Soyuducudan gələn pis qoxunun əsl səbəbi tapıldı
Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
Soyuducu qidaları uzun müddət təzə saxlayan təhlükəsiz məkan hesab olunsa da, bəzi məhsulların orada normadan artıq qalması sağlamlıq üçün ciddi təhlükə yaradır. Ev təsərrüfatı və qida təhlükəsizliyi üzrə mütəxəssislər xəbərdarlıq edir ki, soyuducunun müntəzəm təmizlənməməsi həm qida zəhərlənməsinə yol açır, həm də xoşagəlməz qoxunun yaranmasına səbəb olur. İlk növbədə istifadə müddəti bitmiş souslar, qapağı açıldıqdan sonra uzun müddət qalan ədviyyatlar və istehlak edilməyən hazır yeməklər soyuducudan kənarlaşdırılmalıdır.
Soyuducuda ən çox unudulan məhsullar ketçup, xardal, mayonez və salat souslarıdır. Həmin məhsullar qablaşdırma açıldıqdan sonra istehsalçının tövsiyə etdiyi müddətdə yeyilməlidir. Zaman keçdikcə bu qidalarda dad və rəng dəyişikliyi ilə yanaşı, həm də bakteriyaların çoxalma riski artır. Evdə bişən yeməklərin də həftələrlə saxlanması yolverilməzdir. Bişmiş xörəklərin maksimum üç-dörd gün ərzində istehlak edilməsi, daha uzun müddət qalmalı olan qidaların isə dondurucu kameraya yerləşdirilməsi məsləhətdir.
Süd, qatıq, qaymaq və yumşaq pendir kimi məhsulların son istifadə tarixləri daim nəzarətdə saxlanmalıdır. Xüsusilə ağzı açılmış süd məhsullarında qoxu və konsistensiya dəyişikliyi müşahidə olunarsa, onlardan dərhal imtina edilməlidir. Eyni zamanda dondurucu kamerada buz bağlamış, üzərində don vurmaları yaranan və nə vaxt qoyulduğu xatırlanmayan paketlər də təmizlənməlidir. Bu üsul soyuducuda həm boş yer açır, həm də qida idarəçiliyini asanlaşdırır.
Yəni soyuducuda uzun müddət qalan köhnə xörəklər, vaxtı keçmiş souslar və dondurucuda qarıyıb keyfiyyətini itirmiş buzlu qidalar həm pis qoxu verir, həm də zəhərlənməyə səbəb olduğu üçün dərhal atılmalıdır.
İsmayıl
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Soyuducudan gələn xoşagəlməz qoxunun qarşısını almağın 3 YOLU
11 Aprel 2025 13:36
Soyuducudan gələn pis qoxulara ÇARƏ TAPILDI
05 Mart 2025 18:03
Soyuducudan gələn pis qoxudan qurtulmağın yolları
29 Aprel 2026 16:07
Soyuducudan gələn pis qoxunu anında kəsən üsul açıqlandı
12 May 2026 23:32
Soyuducudan meyiti tapıldı: sevgilisi həbs edildi
24 Oktyabr 2026 18:18
Baxış sayı:133
Bu xəbər 01 İyun 2026 11:42 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları