Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Şoyqu Bişkəkdə ABŞ və Ukrayna ilə bağlı hansı mesajları verdi? Şərh

Şoyqu Bişkəkdə ABŞ və Ukrayna ilə bağlı hansı mesajları verdi? Şərh

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


“Qırğızıstan paytaxtı Bişkəkdə mayın 14-də Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin (Rusiya, Çin, Hindistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Pakistan, Özbəkistan, Tacikistan və İran) təhlükəsizlik şuralarının rəhbərlərinin görüşü keçirilib. Bu görüş 25 il bundan əvvəl təsis olunan Şanxay Əməkdaşlıq Təşkilatının avqustun 31-də Qırğızıstanda keçiriləcək sammitinə hazırlıq məqsədi daşıyıb.

Toplantıda çıxış edən Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ölkəsinin mövqeyini əks etdirən fikirlər söyləyib. Maraqlıdır ki, ölkəsində Şoyqunun ətrafında halqa getdikcə daralır. O müdafiə naziri olduğu dönəmdə müavinlərinin əksəriyyəti korrupsiya ittihamı ilə həbs edilib”.

Bakupost.az xəbər verir ki, bu barədə siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, korrupsiya əməllərində Şoyqunun da adı hallansa da, Vladimir Putin köhnə dostuyla bağlı qərar verməyə hələ tələsmir və Şoyqu ölkəsini müxtəlif təbdirlərdə təmsil etməyə davam edir:

“Birincisi, Şoyqu Bişkəkdəki çıxışında ABŞ-ın siyasətini sərt tənqid edərək, bu ölkənin beynəlxalq aləmin nizamını pozduğunu vurğulayıb. Halbuki, Ukraynaya qarşı işğalçı müharibəni davam etdirən ölkə Rusiyadır. Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatını müxtəlif böhranlara qarşı mübarizədə üzv ölkələrin həmrəyliyini gücləndirməyə çağırıb.

İkincisi, Şoyqu Rusiyanın Ukraynada hədəfinə çatana qədər müharibəni davam etdirəcəyini bildirib. Bu zaman o Qərb ölkələrini “ikili standartlar” tətbiq etməkdə ittiham edib. Şoyqunun sözlərinə görə, Rusiya Ukrayna ilə müharibədə strateji təşəbbüsə malikdir. Cəbhə bölgəsində isə real vəziyyət fərqlidir, Rusiya işğal ərazisini genişləndirə bilmir, itkilərinin sayı artıb. Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına minnətdarlığını bildirərək, üzv ölkələrin BMT Baş Assambleyasında səsvermələr zamanı Rusiya əleyhinə sənədə dəstək vermədiklərini xatırladıb. Şoyqu ABŞ və İsrailin İrana qarşı müharibəsi əleyhinə də Şanxay Əməkdaşlıq Təşkilatının həmrəylik nümayiş etdiyini söyləyib. Halbuki, təşkilat üzvlərindən Hindistan İsrail əleyhinə qətnamənin qəbulunun qarşısını alıb. Hindistanın İranla əməkdaşlığına baxmayaraq, Yeni Dehlinin İsraillə də sıx tərəfdaşlığı mövcuddur, misal üçün iki ölkə birgə hərbi texnika istehsal edir. Hindistanın baş naziri Narendra Modi bu ilin fevral ayının son günlərində İsrailə səfər edib, bu ölkənin baş naziri Benyamin Netanyahu ilə əməkdaşlığın genişləndirilməsiylə bağlı danışıqlar aparıb. Buna görə də, Bişkəkdəki toplantıda çıxış edən İran təmsilçisi Əli Baqeri Kani təşkilata deyil, ölkəsinin xüsusi olaraq Rusiyaya minnətdar olduğunu söyləyib: “Rusiya BMT-də İran əleyhinə bütün qətnamələrin qəbulunun qarşısını alıb”.

Üçüncüsü, Sergey Şoyqu Əfqanıstandakı vəziyyətdən də danışıb. Onun sözlərinə görə, Taliban rejimi Əfqanıstanda İŞİD və digər terrorçu təşkilatlara qarşı mübarizə aparır. Şoyqu Taliban rejiminin narkotik maddələrin yetişdirilməsinə və ticarətinə qarşı da mübarizə apardığını bildirib. Şoyqu bu açıqlamalarla Kremlin Taliban rejiminin fəaliyyətinə müsbət yanaşdığına işarə edib”.

E.Şahinoğlunun fikrincə, bu yanaşma Talibanla əks-mövqedə olan Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olan Pakistanın xoşuna gəlməyəcək:

“Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin təhlükəsizlik şuraları rəhbərlərinin görüşü ABŞ Prezidenti Donald Trampın Çinə səfər gününə təsadüf edib. Təşkilat üzvlərindən İran və Rusiya ABŞ-la Çin arasında dialoqun genişlənməsindən narahatdırlar. Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında fərqli maraqlar olduğuna görə, Rusiya və İran bu təşkilatı anti-Amerika və anti-NATO blokuna çevirə bilməyəcəklər. Pekində isə Donald Trampla Çin lideri Si Cinpin arasında şifahi razılaşmalar əldə olunub. Birincisi, iki ölkə iqtisadi və ticarət əlaqələrini təmzimləməyə çalışacaqlar. İkincisi, iki ölkə “Hörmüz boğazı”nda gəmilərin azad hərəkətinə tərəfdar olduqlarını bəyan ediblər. Üçüncüsü, Pekin İranı silahlandırmayacağını Vaşinqtona vəd edib. Pekinin bu vədini necə yerinə yetirəcəyini zaman göstərəcək. Hər halda Çin nüvə silahı istehsalında İrana kömək etməyəcəyinə boyun olub. Razılaşdırılmayan məqam isə ABŞ-ın Tayvanla hərbi əməkdaşlıqdan imtina etməməsidir. Vaşinqton Çinin xeyrinə Tayvanla hərtərəfli, o cümlədən hərbi əməkdaşlıqdan imtina etməyəcək”.

Gülzar,

BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 15 May 2026 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see369

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see308

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see288

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see287

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see283

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see283

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see278

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see261

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see256

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see251

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see250

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see246

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see246

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see240

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see237

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see232

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see229

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see223

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see200

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri