Icma.az
close
up
RU
Şoyqu ilə bağlı Putinə pis xəbər: Kəşfiyyat xəbərdarlıq etdi, təşviş başladı

Şoyqu ilə bağlı Putinə pis xəbər: Kəşfiyyat xəbərdarlıq etdi, təşviş başladı

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyquya sui-qəsd cəhdinin qarşısının alındığına dair məlumat müzakirələrə səbəb oldu. Ölkənin kəşfiyyat xidməti sui-qəsdin Moskvadakı Troekurovskoye qəbiristanlığında, Şoyqunun qohumlarının məzarlarının yaxınlığında planlaşdırıldığını açıqlayıb.

Belə ki, Şoyqunun ziyarətlərini izləyən cihaz gül vazasında gizlədilibmiş. Kəşfiyyat agentliyi həmçinin Rusiyanın digər bölgələrində də oxşar terror hücumlarının planlaşdırıldığı barədə xəbərdarlıq edib və vəziyyəti hökumət rəsmilərinə qarşı hücum cəhdlərinin bir hissəsi adlandırıb.

Bu, artıq Rusiya üçün yeni mərhələdir? Şoyqu terror aktı nəticəsində öldürülsəydi, Rusiyada nə baş verərdi?

Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, Sergey Şoyqu Rusiya hakimiyyətində önəmli fiqurdur:

“O, uzun illər Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyinin rəhbər şəxsi, indi isə Rusiya Təhlükəsizlik Şurasının katibi kimi fəaliyyət göstərir. Nəzərə almaq lazımdır ki, Şoyqu həm də Rusiyanın siyasi elitasında Prezident Vladimir Putinlə yaxınlığı ilə seçilir. Buna görə də, ona qarşı hər hansı bir terror aktının baş tutması ölkədə rezonans doğura bilər.


Yusif Bağırzadə

Rusiya ilə Ukrayna arasında müharibə davam edir. Tərəflər bir-birinin daxilində terror hücumları törətməkdən çəkinmir. Bu yolla onlar siyasi xadimləri və hərbçiləri hədəfə alırlar. Şoyquya təşkil olunan sui-qəsd baş tutmayıb və rəsmi məlumat yoxdur. Yəni sui-qəsdin dəqiq kim tərəfindən planlaşdırıldığını indiki məqamda demək olmur. Artıq Rusiyanın təhlükəsizlik xidmətləri hücumda günahlandırılan tacik əsilli miqrantları həbs edib”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Noyabr 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri