, hüquqi mövqenin mövcudluğu ilə real nəticə arasında böyük uçurum yarandı.

Bu vəziyyətin nəticələri yalnız Azərbaycan üçün ağır olmadı. Eyni zamanda, beynəlxalq təhlükəsizlik sisteminin çəkindirici imkanları zəiflədi. Çünki hər hansı dövlət ərazi əldə etmək məqsədilə güc tətbiq edir və bunun nəticəsində ciddi beynəlxalq məsuliyyətlə üzləşmirsə, başqa dövlətlər üçün də təhlükəli presedent formalaşır. İşğalın uzun müddət davam etməsi isə təcavüz yolu ilə yaranmış vəziyyətin zaman keçdikcə qəbul oluna biləcəyi barədə yanlış təsəvvür formalaşdırır.

Beynəlxalq münasibətlərdə belə bir yanaşma son dərəcə təhlükəlidir. Zamanın keçməsi hüquq pozuntusunu qanuniləşdirmir. İşğalın uzun müddət davam etməsi də bir dövlətin başqa dövlətin əraziləri üzərində suverenliyi üçün hüquqi əsas yaratmır. Əksinə, işğalın davam etməsi beynəlxalq ictimaiyyətin üzərinə düşən məsuliyyəti daha da artırır.

Azərbaycanın yaşadığı təcrübə göstərdi ki, hüquqi qərarların icrasız qalması münaqişənin həllini asanlaşdırmır, əksinə, onu daha da mürəkkəbləşdirir. Münaqişənin uzanması yeni nəsillərin qarşıdurma şəraitində yetişməsinə, düşmənçilik ritorikasının güclənməsinə və kompromis imkanlarının daralmasına gətirib çıxarır.

Cəzasızlıq revanşizmə yeni nəfəs verir

Beynəlxalq hüququn işləməməsinin ən ağır nəticələrindən biri cəzasızlıq mühitinin formalaşmasıdır. Əgər təcavüzkar dövlət beynəlxalq tələblərə məhəl qoymadan uzun müddət işğalı davam etdirirsə, bu, həmin dövlətin siyasi rəhbərliyində öz davranışının nəticəsiz qalacağına dair yanlış qənaət yaradır.

Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi siyasətin uzun müddət davam etməsində bu amilin də rolu vardı. İşğalın yaratdığı reallığın beynəlxalq təzyiqlər nəticəsində dəyişdirilməməsi Ermənistanın siyasi dairələrində mövcud vəziyyətin qorunub saxlanıla biləcəyi barədə təsəvvürləri gücləndirirdi. Nəticədə münaqişənin həlli istiqamətində real irəliləyişə nail olmaq əvəzinə, status-kvonun qorunmasına yönəlmiş yanaşmalar üstünlük qazanırdı.

Ermənistanın əvvəlki siyasi rəhbərlikləri dövründə formalaşmış işğal siyasəti təkcə hərbi nəzarətin saxlanılması ilə məhdudlaşmırdı. Bu siyasət zaman keçdikcə ideoloji çərçivə, siyasi ritorika və ictimai təsəvvürlər sistemi ilə möhkəmləndirilirdi. İşğal olunmuş ərazilərdə yaradılmış qondarma siyasi qurumun mövcudluğunun davam etdirilməsi, ərazilərin Azərbaycana qaytarılmasına qarşı müqavimət və danışıqlar prosesində irəli sürülən maksimalist mövqelər münaqişənin həllini çətinləşdirirdi.

Prezident İlham Əliyevin beynəlxalq tribunalardan səsləndirdiyi fikirlərdə bu məsələnin xüsusi yer tutması təsadüfi deyil. Dövlət başçısının yanaşmasında beynəlxalq hüquq normalarının pozulması ilə siyasi məsuliyyət məsələsi bir-birindən ayrılmazdır. Hüquq pozuntusunun nəticəsiz qalması yalnız keçmişin ədalətsizliyini davam etdirmir, həm də gələcəkdə oxşar əməllərin təkrarlanması riskini artırır.

Burada vacib məqam ondan ibarətdir ki, məsuliyyət məsələsi hüquqi prosedurlar və sübutlar əsasında həll edilməlidir. Hər hansı şəxsin və ya siyasi rəhbərin məsuliyyəti müvafiq hüquqi mexanizmlər çərçivəsində müəyyənləşdirilməlidir. Lakin bu prinsip cəzasızlıq mühitinin qəbul edilməsi demək deyil. Əksinə, hüquqi məsuliyyətin təmin olunması beynəlxalq ədalətin və davamlı sülhün əsas şərtlərindən biridir.

Ermənistanda 2018-ci ildə hakimiyyət dəyişikliyi baş verəndə münaqişənin həlli istiqamətində yeni imkanların yarana biləcəyinə dair gözləntilər mövcud idi. Ancaq siyasi rəhbərliyin dəyişməsi özlüyündə dövlət siyasətinin mahiyyətinin dəyişməsi demək deyil. Bunun üçün əvvəlki yanlış yanaşmaların etiraf edilməsi, beynəlxalq hüququn tələblərinə əməl olunması və qarşı tərəfin suveren hüquqlarına hörmət göstərilməsi zəruridir.

Nikol Paşinyanın işğal dövründə Xankəndidə səsləndirdiyi “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı bu baxımdan xüsusi siyasi məna daşıyırdı. Həmin fikir münaqişənin hüquqi reallıqlarına uyğun gəlməyən, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan və kompromis imkanlarını məhdudlaşdıran mövqenin ifadəsi idi. Bu cür bəyanatlar münaqişənin sülh yolu ilə həllinə xidmət etmək əvəzinə, qarşıdurmanı dərinləşdirirdi.

Beləliklə, Ermənistanda siyasi rəhbərliyin dəyişməsi uzun müddət işğal siyasətindən dərhal və qəti şəkildə imtina edilməsi ilə nəticələnmədi. Bununla da münaqişənin dinc vasitələrlə həlli üçün onsuz da məhdud olan imkanlar daha da daraldı.

Beynəlxalq ictimaiyyətin fəaliyyətsizliyi və ya qərarların icrasına yetərincə təsir göstərməməsi isə bu prosesə əlavə mürəkkəblik gətirirdi. İrəvanda belə bir qənaət möhkəmlənə bilərdi ki, beynəlxalq təzyiqlər zaman keçdikcə zəifləyəcək, danışıqlar prosesi isə heç bir konkret nəticə verməyərək davam edəcək. Bu baxımdan, Azərbaycanın üzləşdiyi problem təkcə ərazilərin işğalı deyildi. Problem həm də qəsbkarlığın davamlılığını mümkün edən siyasi şərait, beynəlxalq qərarların icrasına mane olan amillər idi.

İkili standartlar beynəlxalq etimada inamı sarsıdır

Müasir beynəlxalq münasibətlər sisteminin əsas problemlərindən biri də eyni hüquqi prinsiplərin müxtəlif vəziyyətlərdə fərqli şəkildə tətbiq olunmasıdır. Dövlətlərin suverenliyi və ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipləridir. Bu prinsiplər dövlətlərin siyasi çəkisindən, hərbi imkanlarından, iqtisadi potensialından və ya ayrı-ayrı güc mərkəzləri ilə münasibətlərindən asılı olmamalıdır.

Lakin beynəlxalq siyasi praktikada bəzən fərqli yanaşmaların mövcudluğu müşahidə edilir. Bir vəziyyətdə ərazi bütövlüyü qəti şəkildə müdafiə olunur, digər vəziyyətdə isə oxşar hüquq pozuntularına münasibətdə daha yumşaq mövqe nümayiş etdirilir. Bir münaqişədə beynəlxalq təzyiqlər sürətlə gücləndirilir, başqa bir münaqişədə isə illərlə davam edən hüquq pozuntularına qarşı təsirli tədbirlər görülmür.

Bu fərqlər beynəlxalq hüququn mahiyyətindən deyil, dövlətlərin siyasi maraqları və beynəlxalq münasibətlərdə güc balansı ilə bağlı amillərdən qaynaqlana bilər. Ancaq səbəbindən asılı olmayaraq, belə yanaşmaların nəticəsi eynidir: beynəlxalq institutların obyektivliyinə və qərarların ədalətliliyinə inam azalır.

İkili standartlar xüsusilə kiçik və orta dövlətlər üçün ciddi təhlükə yaradır. Çünki belə dövlətlərin təhlükəsizliyi beynəlxalq hüququn işləkliyindən, kollektiv təhlükəsizlik mexanizmlərinin səmərəliliyindən və dövlətlər arasında qəbul edilmiş qaydaların qorunmasından birbaşa asılıdır.

Əgər beynəlxalq münasibətlərdə hüquq əvəzinə güc əsas meyara çevrilirsə, bu zaman silahlanma yarışı sürətlənir, regional münaqişələrin yayılma riski artır və dövlətlər öz təhlükəsizliklərini gerçəkləşdirmək üçün daha çox birtərəfli vasitələrə üz tuturlar. Belə bir şəraitdə, şübhəsiz ki, qarşılıqlı etimad zəifləyir, diplomatik danışıqların nəticə verəcəyinə inam azalır.

Azərbaycanın mövqeyi bu baxımdan prinsipial əhəmiyyət daşıyır. Dövlətimiz öz suverenliyinin və ərazi bütövlüyünün müdafiəsini beynəlxalq hüququn norma və prinsiplərinə əsaslandırıb. Azərbaycanın tələbi başqa dövlətlərin hüquqlarının məhdudlaşdırılması deyil, öz hüquqlarının tanınması və təmin edilməsidir.

Bu, beynəlxalq münasibətlər sisteminin sağlamlaşdırılması baxımından da vacib yanaşmadır. Çünki hüququn universal xarakteri onun yalnız ayrı-ayrı dövlətlər üçün deyil, hamı üçün eyni dərəcədə qüvvədə olmasını tələb edir. Əks halda, beynəlxalq hüquq ümumi davranış qaydası olmaqdan çıxaraq siyasi mübarizədə seçici şəkildə istifadə edilən vasitəyə çevrilə bilər.

BMT Təhlükəsizlik Şurasının nüfuzu təhlükədədir

Beynəlxalq hüququn işləkliyi məsələsi, ilk növbədə, BMT sisteminin fəaliyyəti ilə bağlıdır. BMT İkinci Dünya müharibəsindən sonra sülhün və təhlükəsizliyin qorunması, dövlətlər arasında əməkdaşlığın inkişaf etdirilməsi və yeni qlobal müharibələrin qarşısının alınması məqsədilə yaradılıb. Bu təşkilatın Nizamnaməsi dövlətlərin suveren bərabərliyi, mübahisələrin dinc yolla həlli və beynəlxalq münasibətlərdə güc tətbiqinin məhdudlaşdırılması kimi fundamental prinsipləri təsbit edir.

BMT Təhlükəsizlik Şurası beynəlxalq sülh və təhlükəsizliyin qorunması sahəsində əsas məsuliyyət daşıyan orqandır. Onun qərarları beynəlxalq təhlükəsizlik sisteminin fəaliyyətində mühüm yer tutur. Lakin Təhlükəsizlik Şurasının səmərəliliyi yalnız qərar qəbul etmək imkanları ilə deyil, həmin qərarların icrasını gerçəkləşdirmək qabiliyyəti ilə ölçülür.

Azərbaycanın işğalla bağlı qəbul edilmiş qətnamələrinin uzun illər icrasız qalması bu məsələnin nə qədər ciddi olduğunu göstərdi. Beynəlxalq ictimaiyyətin hüquqi mövqeyi aydın olsa da, onun praktik nəticəyə çevrilməsi üçün kifayət qədər təsirli mexanizmlər işə düşmədi. Nəticədə, münaqişə onilliklər boyu davam etdi.

Burada Təhlükəsizlik Şurasının institusional xüsusiyyətlərini də nəzərə almaq lazımdır. Daimi üzvlərin veto hüququ və böyük dövlətlər arasında geosiyasi rəqabət bəzi böhranlar zamanı ortaq qərarların qəbulunu çətinləşdirir. Bu isə beynəlxalq təhlükəsizlik sistemində selektiv yanaşmaların və siyasi dalana dirənmələrin yaranmasına şərait yaradır.

Beləliklə, problem təkcə ayrı-ayrı qətnamələrin icra edilməməsində deyil, beynəlxalq institutların öz qərarlarını həyata keçirmək imkanlarının siyasi maraqlardan asılı vəziyyətə düşməsindədir. BMT-nin nüfuzunun qorunması üçün bu ziddiyyətin aradan qaldırılması vacibdir. Qəbul edilmiş qərarların icrası təmin edilmədikdə, beynəlxalq ictimaiyyətin gözündə həmin qərarların çəkisi azalır. Bu da gələcəkdə digər dövlətlərin beynəlxalq öhdəliklərə münasibətinə mənfi təsir göstərir.

XQ-nin analitik qrupu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Oktyabr 2026 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see391

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see388

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see356

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see344

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see315

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see287

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see269

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see262

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see245

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see240

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see234

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see228

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see218

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see216

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see209

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see203

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see196

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see194

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see175

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri