Icma.az
close
up
RU
Soyuducunuzdakı köhnə süd qutusu ventilyatorun buz kimi üfürməsini təmin edir

Soyuducunuzdakı köhnə süd qutusu ventilyatorun buz kimi üfürməsini təmin edir

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yaz və yay mövsümünün gəlişi ilə birlikdə istilər bir anda boğucu səviyyəyə çatdı. Qapalı məkanlarda nəfəs almağın belə çətinləşdiyi bu günlərdə çoxumuz çarəni ventilyatorların qarşısına keçməkdə tapırıq. Lakin məlum bir həqiqət var: Ventilyatorlar əslində otağı soyutmur, sadəcə daxildəki isti havanı dövr etdirir.

Milli.Az xəbər verir ki, xoşbəxtlikdən, evinizi real mənada sərinlətməyin və ventilyatorunuzu sanki bir kondisionerə çevirməyin, hər kəsin mətbəxində tapılan bir əşya ilə edilən çox bəsit bir yolu var: Köhnə süd qutusu!

Ventilyatorlar otaqdakı istiliyi yox etmir, sadəcə havanı hərəkət etdirərək dərimizdəki tərin qurumasını təmin edir. Bu, anlıq bir rahatlıq gətirsə də otaq temperaturunu aşağı salmır. Lakin ventilyatorun önünə donmuş bir əşya qoyduqda işlər dəyişir. Buz ərimək üçün ətrafdakı istilik enerjisini çəkir; ventilyator da bu sayədə yaranan buz kimi havanı otağa üfürür.

Hər hansı bir plastik şüşə də işə yaraya bilər, lakin mütəxəssislərə görə, boş süd qutuları (karton və ya plastik böyük ölçülülər) məhz bu iş üçün ən uyğun olanıdır. Süd qutuları həm daha çox su tutur, həm də səth sahələri daha genişdir. Beləcə normal su şüşəsi ilə müqayisədə otaqdakı istiliyi çox daha sürətlə sorur və evinizi daha uzun müddət sərin saxlayır.

Bu metodu evinizdə təhlükəsiz və effektiv şəkildə tətbiq etmək üçün bu addımları izləyin:

Təmiz bir süd qutusunu təxminən dörddə üçü (75%-i) dolana qədər su ilə doldurun. Suyu tam doldurmayın; çünki su donarkən genişlənir və qutunun partlamasına səbəb ola bilər.

Hazırladığınız qutuyu dondurucuya (buzluğa) qoyun və tamamilə donmasını gözləyin.

Donan qutunu dondurucudan çıxarın. Xaricində yaranacaq tərləmə (kondensasiya) və ərimə sularının parketinizə və ya masanıza zərər verməməsi üçün altına bir dəsmal sərin.

Qutunu ventilyatorun tam önünə qoyun. Təhlükəsizlik qeydi: Nəmin ventilyatorun mühərrikinə və ya elektrik hissələrinə toxunmasının qarşısını almaq üçün qutu ilə cihaz arasında mütləq təhlükəsiz məsafə saxlayın.

Cihaz arxadan aldığı havanı buz qəlibinə vuraraq otağınıza yayacaq və çöl nə qədər isti olursa olsun, anında kondisioner effekti yaradacaqdır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 26 İyun 2026 08:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see282

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see264

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see262

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see247

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see241

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see241

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see240

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see237

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see231

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see226

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see225

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see213

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see211

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see208

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see208

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see202

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see201

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see195

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri